Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


Cədvəl 1. Balın orta hesabla tərkibi



Yüklə 6,87 Mb.
səhifə119/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   115   116   117   118   119   120   121   122   ...   173
Cədvəl 1. Balın orta hesabla tərkibi


Qida maddələri

(tərkib hissələri)

100 q baldakı

təxmini miqdarı

Su

17,1 q

Cəmi karbohidratlar

82,4 q

O cümlədən:




Fruktoza

38,5 q

Qlükoza

31,0 q

Maltoza

7,2 q

Saxaroza

1,5 q

Kalorinin cəmi

304 kkal

Protein

0,7 mq

Vitaminlər:




B1 (tiamin)

0,01 mq

B2 (riboflavin)

0,3 mq

Nikotin turşusu

0,3 mq

Pantoten turşusu

-0,25 mq

B6 (piridoksin)

0,02 mq

B9 (Foll turşusu)

0,01 mq

C (askorbin turşusu)

0,5 mq

Minerallar:




Natrium

2,85 mq

Kalsium

4,8 mq

Dəmir

0,25 mq

Sink

0,15 mq

Kalium

50,0 mq

Fosfor

5,0 mq

Maqnezium

2,0 mq

Selen

0,01 mq

Mis

0,05 mq

Xrom

0,02 mq

Manqan

0,15 mq

Mineral tozu (kül)

0,2 q


Bal haqqında hədislər
Peyğəmbər (s.ə.v.):

  1. Bal dərmandır.

  2. Iki şəfadan – bal və Qurandan istifadə edin.

  3. Təzə doğan qadınlar üçün təzə xurma, xəstə üçün isə bal kimi dərman yoxdur.

  4. Allah-Təala bərəkəti balda verib. Onda xəstəliklərin şəfası var və yetmiş peyğəmbər onun faydasının davamiyyətli olmasını Allahdan istəyib.

  5. Bal şərbətindən üstün olan bir dərman yoxdur.

  6. Bal nə yaxşı içəcəkdir: ürəyi qoruyur, sinənin soyuqluğunu aradan qaldırır.

  7. Bal şəfadır. O, yeli və qızdırmanı qovur.

  8. Əgər bir şeydə şəfa varsa, o, ya qan alanın ülgücündə, ya da bal yeməkdədir.

  9. Ərəb, qan alanın qan almasından və ya bal yeməkdən yaxşı bir şeylə müalicə olunmayıb.

  10. Əgər sizin dərmanlarınızda xeyir varsa, bu ya bal yeməkdə, ya qan alma alətində, və ya da odla dağlamaqdadır, amma mən dağlamağı sevmirəm.

  11. Şəfa üç şeydədir: bal yeməkdə, qan almaqda və odla dağlamaqda. Amma mən ümmətimə özlərini dağlamağı qadağan edirəm.

Imam Əli (ə):

  1. Xəstə bal qədər yaxşı olan başqa bir şeylə müalicə olunmayıb.

  2. Bal bütün xəstəliklərin dərmanıdır, özündə isə heç bir dərd yoxdur. O, bəlğəmi azaldır, qəlbi açır.

  3. Bir qaşıq bal bütün xəstəliklərin dərmanıdır. Allah-Təala buyurur: “...Onların (arıların), qarınla­rın­dan insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar...”.(ən-Nəhl, 16/69) Bal yemək, Quran oxumaq və buxur çeynəmək bəlğəmi kəsir.

  4. Balda şəfa var.

Imam Kazim (ə):

  1. Hər kəsin bel suyu (sperması) dəyişikliyə məruz qalarsa, ona sağılmış südlə bal faydalıdır.

  2. Balı şanısından ayırsan da, o bütün xəstəliklərin dərmanıdır.

“Kafi” - Həmzə İbn Təyyar Imam Kazimdən (ə): Insanlar qan almaq və bir müzə bal yeməkdən daha faydalı olan bir metodla müalicə olunmayıblar.

Mən soruşdum: - Sənə fəda olum, müzə bal nə olan şeydir?

Dedi: - Bir qaşıq bal.

“Imam Rzanın (ə) fiqhi”: Imam Kazim (ə) buyurdu: “Balda bütün xəstəliklərin şəfası var. Hər kəs acqarına bir qaşıq bal yeyərsə, bəlğəmi kəsilər, sarılığı yatar, zərdabın qarşısı alınar, zehni saflaşar. Buxurla yeyildikdə hafizəsi yaxşılaşdırar”.

Imam Rza (ə): Hər kəs bütün qışı zökəmə tutulmaq istəmirsə, hər gün üç loxma bal şanısı yesin.

Imam Hadi (ə):



  1. Günaşırı baş verən qızdırma haqqında soru­şul­duqda: Bal və qara çörəkotu qatışdırılıb yeyilsə, qız­dır­ma aradan qalxar. Onların hər ikisi mübarək qidalardır. Allah-Təala bal haqqında belə buyurur: “Onların (arıların), qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngdə bal çıxır”. (ən-Nəhl, 16/69).

  2. Iki gündən-bir qızdırması qalxan şəxs üçün ən faydalı dərman həmin gün baldan hazırlanmış və zəfəranı çox vurulmuş şərbət içməkdir və həmin gün başqa heç nə yeməməkdir.

“Möcəmül-əvsət” - Saib ibn Yəziddən: Allahın Rəsulu (s.ə.v.) qan almağı əmr etdi və dedi: “Insanlar üçün qan almaq və bal yeməkdən yaxşı xəstəlikləri çıxartma vasitəsi yoxdur”.

“Dəməşqin tarixi” - Amir İbn Malikdən: Qızdırmalı olduğuma görə bir nəfəri Peyğəmbərin (s.ə.v.) yanına göndərdim, ondan dərman və şəfa istədim. Həzrət də mənə bir qab bal göndərdi.

“Dəməşqin tarixi” - Abdulla İbn Bureydədən: Amir İbn Tüfeyl Amirinin əmisi mənə danışdı ki, Amir İbn Tüfeyl Allahın Rəsuluna (s.ə.v.) bir at hədiyyə etdi və Həzrətə bir məktub yazdı: “Bədənimdə böyük bir çapıq əmələ gəlib, mənə bir dərman göndər”.

Peyğəmbər (s.ə.v.) onun atını qaytardı, çünki o, müsəlman olmamışdı, amma ona bir qab bal göndərdi və dedi: “Bununla müalicə olun!”.

Imam Baqir (ə): Ərəbin tibbi yeddi şeydədir: qanalma alətində, imalədə, hamamda, burunotunda (buruna tökülən dərmandır), qusmaqda və bal yeməkdə. Axırıncı dərman dağlamaqdır.
Bal təfsiri

Belə rəvayət edirlər ki, Həzrəti Əli (ə) əfəndimiz bir gün qalibiyyətlə hərbdən evinə dönür. Həzrəti Əbu Bəkir (ə), Həzrəti Ömər(ə) və Həzrəti Osman (ə) onun evinə gəlir: “Qələbən mübarək olsun, ey Allahın aslanı” deyərək təbrik edirlər.

Həzrəti Əli (ə) əfəndimiz büllur kimi parıldayan, işıq kimi yanan haşiyəli bir tabaqda bal gətirib müsafirlərinə ikram edir. Həzrəti Əbu Bəkir (ə) əfəndimiz əlini uzadıb baldan yemək istədikdə balın içində bir uzun tük (qıl) olduğunu görür və onu balın içərisindən çıxarmaq istəyir. Həzrəti Ömər (ə) mane olub deyir: “Ya Əbu Bəkir dəymə. Bizlər Allah Rəsulunun ən yaxınlarıyıq. Umulur ki, bizləri təcrübə­dən keçirmək üçün bu qıl buraya qoyulmuşdur. Bu­nunla bağlı gəlin hər birimiz bu bal haqqında bir təfsir söyləyək”.

Həzrəti Əbu Bəkir (ə) əfəndimiz öz təfsirində belə söyləyir: “Namaz qılan möminlərin qəlbi bu tabaqdan nurludur. Dünya məşğuliyyətlərini yada salmadan namaz qılmaq bu baldan dadlıdır. Məxluqatdan tam uzaq olmaq şərtilə Cənabi Haqqa yönəlmək bu qıldan incədir”.

Həzrəti Ömər (ə) əfəndimiz öz təfsirində belə söylədi: “Müsafirlərini sevən ev sahibinin qəlbi bu ta­baqdan nurludur. Müsafirlərlə səmimi söhbət etmək bu bal­dan dadlıdır. Müsafirlərin qəlbi bu qıldan da incədir”.

Həzrəti Osman (ə) əfəndimiz öz təfsirində belə söylədi: “Alimlərin qəlbi bu tabaqdan nurludur. Alimlərlə söhbət etmək bu baldan dadlıdır. “Qurani-Kərim”ə məna vermək bu qıldan incədir”.

Həzrəti Əli (ə) əfəndimiz öz təfsirində belə söylədi: “Islam dini uğrunda döyüşə gedən möminlərin qəlbi bu tabaqdan nurludur. Kafirlərlə vuruşub qalib gəlmək bu baldan dadlıdır. Qul kimi əsir düşməyib evinə qayıtmaq bu qıldan incədir”.

