How to follow up Final vp


VCİ Koalisiyası Filippin adalarında UDİ vasitəsilə işgəncənin aradan qaldırılması istiqamətində tərəqqi əldə edir



Yüklə 399,07 Kb.
səhifə16/63
tarix07.01.2022
ölçüsü399,07 Kb.
#82693
1   ...   12   13   14   15   16   17   18   19   ...   63
18





VCİ Koalisiyası Filippin adalarında UDİ vasitəsilə işgəncənin aradan qaldırılması istiqamətində tərəqqi əldə edir
Tibbi Fəaliyyət Qrupu (TFQ) Filippin adalarında UDİ üçün Vətəndaş Cəmiyyətinin Birgə Hesabatının hazırlığında iştirak etmişdir. 2012-ci ilin may ayında UDİ keçirilməzdən əvvəl VCİ koalisiya üzvləri Manilada təxminən 20 səfirliyin iştirak etdiyi diplomatik brifinq təşkil etmişlər. Cenevrədə onlar öz narahatlıqları barədə məlumatlandırmanı artırmaq üçün 16 diplomatik missiya ilə görüş keçirmişlər. “Biz hər məsələ üzrə bir səhifəlik informasiya vərəqəsində konkret və dəqiq şəkildə öz prioritet narahatlıqlarımızı bildirdik”, deyə koalisiya üzvləri bildirdi. “Hesabatın verilməsində və UDİ prosesində hökumətlərin lobbiçiliyində VCİ-lərin koalisiyası kimi yüksək dəyərli işin nəticəsində daha müvafiq tövsiyyələr verilmişdir. Bu, həm də onların yerinə yetirilməsinin monitorinqi və bu istiqamətdə hökumətlə fəal işləməyimiz üçün şərait yaratdı.”

TFQ və İşgəncəyə Qarşı Birgə Koalisiya (İQBK) – Filippində hazırda işgəncənin qarşısının alınmasında öz işini dəstəkləmək üçün UDİ tövsiyyələrindən istifadə edir. “Biz işgəncənin tibbi aspektlərinin ictimaiyyət üçün açıq olmasına yönələn monitorinq işimizdə və vəkillik fəaliyyətimizdə UDİ tövsiyyələrindən istifadə edirik, buraya İstanbul Protokoluna əsaslanan sənədlər, işgəncədən sağ qalanlar və onların ailələri üçün bərpa proqramının qurulması daxildir. Filippin adalarında işgəncənin qarşısının alınması hərəkatının potensial quruculuğunda UDİ tövsiyyələrinin səmərəni artıran təsirləri vardır” deyə TFQ nümayəndəsi yekunlaşdırdı.






Yüklə 399,07 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin