3. Şiə sözü İmamiyyə məzhəbinə deyilmir;
Doktor Nasir Abdullah ibn Əli Qifari “Üsul məzhəb əş-şiə” kitabında yazır: “Əhli-sünnəyə aid olan ensiklopediya və ya ensiklopedik soraq kitablarında şiə anlayışının bu gün uyğun adla tanınan məzhəbə aid olduğunu tapa bilmədim. Lakin bir neçə zəif və ya saxta hədis vardır ki, bu hədislərdə şiə sözü işlənmiş və Əli (ə) şiələri mədh edilmişdir. Belə hədislərə aşağıdakıları misal göstərmək olar: فأستغفرت لعلی و شیعته.... مثلی مثل شجرة أنا أصلها و علی فرعها..... أنت و شیعتک فی الجنة 4
Cavab: Birincisi, məlum hədislərin zəif və ya saxta olmasına sübut nədir? Bu və ya digər hədisin məzmunu sizin əqidənizlə müvafiq olmadığı üçünmü zəif və ya saxta hesab olunur? Belə bir iddia üçün dəlil göstərmək lazım deyilmi?
İkincisi, məlum hədislər hədsiz dərəcədə çox olduğu üçün “mütəvatir” və ya “məşhur” hədis sayılır. Buna görə də sənəd baxımından tədqiqə ehtiyac duyulmur. Çünki ehtimallar yığını və saysız gümanlar yəqinlə nəticələnir.
Üçüncüsü, bu hədislərin məzmununu digər səhih sənədli (“Qədir” və “Səqəleyn” hədisləri kimi) hədislərlə təsdiqləmək olar.
Dostları ilə paylaş: |