Bütün bu hikmətli təfsirləri dinləyən Həzrəti Fat­ma (A.o.r.) çox duyğulanmış və özünə görə aşağıdakı təfsiri söyləmişdir: “Qocasını məmnun edən qadının qəlbi bu tabaqdan nurludur. Qocasına əzab-əziyyət vermədən gözəl həyat sürmək bu baldan dadlıdır. Qocasının tələbini yerinə yetirmək və onu məmnun etmək bu qıldan incədir”.

Bu anda Rəsulullah əfəndimizə xəbər verildi. Bu sıradan Rəsulullah “Dostlarım, bir təfsir də mən deyim” buyurdu: “Ümmətimin qəlbi nurludur bu tabaqdan. Kövsər şərabı dadlıdır bu baldan. Şəriətimin yolu incədir bu qıldan”.

Bu əsnada Cənabi Haqq Cəbrayılı (ə.) göndərmiş­di. Cəbrayıl da bir təfsir söylədi: “Qardaşım Ya Mu­həm­məd! Sənin peyğəmbərliyin nurludur bu tabaqdan. Gələcək Qiyamət günündə ümmətinə şəfaət etmən dadlıdır bu baldan. Sirat körpüsü incədir bu qıldan”.

Bu hikmətli təfsirlərdən sonra cümləsi əl qaldırıb amin dedi. Rəsulullah da belə dua buyurdu: “Ya Rəbbi! Bu bal təfsirini oxuyana, dinləyənə iki yüz iyirmi dörd min peyğəmbər savabı ver” buyurdu. Hamı birlikdə amin dedi.

Cənabi Haqdan xitab gəldi: “Ya Muhəmməd! Qullarımdan hər kəs bu bal təfsirini oxuyarsa, yaxud oxudarsa və yaxud yazdırıb yanında daşıyarsa, yaxud yazdırıb ümmətimə hədiyyə edərsə, izzəti cəlalım haqqı üçün o qullara 224 min peyğəmbər savabı verərəm” buyurdu.

Indi bir kimsə bu bal təfsirini özü üçün yazıb və ya yazdırıb hər gün oxusa və oxumağa davam etsə, keşməkeşli dünya darlığı görməz. Dünyada zərurətə düşməz. Ölərkən iman ilə ölmək nəsib olar. Hüsnü xatimə ilə ölmək iman salamatilə axirətə getmək deməkdir. Bu səbəbdən uca Cənabi Haqq onu gələcək bəla və qəzalardan mühafizə edər.

Açıqlama: Ey Cənnət Yolçusu Qardaş! Bu bal təfsirindəki hikmət və incəlik, dörd böyük xəlifələri­mizin hikmətli izah və təfsirləri, Həzrəti Fatimə Valideynimizin ibrət dolu təfsirləri, Rəsulullahın (s.ə.v.) mübarək təfsirləri və Cəbrayılın (ə.) təfsir və izahlarının gözəlliyidir. Bunun əsası olaraq Islam bir bütün olaraq yaşamaqdadır.

Namaz ibadəti bir mömin üçün əsasdır. Insan ibadət üçün yaradılmışdır. Həzrəti Əbu Bəkir (ə) əfəndimiz bu incəliyi dilə gətirməkdədir.

Islamda müsafirlik çox önəmli bir amildir. Bu incəliyi Həzrəti Ömər (ə) əfəndimiz dilə gətirməkdədir.

Alim və elm əhlini digərlərindən fərqləndirmək Islamda çox mühümdür. Həzrəti Osman (ə) əfəndimiz bu önəmə işarə etməkdədir.

Islamda Cihadın önəmini bilməyən yoxdur. Həzrəti Əli (ə) əfəndimiz çox önəmli olan bu əsası dilə gətirməkdədir.

Həzrət Fatimə valideynimizin işarət buyurduğu incəlik Islam ailəsinin təməlidir. Bir xanımın qocasına olan böyük sayqısı və qocaya olan haqqını yerinə yetir­mək təfsiri, doğrusu cildlər dolusu izah və açıqlamaları özündə əks etdirən vacib və lazımlı bir təfsirdir.

Rəsulullahın (s.ə.v.) mübarək izahları isə, mömin­lərin könüllərinə sonsuz fərəh bəxş etməkdədir. “Sirat qıldan incə, qılıncdan kəskindir” demişdir. “Dinimiz qıldan incə, qılıncdan kəskindir” deyimləri hələ də incəliklə dayanmaqdadır.

Hələ Cəbrayılın təfsirindəki “Qiyamət günü Rəsulullahın (s.ə.v.) ümmətinə şəfaət etməsinin dadı və zövqü, əlbəttə ki, dünya balında ola bilməz”.

Dini işlərdə savab və fəzilət əldə edtmək üçün niyyətlərin düzgün və Allah üçün olması gərəkdir. Bir iş Allah üçün edilərsə, Allah qullarının qəlbindəki niy­yətləri çox yaxşı bildiyindən, o qulunun niyyətlərinə görə müamilə yapacaqdır. Allah eşqinə iş tutanlar, Allahdan sonsuz mükafat alacaqlar. Biz müsəlmanlar buna inanırıq.


Şəkər haqqında
Şəkər qamışı və şəkər istehsalının vətəni Cənub-Şərqi Asiya sayılır. Şəkər qamışı Hindistanda eramızdan 3000 il əvvəl, Yaxın Şərqdə, Aralıq dənizi ölkələrində və Çində VI əsrdən becərilir.

Makedoniyalı Iskəndərin ordusu Hindistan torpa­ğına qədəm basdıqda gördükləri çoxlu möcüzələr içə­risində bir şey onların diqqətini cəlb etmişdi. Hindlilər xoş şirin dada malik olan ağ rəngli bərk məhsul yeyirdilər. Makedoniyalı Iskəndərin silahdaşlarından biri o vaxt yazmışdı ki, Hindistanda yetişən qamış arısız bal verir. Sonralar Çinə gətirilən həmin məhsul Daş bal, Misirdə isə Hind duzu adlanırdı. Beləliklə şəkər istehsalı Hindistanda başlamış, sonralar Irana keçmiş və VII əsrdə ərəblər onu Avropaya aparmışlar. Rus dilində “Caxap”, indusca “Sarkara” və ya “Sakkara” sözündən yaranmışdır.

Şəkər qamışının tərkibində 20%-dək şəkər (saxa­ro­za) olur. Şəkər qamışından şəkər alınması qədimdən məlumdur. Sənaye üsulu ilə şəkər qamışından şəkər istehsalına Hindistanda XVI əsrdə başlanmışdır. Hazırda Dünyanın 100-dən çox ölkəsində istehsal olunan şəkərin təxminən 55%-i subtropik və tropik iqlim şəraitində yetişən şəkər qamışından, 45%-i isə şəkər çuğundurundan alınır.

1746-cı ildə Alman alimi Andrey Markqraf ilk dəfə çuğundurda saxaroza olduğunu kəşf edir və bu barədə Berlin Elmlər Akademiyasına məlumat verir. XVIII əsrin axırlarında bu bitkiyə maraq artır və demək olar ki, Avropanın bir çox ölkələrində onun becərilməsinə başlanır. Şəkər çuğundurundan ilk dəfə zavod şəraitində şəkəri almanlı F.K.Aşar almışdır.

Təqdirə layiq haldır ki, artıq «Azersun Holdinq» şir­kətlər qrupunun tərkibində fəaliyyət göstərən “Azər­bay­can Şəkər Istehsalat Birliyi” (AŞİB), başqa sözlə Imişli Şəkər Zavodu nəinki respublikanın şəkərə olan tələbatını ödəyir, hətta xarici ölkələrə də şəkər ixrac edir.

Şəkər əsas qida maddələrindən biridir. Şəkərdən kulinariyada, qənnadı sənayesində, spirtsiz içkilər, mü­rəb­bə, cem və digər konservləşdirilmiş meyvə-gilə­meyvə məhsulları istehsalında istifadə edilir.

Insanların qidalanmasında şəkərin böyük əhəmiy­yəti vardır. Şəkər orqanizmdə yaxşı mənimsənilir (95% və çox) və yüksək qidalılıq dəyərinə malikdir. 100 qram şəkər 374 kkal və ya 1565 kCoul enerji verir. Şəkərin qidalılıq dəyəri­nin yüksək olması ondan irəli gəlir ki, o suda yaxşı həll olur və tezliklə qana sorulur.

Şəkər gündəlik qida rasionuna daxildir. Qeyd etmək la­zımdır ki, 1-11 yaşlı uşaqlar gündə 50-60 qram, 11-14 yaşlı yeniyetmələr 60-70 qram, yaşlılar isə 70-90 qram şəkər ye­məlidirlər. Digər məhsullarla qəbul olunan saxaroza da nə­zərə alınmaqla sağlam insan gündə 100-125 qram şəkər qə­bul edə bilər. Lakin artıq miqdarda şəkər qəbul edildikdə qan qlükoza ilə doyur, maddələr mübadiləsi və eləcə də şə­kər mübadiləsi pozulur, mədəaltı vəzinin işi çətinləşir. Yu­xunun pozulması, iltihab proseslərinin inkişafı da çoxlu şə­kər qəbul edilməsi ilə əlaqədardır. Lakin şəkərin insan or­qanizmi üçün fizioloji əhəmiyyəti böyükdür.

Şəkər haqqında “Qurani-Kərim”də heç bir buyuruq yoxdur. Lakin imamların hədislərində şəkər çuğunduru və şəkər haqqında bir neçə kəlamlara rast gəlmək olur.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin