Cədvəl 1
Neft yataqlarının layihə istismarına nəzərdə tutulmuş
xarici investisiyaların həcmi
№
|
Neft yataqları
|
İstehsalın həcmi (mln.t.)
|
İnvestisiya (mlrd. ABŞ dol. hesabı ilə)
|
Azərbaycanın payı (faizlə)
|
1.
|
«Azəri», «Çıraq», «Günəşli»
|
630,0
|
12-14
|
10,0
|
2.
|
«Qarabağ»
|
80-150
|
1,7-2,0
|
7,5
|
3.
|
«Şahdəniz»
|
100,0
|
4,0
|
10,0
|
4.
|
«Dan ulduzu-Əşrəfi»
|
100-150,0
|
1,5-2,0
|
20,0
|
5.
|
«Lənkəran-Talış-dəniz»
|
100,0
|
1,5-2,0
|
25,0
|
6.
|
«Yalama» (D-222)
|
100,0
|
1,5-2,0
|
40,0
|
7.
|
«Abşeron»
|
150-300
|
3-3,5
|
50,0
|
8.
|
«Naxçıvan» (Keçmiş D-3)
|
75-100
|
5,0
|
50,0
|
9.
|
«Oğuz»
|
75,0
|
2,0
|
50,0
|
10
|
«Kürdaşı»
|
90-120
|
2,0
|
50,0
|
11
|
«Güney-Qərib-Qobustan»
|
30-60
|
0,3-0,5
|
20,0
|
12
|
«İnam»
|
150-250
|
3-4
|
50,0
|
13
|
«Muradxanlı»
|
80-80
|
1-1,5
|
50,0
|
14
|
«Alov», «Araz», «Şərq»
|
150-300
|
9,0
|
40,0
|
15
|
«Kürsəngi», «Qarabağlı»
|
60-90
|
0,5-0,8
|
50,0
|
16
|
«Atəşgah»
|
100,0
|
2,0
|
50,0
|
17
|
«Zəfər», «Məşəl»
|
120-150
|
2,0
|
50,0
|
18
|
«Lerik-dəniz», «Savalan»
|
100-120
|
2,0
|
50,0
|
19
|
«Padar»
|
50-100
|
0,8-1,0
|
20,0
|
Aparılan hesablamalardan məlum olduğu kimi, Azərbaycanın müqavilələrdə iştirak payı 7,5 faizdən 50 faizə qədərdir (bax: 1№-li cədvəl). Qeyd etmək lazımdır ki, müqavilələrdə iştirak edən hər bir şirkətin payı müəyyənləşdirilmişdir. Məsələn, «Əsrin müqaviləsi» ilə dünyanın 6 ölkəsindən 2 şirkət arasındakı pay bölgüsü aşağıdakı kimi nəzərdə tutulmuşdur. «Britiş Petrolium» (İngiltərə) – 17,12%, «Yunokal» (ABŞ) – 10,5%, «Statoyl» - 8,56%, «Ekson» - 8,0%, «Türk petrolları» (Türkiyə) – 6,75%, «Penzoyl» (ABŞ) – 4,81%, «İtoçu» (Yaponiya) – 3,92%, «Ramko» (İngiltərə) – 2,08%, «Delta» (Səudiyyə Ərəbistanı) – 1,68%-dır. Qeyd etdiyimiz kimi, neft yataqlarının birgə işlənməsi 25-30 il müddətinə nəzərdə tutulur ki, bu da XXI əsrin astanasında Azərbaycan sosial-iqtisadi inkişafının daha da yüksəldilməsinin təməlini qoymuş olacaqdır. Nəzərdə tutulan milyardlarla xarici investisiya qoyuluşları ümumilikdə iqtisadiyyatın, xüsusilə, neft-kimya sənayesinin elmi, istehsal, texniki bazasının keyfiyyətcə yeniləşməsini təmin edəcəkdir ki, bu da ölkənin makroiqtisadi göstəricilərinin artımı ilə yanaşı, kadr potensialının daha da möhkəmləndirilməsinə real şərait yaratmaqla, yeni peşə və iş yerlərinin açılmasına şərait yaradacaqdır. Beləliklə, dənizin dərin qatlarından karbohidrogen yataqlarının müştərək istifadəsi yolu ilə qabaqcıl xarici təcrübəyə yiyələnməklə gələcəkdə neft-qaz yataqlarından sərbəst istifadəyə nail olunacaqdır. İnvestisiya fəaliyətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində faktiki olaraq 1994-cü ildən indiyədək, ardıcıl surətdə hər bir neft yataqları üzrə sazişlərin Milli Məclis tərəfindən ratifikasiya edilməsi ilə əlaqədar geniş və intensiv iş həyata keçirilir. Belə ki, imzalanmış 19 sazişdən 2-nin həyata keçirilməsindən az vaxt keçməsinə baxmayaraq, yeni sazişlər üzrə birbaşa sərmayələrin məbləği 700 milyon ABŞ dollarından çox olmuşdur.
Respublikada geniş miqyas almış xarici ölkələrin investisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş «İnvestisiya fəaliyyəti haqqında» qanunu əsasında tənzimlənir. Həmin qanunda qeyd edilir ki, mulkiyyət formandın asılı olmayaraq bütün investorların hüquqlarının müdafiəçisi dövlətdir. Bunanla belə, dövlət orqanlarının və vəzifəli şəxslərin həddən artıq mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş investisiya fəaliyyəti subyektlərinin müqavilə münasibətlərinə müdaxilə etməsinə yol verilmir. Məlum olduğu kimi, investisiya fəaliyyəti investorların müəyyən məqsədlər üçün investisiya qoyuluşları ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan bütün fəaliyyətin məcmusu hesab edilir və dövlət tərəfindən tənzimlənir. Beləliklə, mulkiyyət və təsərrüfatçılıq fəaliyyətindən asılı olmayaraq, investisiya qoyuluşları ölkədə mövcud qanunvericilik aktlarına tam uyğun formada tənzimlənir. Odur ki, dövlət ölkədə sosial-iqtisadi inkişafı tənzimləmək, xalq təsərrüfatında lazımi proporsiyaların yaradılmasını təmin etməklə investisiya qoyuluşlarından və habelə, investisiya fəaliyyətindən əldə edilən gəlirlərdən tam və səmərəli istifadəni ciddi surətdə tənzimlənməlidir. Şübhəsizdir ki, hər hansı istehsal və sosial sahələrin yaradılması, yenidən qurulması, genişləndirilməsi və habelə məşğulluğun təmin edilməsi, müvafiq investisiya qoyuluşlarından və xüsusi ilə də ondan əldə edilmiş gəlirdərdən səmərəli istifadə olunmasını tələb edir. Bu baxımdan, investisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi birinci dərəcəli əhəmiyyətə malikdir. Odur ki, müasir müstəqillik və bazar iqtisadiyyatı şəraitində xarici ölkələrin marağına və milli iqtisadiyyatın inkişafına tam uyğun olaraq, investisiya fəaliyyətini daha da dərinləşdirmək tələb edilir. Belə bir real şəraitdə, investisiya fəaliyyətinin dövlət tənzimlənməsi və idarə edilməsi müasir reallıqdan irəli gəlir. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri çoxşaxəli olmaqla bərabər, onun əsas istiqamətlərindən biri respublikaya investisiya axınının getdikcə gücləndirilməsidir. Təhlil göstərir ki, son illərdə neft-qaz hasilatı sahəsində sazişlərin çoxalması ilə bağlı xarici investisiya fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bu barədə ətraflı təsəvvürə malik olmaq üçün 2№-li cədvəlin məlumatlarına nəzər salmaq kifayətdir.
Cədvəl 2.
Dostları ilə paylaş: |