Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 6,87 Mb.
səhifə117/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   113   114   115   116   117   118   119   120   ...   173
Baldakı şəfa
Bal yuxarıdakı ayələrdə vurğulandığı kimi, insan­lar üçün şəfa olmaq xüsusiyyətinə malikdir. Elmdə bir addım öndə gedən ölkələr balın insan səhhəti baxımın­dan əhəmiyyətini nəzərə alıblar və bu ölkələrdə arıçılıq və arı məhsulları artıq ayrıca bir tədqiqat sahəsi ol­muşdur. Balda olan faydanın ümumi cəhətlərini nəzərə almaqla onu belə sıralamaq olar:

Asanlıqla həzm edilir. Içindəki şəkərin bir başqa növ şəkərə (fruktozanın qlükozaya) çevriləbilmə xüsu­siyyəti sayəsində bal özündə yüksək miqdarda turşu (asit) ehtiva etsə də o, ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Eyni zamanda bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edir.

Sürətlə qana qarışır, sürətli enerji mənbəyidir. Bal ilıq su ilə qarışdırılanda 7 dəqiqə ərzində qana qarı­şır. Özündə ehtiva etdiyi sərbəst şəkərlərə görə, beynin asan işləməsini təmin edir. Bal fruktoza və qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır. Aparılan son elmi-tədqiqat işlərinin nəticələrinə görə, şəkərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifli­yin, yorğunluğun aradan qaldırılmasında ən təsirli üsuldur. Bal bu baxımdan adamı gümrah edir, onun atletizmini və enerjisini artırır.

Qan yaranmasına kömək edir. Bal qan hazırlan­ması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm bir hissəsini təmin edir. Bundan başqa, qanın təmiz­lənməsinə də yardım edir. Qan dövranını nizamlamaq və asanlaşdırmaq baxımından da təsiri var. Bal damar sərtliyinə, yəni damarların kirəcləşərək öz elastikliyini itirməsinə qarşı mühüm bir qoruyucudur.

Balın antimikrob təsir xüsusiyyətləri də var. Onun antimikrob xüsusiyyəti orqanizmdə müəyyən bakteriyaların və kifin böyüməsinə mane olur. Balın bakteriyanın sığınacaq tapmasına imkan verməyən xüsusiyyəti «inhibinə təsir» adlandırılır. Balın anti­mikrob olmasını təmin edən çoxlu səbəblər var. Bun­lar­­dan mikroorqanizmlərin böyüməsi zəruri olan su miq­darını nizamlayan yüksək şəkərə malik olması, yüksək turşu nisbəti (aşağı pH), bakteriyaların böyü­məsi üçün əlverişli şərait yaradan azotun olmaması bak­teriyaların inkişafına mane olur. Balda hidogen-pe­roksidin olması və balın özündə ehtiva etdiyi antioksi­dantlar da bakteriyaların çoxalmasına mane olur.

Bal antioksidantdır. Sağlam həyat tərzi keçirmək və sağlam yaşamaq istəyən hər bir kəsin antioksidant istehlak etməsi xüsusilə vacibdir. Antioksidantlar hü­cey­rə­lərdə maddələr mübadiləsində əmələ gələn zərərli ətraf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı kimyəvi təsirləri azalda bilən elementlərdir. Mütəxəs­sislər antioksidant baxımından zəngin olan qidaların ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin qarşısını alacağına inanırlar. Balın tərkibində də güclü antioksi­dantlar var: pinosembrin, pinobaksin, krisin və qaloqin. Bunlardan pinosembrin ancaq balda mövcud olan antioksidantdır.

Haşiyə. Aparılan kliniki müşahidə və təcrübələr nəticəsində balın antibakterial və antienflamatuar xüsusiyyətlərə malik olduğu ortaya çıxmışdır. Balın yaralardakı infeksiyanın və buradakı ölü hüceyrə­lərin ağrısız olaraq təmizlənməsində və yeni toxuma­ların əmələ gəlməsində çox böyük təsiri vardır. Balın dərman olaraq istifadə edilməsi ən qədim tarixi kitabələrdə də bəhs edilir. Günümüzdə də alimlər və həkimlər balın yaraların müalicəsində təsirini yeni­dən kəşf etmişlər. 20 ildir balı araşdırmaq məsələsinə rəhbərlik edən və Yeni Zellandiyadakı Vaykato (Waikato) Universitetində biokimya professoru olan dr. Peter Molan balın antimikrob xüsusiyyətləri ilə bağlı bir mütəxəssis olaraq deyir: “Təsadüfi təcrübə­lərlə müəyyən olunub ki, bal yanıq yaralarındakı infeksiyanı öz nəzarəti altında saxlayır, xəstəxanalar­da əksər hallarda antibakteriya dərmanı olaraq istifadə edilən gümüş sulfudiazindən daha təsirlidir və yeni toxumaların inkişafını hərəkətə gətirir”.

Bal vitamin və mineral “anbarı”-dır. Balın tər­ki­bin­də fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı maqnezium, kalium, kalsium, natrium, xlor, kükürd, dəmir və fosfor kimi minerallar da var. Nektar və çiçək tozu öz qaynaqlarının xüsusiyyətlərinə görə dəyişdiyi üçün balda B1, B2, C, B6, B5 və B3 vitaminləri var. Bunlardan başqa balda az miqdarda mis, yod, dəmir və sink də olur.

Baldan yaraların müalicəsində istifadə edilir. Yaraların müalicəsində istifadə edilən balın tərkibində havadan nəm çəkə bilmək xüsusiyyəti olduğu üçün sağalma prosesini sürətləndirərək yaranın izinin qalmasının qaşısını alır. Çünki bal yaranın üstünü örtən təzə dərini təşkil edəcək epitel hüceyrələrin bölün­mə­sini sürətləndirir. Beləliklə, böyük yaraların müalicə­sində istifadə edilən bal toxumaların köçürülməsinə ehtiyacı aradan qaldırır.

  • Bal sağalma mərhələsinə daxil olan toxumaları yenidən böyümələri üçün hazırlayır. Yeni kapilyar damarların əmələ gəlməsini sürətləndirərək dərinin daha dərindəki toxuma bağlarının yerini alan fibroplastların böyüməsini təşviq edir və sağalmağın gücünü çoxaldan liflərin əmələ gəlməsini sürətləndirir.

  • Balın yaranın ətrafındakı şişi azaldan antienfla­matuar təsiri də var. Bu, qan dövranını artırır, beləliklə, sağalmanı sürətləndirir və hiss edilən ağrını azaldır.

  • Bal yaranın altındakı toxumalara yapışmır və buna görə də toxumaların cırılması və ağrı baş vermir.

  • Bal radiasiya müalicəsi tətbiq edilən xərçəngli xəstələrin bədənlərində meydana gələn yaranın və mədə xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.

  • Bundan başqa, balın, əvvəl də qeyd etdiyimiz kimi, antimikrob təsiri var. Bal infeksiyanın əmələ gəlməsinin qarşısını alır, mövcud infeksiyanı isə sürətlə təmizləyir. Bal bakteriyaların antibiotik müqa­vimət xüsusiyyətlərinə qarşı da təsirlidir. Antiseptik­lərin və antibiotiklərin əksinə olaraq, bal yaradakı toxumaların üzərində mənfi təsirlər saxlamır.

Bu məlumatlardan da aydın olur ki, bal şəfaverici təsirə malik olan çox güclü olan bir qidadır. Şübhəsiz ki, bu da sonsuz qüdrət sahibi olan Allahın göndərdiyi Quranın möcüzələrindən biridir.

Haşiyə. 2000-ci il sentyabr ayının 10-13-də Avstraliyanın Melburn şəhərində keçirilən “Birinci Dünya yara müalicəsi metodologiyası konfransı”-nda infeksiyalı yaraların müalicəsində baldan istifadə edilməsindən söhbət açıldı. Konfrans bunları izah edirdi: “Infeksiyaya yoluxmaq yaraların müalicə­sində əksər bakteriyalar antibiotiklərə müqavimət gös­tərirlər. Bu vəziyyət çox ciddi tibbi problem yaradır. Həmçinin çoxlu tibbi maddə də yaraların müalicəsində təsirli deyil. Ancaq bal çox fərqlidir. Balın yaralı toxumaların müalicəsində istifadə təcrübəsi 4 min illik bir keçmişə malikdir. Balda çox güclü antibakterial xüsusiyyətlər var, dolayısı ilə, bal yaralardakı infeksiyanın təmizlənməsində və yaraların infeksiyalardan qorunmasında çox təsirlidir”.

Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin