Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Antropogen (texnogen) xarakterli qəzalar



Yüklə 1,31 Mb.
səhifə64/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   60   61   62   63   64   65   66   67   ...   154
Antropogen (texnogen) xarakterli qəzalar – buraya sənaye, nəqliyyat və digər kommunikasiya sistemlərində baş verən qəzalar, partlayışlar, bina, tikintilərin uçması, antropogen xarakterli uçqunlar daxildir.

Təhlükə "insan – ətraf mühit" sisteminin yetkin olmaması ilə şərtlənir və onların xarakteristikası üst-üstə düşmədikdə yaranır. Təhlükə ilə insan daima üzləşib. Əvvəllər bu təbii xarakterli təhlükələr – təbii fəlakətlər, insanların vəhşi heyvanlarla, zəhərli həşəratlarla qarşılaşması kimi hallar idisə, zaman keçdikcə, texnikanın inkişafı ilə əlaqədar olaraq bura texnogen mənşəli təhlükələr də daxil oldu. Texnogen təhlükələr texniki sistemlərdə qəza, yanğın, partlayış və bu kimi formalarda təzahür edir. Bu hadisələrin baş verdiyi ərazidə olan insanlar isə xəstəliklər və müxtəlif ağırlıq dərəcəsi olan travmalar ala bilər.

Texnogen xarakterli fövqəladə hadisələrə iri istehsalat qəzaları, sənaye müəsisələrində partlayışları, enerji sistemlərində, mühəndis şəbəkələrindəki qəzaları, hidrotexniki qurğularda, kommunal təsərrüfat obyektlərində qəzaları misal göstərmək olar.

Azərbaycan Respublikasında yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki, bunlar da müxtəlif növ fövqəladə hadisələrin başlıca mənbələri hesab edilir.

Texnogen qəzalar formaca bir-birindən fərqlənsələr də mahiyyətcə hamısı insan tələfatı, ətraf mühitin çirklənməsi, müəyyən iqtisadi itkilərə səbəb olan gərgin sosial-ekoloji şəraitlə nəticələnir. Texnogen qəza və ekoloji fəlakətlərin miqyasının

qiymətləndirilməsi zamanı ölənlərin və zərər çəkənlərin ümumi sayı, ətraf mühitə dəyən ziyanın xarakteri, iqtisadiyyata vurulan zərər və maliyyə itkiləri hesablanaraq dəyərləndirilir.

Böyük miqdarda kimyəvi və radioaktiv maddələrin ətraf mühitə çıxması ilə müşayiət olunan texnogen qəzalar və fəlakətlər ətraf mühit üçün çox böyük təhlükədir.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin