ORUC HAQQINDA
Ramazanın mənası
Lüğət alimləri ramazan kəlməsi barədə iki məna qeyd etmişlər:
1. Ramazan yay fəslinin sonunda, payız fəslinin əvvəllərində yağaraq, yer üzünün tozunu təmizləyən yağış mənasını ifadə edən «ramza» sözündən götürülmüşdür. Yəni, payızın əvvəlində yağan yağış yer üzünün tozunu təmizlədiyi kimi, Ramazan ayında da möminlərin günahları oruc tutmaqla yuyularaq təmizlənər.
2. Başqa bir açıqlamaya görə, Ramazan günəşin hərarətindən yandırıcı həddə qızan daş mənasını ifadə edən «ramat» sözündən götürülmüşdür. Yəni, insan qızmar daşlar üzərində rahatlıqla yol gedə bilməyib, ayaqlarını yandırdığı kimi, Ramazan ayının aclıq və susuzluğuna tab gətirməklə sanki Allah-Təala onun günahlarını yandırıb məhv etmiş olur. Malik ibn Ənəsin Peyğəmbərdən (s.ə.v.) nəql etdiyi hədisdə deyilir: “Bu aya günahlar yandığı (bağışlandığı) üçün Ramazan adı verilmişdir”.
Saf niyyətlə oruc tutan əməli saleh möminlər Ramazan qurtardıqdan sonra təzə doğulan uşaqlara bənzərlər.
Ramazan qılıncın ülgücünü və yaxud ucundakı dəmiri iki daşın arasına qoyub döymək mənasını ifadə edən «rəmd» kəlməsindən götürülmüşdür. Ramazan ayına belə bir ad ərəblər silahlarını bu ayda hazırlıqlı vəziyyətə gətirdikləri üçün verilmişdir.
Nəql olunan hədislərin birində Ramazanın Allahın adlarından biri olduğu göstərilir.
Dostları ilə paylaş: |