7.10. Ultrabənövşəyi şüalanmadan mühafizə
İstehsalat şəraitində ultrabənövşəyi şüalanmaların mənbələri elektrik qövsləri, avtogen qaynaq etmə, plazmalı kəsmə və metal tozlama, lazer qurğuları, qazboşalma lampaları, civə-kvars lampaları, radiolampalar, civə düzləndiriciləri və s. ola bilər.
Ultrabənövşəyi şüalanmalar diapazonu dalğa uzunluqlarına görə üç sahəyə ayrıla bilər: A sahəsi ( );B sahəsi ( =280 315nm); C sahəsi (λ=10¸280nm)
Ultrabənövşəyi şüalanmalar insan orqanizminə fiziki-kimyəvi və bioloji xarakterli təsirlər göstərir. A sahəsindəki şüalanmada bu təsir zəif bioloji xarakterli olur. B sahəsindəki şüalanma dəriyə, C sahəsindəki şüalanma isə toxumanın zülalına təsir göstərir.
Ultrabənövşəyi şüalanma dəriyə nisbətən gözlərə daha güclü təsir göstərir; bu zaman daha çox təsirə məruz qalan gözün buynuz təbəqəsi olur və nəticədə konyunktivit əmələ gəlir. Şüalanmanın gözə təsirindən görmə üzvlərinin xəstələnməsi baş verir (elektrooftalmiya, fotooftalmiya).
Ultrabənövşəyi şüalanmaların enerji axını sıxlığının dalğa uzunluğundan asılı olaraq yol verilən səviyyələri (bir şərtlə ki, görmə üzvləri və dəri örtüyü mühafizə edilmiş olsun) cədvəl 3.14- də verilmişdir.
Cədvəl 7.3
Ultrabənövşəyi şüalanmaların enerji axını sıxlığının dalğa uzunluğundan asılı olaraq yol verilən səviyyələri
Ultrabənövşəyi şüalanmalar sahəsi
|
Dalğa uzunluğu,
nm
|
Enerji axını sıxlığının yol verilən həddi, W/ m2
|
A
|
400...315
|
10
|
B
|
315...280
|
0,05
|
C
|
280...200
|
0,001
|
Ultrabənövşəyi şüalanmalardan mühafizə üçün ümumi və fərdi mühafizə yolları və vasitələrindən istifadə edilir. Bunlara misal: iş yerlərinin və şüalanma mənbələrinin ekranlanması, işçilərin ultrabənövşəyi şüalanma mənbələrindən uzaqlaşdırılması (uzaqdan idarə etmə), iş yerlərinin səmərəli yerləşdirilməsi və otağın divarlarının xüsusi rənglənməsi, fərdi mühafizə vasitələrindən və kremlərdən istifadə edilməsini göstərmək olar.
İş otaqlarının divarlarının rənglənməsi üçün açıq tonlu rənglərdən (boz. sarı, mavi) istifadə edilir; ultrabənövşəyi şüalanmaları udan sink və titan ağ rənglərinə üstünlük verilir.
Ultrabənövşəyi şüalanmalardan fərdi mühafizə vasitələrinə istilikdən mühafizə edən xüsusi üst geyimləri, əlcəklər, xüsusi ayaqqabı, mühafizə kaskası, işıq süzgəcli eynək və s. göstərmək olar.
Dərini ultrabənövşəyi şüalanmadan mühafizə etmək üçün xüsusi kremlərdən istifadə edilir ki, bu kremlərin tərkibində işıq süzgəci rolunu oynayan xüsusi maddələr vardır (məsələn, salol, salisil-metil efiri və s.)
İş yerlərində ultrabənövşəyi şüalanmaların intensivliyini və spektrini ölçmək üçün ufdozimetr cihazlarından və spektrometrlərdən istifadə edilir.
Dostları ilə paylaş: |