BEŞİNCİ AMİL İMAMƏT VƏ VİLAYƏT HƏDİSLƏRİ
Şiəliyin yaranmasına səbəb olan amillərdən biri də Əhli-beytin (ə), onların önündə isə Əlinin (ə) imamlığını göstərən müqəddəs mətnlərdir. Belə hədislərin bir neçəsinə nəzər salaq:
1. “Qədir-Xum” hədisi;
Peyğəmbər (s) Qədir-Xumda buyurmuşdur: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”1.
2. “On iki xəlifə” hədisi;
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Məndən sonra on iki xəlifə olacaqdır. Onların hamısı Qüreyşdəndir”2.
3. “Vilayət” hədisi;
Peyğəmbər (s) Əliyə (ə) müraciətlə buyurur: “Sən məndən sonra hər bir möminin vəlisi və rəhbərisən”3.
4. “Visayə” hədisi;
Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən, hər bir Peyğəmbərin (s) vəsi (canişin) və varisi olur. Mənim də vəsi (canişin) və varisim Əlidir (ə)”4.
5. “Mənzilət” hədisi;
Peyğəmbər (s) buyurmuşdur: “Sən mənim üçün, Musa üçün Harun kimisən. Lakin məndən sonra peyğəmbər yoxdur”5.
6. “Xilafət” hədisi.
Peyğəmbər (s) Əliyə (ə) müraciətlə buyurmuşdur: “Sən öz qövmün arasında mənim vəsi (canişin) və canişinimsən. (Ey insanlar!) ona qulaq asın və tabe olun”6.
Dostları ilə paylaş: |