uxarıda təsvir olunmuş izləmə üsulları Şuranın standart iş metodlarıdır. Bu səbəbdən vətəndaş cəmiyyətinin iştirakının üsulları eynidir və buraya QHT-lərin BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusu əldə etməsinin, yazılı və şifahi bəyanatlar səsləndirməsinin və əlavə tədbirlər keçirməsinin mümkünlüyü daxildir. İnsan Hüquqları Şurasının sessiyasında iştirak etmək üçün Cenevrəyə səfər etməyən QHT-lər gündəlikdəki bəzi məsələlərlə bağlı video mesaj vasitəsilə şifahi bəyanat verə bilərlər. Əlavə məlumat əldə etmək üçün İnsan Hüquqları üzrə Ali Komissarlığın vətəndaş cəmiyyəti üçün Məlumat kitabçası – “BMT-nin insan hüquqları proqramı ilə birgə işləmək” və Komissarlığın İnsan Hüquqları Şurası19 haqda vətəndaş cəmiyyəti üçün hazırladığı Praktiki Təlimatlara, həmçinin Komissarlığın internet səhifəsinə istinad edin.20 Yazılı və şifahi bəyanatlardan və əlavə tədbirlərdən başqa vətəndaş cəmiyyətinin tədqiqatlara töhfə verməyə və Şuranın mandatı altında keçirilən ekspert iclaslarında və panellərində iştiraka dəvət edilməsi standart praktikadır. Bundan savayı, QHT-lər Şuraya paralel olaraq keçirilən və qətnamə layihələrinin mətnlərinin müzakirə edildiyi açıq tərkibli qeyri-rəsmi iclaslarda iştirak edə bilərlər.
Son olaraq, Şuranın qətnamə və qərarları Dövlətlərin insan hüquqlarını müdafiə və təşviq etmək öhdəliyini əks etdirir. Bir daha qeyd olunmalıdır ki, vətəndaş cəmiyyəti Şuranın onlar üçün maraq kəsb edən qətnamə və qərarlarında ifadə olunmuş insan hüquqları öhdəliklərinin icrası ilə bağlı plan tərtib edə, bunu prioritet kimi müəyyən edə və təzyiq göstərmək üçün tədbir görə bilərlər.