İzləmə məqsədilə həyata keçirilən ölkə səfərləri. Xüsusi proseduraların mandatına malik səlahiyyətli nümayəndələr əvvəlki ölkə missiyalarını izləmək məqsədilə yenidən səfər həyata keçirirlər. Bu səfərlər əvvəlki səfər zamanı əldə edilmiş məlumatlar və verilmiş tövsiyələrlə müqayisədə ölkənin nail olduğu tərəqqi və geriləməni hərtərəfli şəkildə qiymətləndirməyə imkan verir. Bu səfərlər yaxşı təcrübədir, lakin buna baxmayaraq, məhdud resurslar səbəbindən xüsusi prosedurlar tərəfindən il ərzində həyata keçirilən 40-50 səfərdən yalnız bir neçəsi izləmə məqsədilə baş tutan səfərlərdir.
40
İzləmə məqsədilə həyata keçirilən ölkə səfərlərinin nümunələri Uşaq alveri, fahişəliyi və pornoqrafiyası üzrə Xüsusi Məruzəçi
2012: Qvatemala (A/HRC/22/54/Add.1)
İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri üzrə Xüsusi Məruzəçi
2012: Uruqvay (A/HRC/22/53/Add.3)
İrqçiliyin müasir formaları, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlük üzrə Xüsusi Məruzəçi
2011: Hungary (A/HRC/20/33/Add.1)
Qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrə Xüsusi Məruzəçi
2011: ABŞ (A/HRC/17/26/Add.5)
2010: El-Salvador (A/HRC/17/26/Add.2) və Əlcəzair (A/HRC/17/26/Add.3)
Terrorizmə qarşı mübarizə apararkən, insan hüquqları və fundamental azadlıqların təşviqi və müdafiəsi üzrə Xüsusi Məruzəçi