16. Abdullah ibn Musa (h. q. 120-213);
İbn Səd onu etibarlı, çox hədis nəql edən kimi təqdim etmişdir.1 İbn Əsir onu səhih və Buxarinin hədis nəql etdiyi şeyxlərdən biri kimi təqdim etmişdir.2 İbn Məndə Əhməd ibn Hənbəlin camaatı ona doğru çağırdığını nəql edir. Bir halda ki, o məşhur rafizi idi.3 Buna baxmayaraq, onun rəvayətləri “Səhihi-Buxari”4, “Səhihi-Müslim”5, “Sünəni-Əbu Davud”6, “Sünəni-İbn Macə”7 və “Sünəni-Nəsai”də8 nəql olunmuşdur.
17. Osman ibn Əmir Bəcəli Kufi;
İbn Ədi deyir: “O, səviyyəcə düşük etiqadlara malik idi və şiəlikdə ifrat edirdi. “Rəcət”ə inanırdı. Etimadlı şəxslər ondan hədis nəql etmişlər.9 Buna baxmayaraq, onun rəvayətləri “Sünəni-Əbu Davud”10, “Sünəni-Tirmizi”11 və “Sünəni-İbn Macə”12 nəql olunmuşdur.
Dostları ilə paylaş: |