Hindtoyuğunun vətəni Şimali Amerika sayılır. Ətlik baxımdan qiymətlidir. Iri kütləli və tezböyüyəndir. Əti normal yağlı, zərif şirəli və dadlıdır. Dişi hind toyuğunun diri kütləsi 5-8 kq, erkəklərinki isə 8-16 kq olur. Ildə 50-100 yumurta verir.
Qaz cinslərinin yumurtlama və cücə çıxartma əmsalı toyuq və hind toyuğundan aşağıdır. Lakin yaxşı qulluq etdikdə çox yağlı (50%-dək) və yüksək keyfiyyətli ət verir. Qaz ətinin qidalılıq dəyəri və dad keyfiyyəti digər ev quşlarından üstündür. Dişilərinin diri kütləsi 3,5-5 kq, erkəklərinki 4-6,5 kq olur. El arasında “Yeməmisən qaz ətini, görməmisən ləzzətini” deyimi qaz ətinin dadlı və ləzzətli olmasını göstərir.
Ördək cinsləri ən tezböyüyən və kökələndir. Ördək balası 50-55 gün ərzində 2,5-3 kq-a çatır. Dişi ördəyin diri kütləsi 2-2,5 kq, erkəklərinki 3,5-4,5 kq olur. Ildə 100-200 yumurta verir.
Emalından asılı olaraq quş cəmdəkləri təmizlənmiş, yarımtəmizlənmiş və təmizlənmiş halda, lakin içalat və boyun komplekti ilə birlikdə olur.
Bütün ev quşlarının əti köklüyünə və keyfiyyətinə görə 2 kateqoriyaya ayrılır.
Termiki vəziyyətindən asılı olaraq quş əti temperaturu 250C-dən çox olmamaq şərtilə soyumuş, 0-40C-yə qədər soyudulmuş və mənfi 80C-yə qədər dondurulmuş olur.
Ov quşları – aşağıdakı qruplara bölunur: Meşə quşları – tetra, sibirxoruzu, ağ kəklik, qırqovul və s.; dağ quşları – dağ kəkliyi, dağ hindtoyuğu və s.; çöl quşları – boz kəklik, bildirçin və s.; su quşları – qaşqaldaq, ördək və qazlar; bataqlıq quşları – cüllütlər.
Azərbaycanda ov quşlarından əsasən, qırqovul, kəklik, boz kəklik, turac, bildirçin, Qafqaz tetrası, Qafqaz uları, Xəzər uları, bəzgək, qaşqaldaq, boz qaz, yaşılbaş ördək, fitçi cürə, boz ördək, kəkilli ördək, dəniz ördəyi, ağgöz ördək, qırmızıbaş ördək və s. quşlar ovlanaraq müxtəlif xörəklərin hazırlanmasında istifadə edilir. Ov quşlarının əti yağsız, zülalı nisbətən çox, bərk konsistensiyalı, tünd rəngli, ekstraktlı maddələrlə zəngindir.
İnsanlar hələ qədimdən quş əti ilə qidalanıblar və quş ətinin yeyilməsində heç bir qadağa yoxdur. Lakin təmiz şəraitdə yetişdirilən və halallıqla kəsilənlər yeyilməlidir.
Əbu Musa demişdir: “Peyğəmbərimizi (s.ə.v.) toyuq əti yeyərkən gördüm”. Başqa bir mənbədə deyilir: “Nəbiyə (s.ə.v.) bişmiş ət gətirildi. Ona qol tərəfi verildi və o da yedi. Çünki ən çox qoyunun qabaq (ön) qolunu sevərdi”. Başqa bir mənbədə deyilir: “Rəsulullah (s.ə.v.) toyuğun qanad hissəsini yeməyi xoşlayardı”. Müasir dövrdə bu deyimin elmi izahı oxucuda maraq oyada bilər. Beləki, heyvani məhsulların yağında, o cümlədən toyuğun dərialtı piyində və dərisində xolesterin maddəsi vardır. Bu maddə az hərəkətdə olan və zehni işlə məşğul olanlarda ürək-damar xəstəliklərinin (əsasən də aterosklerozun) yaranmasına səbəb olur. Toyuğun qanadında (hətta qanadı örtən dəridə) xolesterinin olmaması elmi cəhətdən sübut olunmuşdur.
Əbubəkir Razinin (865-925) toyuq əti ilə bağlı söylədiyi elmi fikirlər hamımıza məlumdur: “Ev toyuğunun əti gerçəkdən yaxşı qidadır. Təmiz olanı seçilməlidir. Təmizliyi, yediyi yemlər və bəsləndiyi şərait əsasdır”. Digər mənbələrdə göstərilir ki, əgər toyuğun necə bəsləndiyi və nə ilə qidalandığı sizə məlum deyilsə, onda kəsməzdən 24 saat əvvəl onu təmiz yerdə saxlayın. Bu zaman onun əti halaldır.
Dostları ilə paylaş: |