Balın kimyəvi tərkibi və müalicəvi əhəmiyyəti
Bal toplandığı çiçək nektarın müxtəlifliyinə görə 2 qrupa bölünür.
Monofloralı bal, yəni yalnız bir çiçəyin nektarından hasil edilmiş bal;
Polifloralı bal, yəni bir neçə çiçəkdən toplanmış nektardan hasil edilmiş bal.
Monofloralı ballardan ən çox yayılmışları cökə, xaşa, akasiya, xardal, xəşənbül, şabalıd, yonca, ağcaqayın, moruq, günəbaxan, tütün, pambıq və s. göstərmək olar.
Polifloralı ballar yığılma mənbələrinə görə bağ, çəmən, meşə, dağ, səhra balları müxtəlifliklərinə ayrılır.
Emal edilməsi üsullarına görə bal aşağıdakı kimi qruplaşdırılır:
- шанлы бал (сотовый, сексионный);
- сентрафуга балы (центробежный);
- преслянмиш бал (прессованный);
- юзбашына сцзцлмцш бал (самотечный);
- яридилмиш бал (топленый);
- парча балы (кусковой).
Belə qruplaşdırma bal toplandıqdan sonra onun müxtəlif üsullarla emal edilməsindən asılıdır.
Bal tərkibcə yüksək qidalılığa malik olan məhsuldur. Balın kimyəvi tərkibi çiçək nektarından əmələ gəlir. Yığılma mənbəyindən, emalından asılı olaraq kimyəvi tərkibi də dəyişir. Balın tərkibində əsasən şəkər, dekstrin, azotlu maddələr, turşular, minerallı maddələr, fermentlər, vitaminlər, rəngləyici və ətirli maddələr vardır. Bunlardan əlavə balın tərkibində onun müalicəvi və antibakterioloji xassələrini əmələ gətirən müxtəlif bioloji fəal maddələr də vardır.
Yetişmiş balın rütubəti 22%-dən yuxarı olmamalıdır. Əgər rütubət çox olarsa, balın davamlılığı aşağı düşür. Quru maddələrin miqdarı 80-82%-ə çata bilir.
Balın tərkibində 0,14%, şirə balında isə 1,6%-ə qədər minerallı maddələr vardır. Bunlardan K, Na, Ca, Mg, Fe, P, S, Cl, J və s. göstərmək olar. Balın tərkibində həmçinin mikroelementlər də vardır. Bunlardan Cu, Ni, Cr, Bi, Be, V, Ag, Co, Au, Sn, Al, Pb və s. göstərmək olar.
Balın tərkibində quru maddəyə görə orta hesabla 75% monoşəkərlər – qlükoza və fruktoza vardır. Bunlardan başqa balda saxaroza, maltoza, melisitoza, kamed və dekstrinlər vardır. Bal nümunələrinin tədqiqi göstərmişdir ki, bütün bal nümunələrində qlükozanın miqdarı fruktozadan azdır. Ona görə də fruktozanın qlükozaya nisbəti (F:Q) balın kristallaşmasında mühüm rol oynayır. Bu nisbət nə qədər çox olarsa, balın kristallaşması ehtimalı bir o qədər azdır. Balın alınma mənbələrindən asılı olaraq bu nisbət 1,07-dən (cökə balı), 1,44-ə (qarabaşaq balı) qədərdir.
Balın tərkibində zülali və zülalsız azotlu maddələr vardır. Onlar bala nektarla birlikdə və arıların orqanizmindən düşür. Zülali maddələrin miqdarı çiçək balında 0,29-0,04; şirə balında isə 0,17-0,08%-dir. Zülali maddələrlə qarabaşaq (0,3%-ə qədər) və süpürgə kolu balı (1,86%) daha zəngindir.
Zülalların əsas kütləsini balın fermentləri təşkil edir.
Fermentlərdən balda ən çox invertaza, diastaza, katalaza, lipaza rast gəlir. Bunlardan başqa amilaza, oksidaza, peroksidaza və proteoletik fermentlərə də rast gəlir. Qızdırıldıqda balın fermentativ aktivliyi azalır. Ona görə də balın keyfiyyəti yoxlandıqda diastaza rəqəmi (diastazanın fəallığı) təyin olunur. Diastaza çox da qiymətli ferment deyildir, çünki insan orqanizmində onun miqdarı lazımi qədərdir. Buna baxmayaraq diastaza rəqəmi hətta eksporta göndərilən bal üçün də keyfiyyət göstəricisi kimi təyin olunur.
Vitaminlərdən balın tərkibində B1, B2, B6 (pridoksin), pantoten turşusu, PP (nikotin turşusu) və C vitamini (askorbin turşusu) vardır. 100 qram balda 2,1-9,1 mkq B1, 35-145 mkq B2, 227-400 mkq B6, 47-192 mkq B3 (pantoten turşusu), 0,04-0,94 mq PP, 0,52-6,5 mq C vitamini vardır. Balın tərkibində vitaminlər kifayət qədər yaxşı saxlanılır.
Balın tərkibində ətirli maddələr vardır ki, bunlar əsasən güllərin nektarından keçir. Balın tərkibində qaz-maye xromatoqrafiyasının köməyi ilə 50-dən çox ətirli maddələr aşkara çıxarılmışdır. Onların içərisində sadə alfatik spirtlər, o cümlədən propanal, 3-metil-butanol, 2-metil-butanol və başqaları vardır. Balın tərkibində həmçinin metilasetat, metilbutirat, -diketon, formaldehid, asetaldehid, izoyağ aldehidi, diasetil vardır.
Bal yüksək qidalı məhsuldur. 100 qram bal 315-335 kkal (və ya 1321-1381 kCoul) enerji verir.
Arı balı xalq təbabətinin mühüm müalicə vasitələrindən biri olmuşdur. Bal bir çox xəstəliklərin müalicə vasitəsi kimi hələ çoxdan tətbiq edilirdi. Bal xalq tərəfindən isitmə, mədə və bağırsaq yolunun, tənəffüs orqanlarının, ürək-qan-damar sisteminin, sinir sisteminin və dəri xəstəliklərinin müalicəsində bu gün də tətbiq olunmaqdadır. Hal-hazırda balı mədə-bağırsaq xəstəliklərində, ürək xəstəliklərində, sinir sisteminin müalicəsində, ağciyər xəstəliklərində, yaraların müalicə edilməsində, dəri və göz xəstəliklərində, yuxarı nəfəs yollarının iltihabında, qaraciyər və böyrək xəstəliklərində tətbiq edirlər. Balın tərkibində orqanizmdə asan mənimsənilən qlükoza olduğu üçün ürək-damar sisteminin yaxşı işləməsinə kömək edir.
Balın digər şəkərlərlə müqayisədə üstünlükləri aşağıdakılardır.
Bal həzm sisteminin selikli qişasını qıcıqlandırmır;
Insan orqanizmində asan və tez mənimsənilir;
Insanın sərf etdiyi enerjini tez bir zamanda bərpa edir;
Idmançılara və fiziki əməklə məşğul olanlara sərf etdikləri enerjini və gücü tez bərpa etməyə imkan verir;
Digər şəkərlərə nisbətən böyrəklərdən yaxşı süzülür;
Mədə-bağırsaq sisteminə təbii və zəif yumşaldıcı təsir göstərir;
Insan orqanizminə sakitləşdirici təsir göstərir;
Hər insan üçün lazımlı və çox da baha olmayan məhsuldur.
Təbii balın insan orqanizmi üçün müalicəvi və profilaktiki əhəmiyyəti böyükdür. Süni baldan isə əsasən qənnadı məmulatı istehsalında istifadə olunur.
Təbii baldan səmərəli istifadə olunması insan orqanizmi üçün fizioloji cəhətdən əhəmiyyətlidir. Baldan qida maddəsi kimi istifadə etmək üçün vahid resept təyin etmək çətindir. Lakin bir şeyi unutmaq olmaz ki, balı natural halda ona heç bir şey qarışdırmadan yemək yaramaz. Çünki bu zaman o tezliklə həzm sisteminə daxil olur və orqanizm onu tam mənimsəyə bilmir.
Balın orqanizmdə yaxşı mənimsənilməsi üçün onu çörəklə, sıyıqla, su ilə, südlə, qaymaqla, yağla və s. ilə yemək lazımdır. Burada mədə yarası olan xəstələr müstəsna edilirlər. Çünki onların çox miqdar (səhər 200 qr, günorta və axşam isə hər dəfədə 150 qr) təmiz halda (duruldulmadan) bal yeməsi məsləhət görülür. Belə müalicənin məqsədi balın təkcə orqanizm tərəfindən tam mənimsənilməsi deyil, habelə onun mədə-bağırsaq traktına yaxılıb mədə və onikibarmaq bağırsağı mexaniki və kimyəvi təsirlərdən qorumaqdır.
Başqa xəstəliklərdə (orqanizmin zəif düşməsi, ürək xəstəlikləri) balı çörəklə, sıyıqla, yaxud spirtsiz içki ilə yemək lazımdır.
Sarılıq zamanı ballı çay, su və südlə qəbul etmək çox faydalıdır. Bu zaman o qaraciyərin «yuyulmasına» və ödün ayrılmasına yaxşı təsir göstərir. Sağlam adamlara yaxmac: çörək, kərə yağı və üstündən bal yaxıb yemək məsləhətdir.
Yarası olan xəstələr istisna olmaqla yaşlı adamların gündə 100-150 qramdan artıq bal yeməsi faydasızdır.
Uşaqlar üçün norma bir qədər az olmalıdır. Südəmər uşağa çay qaşığının ½ hissəsi qədərdən başlayıb tədricən 1 çay qaşığına qədər balı ½ stəkan südə qarışdırıb gündə 2-3 dəfə vermək yaxşıdır. Mədəsi pozulmuş uşağa yaxşı olar ki, balla bir az şirinləşdirilmiş çay içirdilsin.
Yaşlı adamların yuxusuzluğu zamanı yatmağa yarım saat qalmış 2-3 çay qaşığı balı yarım stəkan isti suya qarışdırıb içməsi məsləhətdir.
Südə, qəhvəyə və sıyığa bal şəkər kimi hər kəsin öz zövqünə uyğun qarışdırılır. Bir cəhəti də nəzərə almaq lazımdır ki, bal adi şəkərdən onun tərkibində olan “canlı təbiət” maddələri – fermentlər, vitaminlər və s. olması ilə fərqlənir. Hamıya məlumdur ki, yüksək temperaturda bütün canlılar məhv olur. Buna görə də balı qəhvəyə və südə, sıyığa bir qədər soyuduqdan sonra qatmaq lazımdır.
Bəzi adamlar balı duru, şərbət halında yeməyi xoşlayırlar. Buna görə də əgər bal xarlayıbsa (bərkiyibsə) onu qızdırmaqla durultmaq olar. Ancaq balı açıq alovda və 600C-dən yuxarı qızdırmaq yaramaz. Çünki bu zaman balın ətri uçur, şirniyyata çevrilir və müalicəvi əhəmiyyətini itirir.
Sağlam olmaq istəyirsinizsə bal yeyin və yuxarıdakı məsləhətləri nəzərə alın.
Aşağıdakı 1 saylı cədvəldə 100 q balın qidalılıq baxımdan əsas tərkib hissələri göstərilir.
Dostları ilə paylaş: |