İMAM HƏSƏNİN (Ə) DÖVRÜNDƏ ŞİƏLİK
İmam Həsən (ə) Müaviyə ilə sülh müqaviləsini qəbul etməyə məcbur olduqda İmamı (ə) narahat edən məsələlərdən biri də Əli (ə) şiələrinin təhlükəsizlik məsələləri idi. Elə buna görə də sülh müqaviləsində xüsusilə qeyd etdiyi bəndlərdən biri də Əlinin (ə) səhabələrinin təhlükəsizliyinin təmin edilməsi idi. Müaviyə də sazişdə nəzərdə tutulmuş bu bəndi qəbul etdi. Lakin sülh müqaviləsi həyata keçirilməyə başladığı ilk gündən Müaviyə bu bəndə əsla əməl etməyəcəyini, onu pozacağını elan etdi.
İbn Əbu əl-Hədid Əbu əl-Həsən Mədainidən nəql edir: “Müaviyə valilərə ünvanladığı məktubda yazırdı: “Mən, Əbu Turab (ə) və Əhli-beytin (ə) fəziləti haqqında hədis nəql edənləri bağışlamayacağam”. Bu məktubdan sonra ən ucqar yerlərdə belə bütün xətiblər minbərlərdə Əliyə (ə) lənət oxumağa, ona və Əhli-beytinə (ə) nifrətlərini elan etməyə başladılar. Həmin dövrdə ən çox hücuma məruz qalan Kufə şiələri idilər. Çünki o zaman Kufədə çoxlu sayda şiə yaşayırdı. Müaviyə Ziyadı Kufəyə vali təyin etdi. O, şiələri yaxşı tanıyırdı. Ziyad Müaviyədən aldığı əmrə əsasən şiələri gördüyü yerdə qətlə yetirirdi. Bəzən də onları hədələyərək qorxudur, əl-ayaqlarını kəsir, gözlərini çıxarırdı, edam edirdi. O zaman bir çoxları İraqdan sürgün edildilər. Ona görə də İraqda tanınmış şiələrdən qalan olmadı”5 .
İbn Əsəm yazır: “Ziyad daim şiələrin ardınca gəzirdi. Onları tutduğu yerdə qətlə yetirirdi. Belə ki, onun valiliyi zamanında çoxlu sayda şiə qətlə yetirildi. O, şiələrin əl-ayağını kəsdirir, gözlərini çıxartdırırdı. Əlbəttə, Müaviyə özü də az şiə qırmamışdı”6 . Bir çox şiələrin edam edilməsi qərarını şəxsən özü verirdi7. Ziyad şiələri, Əliyə (ə) nifrət və kinlərini bildirmək üçün məscidə toplayırdı8. O, Bəsrədə şiələrin izini axtarır, şiə olduğunu güman etdiyi şəxsi dərhal qətlə yetirirdi. Bir çox səhabə və tabeilər Müaviyənin fərmanı ilə qətlə yetirilmişdilər1. Hicri 53-cü ildə Müaviyə Hücr ibn Ədini və səhabələrini qətlə yetirdi. Bu, səhabələri ilə birlikdə özünəməxsus şəkildə qətlə yetirilən ilk şəxs idi2.
Əmr ibn Həmiq Xüzai İmam Hüseynin “Seyid əş-şühəda” (şəhidlərin ağası) adlandırdığı böyük səhabələrdəndir. Müaviyə ona, təhlükəsizliyini təmin edəcəyini söz verdikdən sonra qətlə yetirdi3.
Malik Əştər görkəmli simalardan biri, Əlinin (ə) apardığı döyüşlərin məğlubedilməz sərkərdəsi idi. Müaviyə onu Misirə gedərkən nökərlərinin əli ilə zəhərlədib öldürdü4. Rüşəyd əl-Həcəri İmam Əlinin (ə) yaxın şagirdlərindən idi. Ziyad Əliyə (ə) lənət oxuyub, nifrətini bildirməsini əmr etdikdə o, rədd cavabı verdi. Elə buna görə də onun hər iki əl-ayağını kəsib dar ağacından asdılar5.
İbn Mehr Əbdini Əlinin (ə) imamətini qəbul etdiyi üçün ələ keçirib, əl-ayaqlarını kəsdilər. Sonra isə xurma ağacından asdılar.
Dostları ilə paylaş: |