Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə38/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   34   35   36   37   38   39   40   41   ...   283
2. Şiə, sevən deməkdir;

İbn Həcər Məkki “əs-Səvaiq əl-mühriqə” kitabında bir neçə hədis qeyd edərək yazır: “Əli (ə) şiələri elə əhli-sünnədir. Çünki Əlini (ə), Allahın və rəsulunun (s) tapşırdıqları kimi sevirlər. Əhli-sünnədən başqa digər məzhəblərin hamısı Əliyə (ə) düşməndirlər. Çünki şəriətdən xaric sevgi hidayətdən dönmək və əslində düşmənçilikdir. Elə buna görə də (bu sevgi) onların bədbəxtliklərinə gətirib çıxaracaq”1.



Cavab: Birincisi, o, şiə sözünü sevən kimi tərcümə etmişdir. Bir halda ki, şiə sözünün bu məna ilə heç bir əlaqəsi yoxdur. Şiə sözünün mənası itaət edən, ardıcıldır.

İkincisi, bu açıqlama şiə sözünün terminoloji mənası ilə də müvafiq deyil. Çünki şiə sözü bir termin kimi Əhli-beyti (ə) sevib onlara itaət edən, tabe olan, onların imam olduğuna inanan insanlara deyilir. Şəhristani deyir: “Şiə müqəddəs mətnlərə əsaslanaraq yalnız Əliyə (ə) tabe olan, onun imamlığına və xəlifəliyinə əqidə bəsləyən insanlara deyilir”2.

Seyid Şərif Cürcani deyir: “Şiə Əliyə (ə) tabe olan, onun Peyğəmbərdən (s) sonra bilavasitə imam olduğuna inam bəsləyənlərə deyilir. Onların əqidəsincə, imamlıq ondan sonra övladlarına keçir”3.

Üçüncüsü, bu iradların müəllifi İbn Həcərə deyirik: Əgər Əlinin (ə) həqiqi şiələri əhli-sünnədirsə, o zaman nə üçün onun düşmənləri haqqında kitab yazır, onları mədh edirlər? İbn Həcərin özü Müaviyəni müdafiə məqsədi ilə “Təthir əl-cinan” adlı kitab yazmamışdırmı? Müaviyənin Əliyə (ə) qarşı düşmənçiliyi İbn Həcərə məlum deyildimi?

Dördüncüsü, hansı dəlilə görə əhli-sünnədən olmayanların Əliyə (ə) məhəbbəti şəriət çərçivəsi xaricindədir? Onlar Əlini (ə) sevərək Allah məqamınamı yüksəltmişlər? Əsla belə deyil. Bizim o həzrətə (ə) olan məhəbbətimiz ifrat deyil, sizin məhəbbətiniz - əgər varsa, - olduqca azdır. Bizim onu sevməyimizə səbəb “Rayə” (ələm, bayraq) hədisinə əsasən Allahın onu sevməsidir.

Beşincisi, siz Əhli-beyti (ə) necə sevirsiniz, bir halda ki, sizin Buxari kimi öndərləriniz İmran ibn Həttan kimi Əhli-beyt düşmənindən, nasibilərdən hədis nəql edir (və səhih olduğu qənaətinə gəlir), lakin Əhli-beytə (ə) diqqətsizlik göstərərək onlardan hədis nəql etmir? Seyid Şərəf əd-Din yazır: “Əli və Əhli-beyt (ə) şiələri dində onlara tabe olanlardır. Biz əqidəmizi, dinimizin hökmlərini, üsul elmini, sünnə və Quranla bağlı bilgiləri, əxlaq və davranış qaydalarını bütünlüklə onlardan almışıq. Bu, onların imamətini qəbul edərək onlara qarşı təvazökarlığımız sayəsində gerçəkləmişdir. Elə buna görə də onların şiələri hesab olunuruq. Allaha şükür edirik ki, bizi öz dininə hidayət etmiş və biz də Peyğəmbərin (s) qoyub getdiyi iki möhkəm ipdən yapışmışıq. Uca Tanrım bizim Peyğəmbərin (s) elm şəhərinə qapıdan daxil olmağımıza yardım etmişdir. Bu qapı günahların bağışlanma və yer üzü varlıqlarının təhlükəsizlik amili, ümmətin nicat gəmisidir”.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin