Humanitar fənər



Yüklə 269,93 Kb.
səhifə107/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   103   104   105   106   107   108   109   110   ...   161
ADİAK dərs vəsaiti

Məktubun məqsədi bu iş məktubunun göndərilməsinin əsas səbəbinin qısa bir açıqlamasıdır. Məsələn: ... ilə əlaqəli bir məktub yazıram, telefon danışığına görə ..., şirkət "Y" təklif edir ..., zəhmət olmasa tövsiyə olun ki ...

Əsas hissə bir iş məktubunun əsas mahiyyətinin ifadəsidir. Əsas hissə bir-biri ilə əlaqəli və məntiqi qaydada düzülmüş bir neçə cümlədən ibarət olmalıdır. Bu hissə bir ümid, inam, üzr və s. ifadəsi ilə başa çatır. Bu, məktubun mövzusundan asılı olur.

Nəticə – nəzakətli bir imza. Son ifadələr məktubun mövzusundan və adreslə tanışlıq dərəcəsindən asılıdır. Məsələn: Hörmətlə ..., Dərin hörmətlə ... Bu ifadələr mövqeyinizi və imzanızı göstərir – soyadı, adı, atasının adı. Məktub yazılan şəxslə, ünvanla kifayət qədər tanışsınızsa, sadəcə yaza bilərsiniz: Ən xoş arzularla, ...
Məktub yazarkən diqqət olunası vacib məqamlara aid çalışmalar və kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər
Tapşırıq. Suallara cavab verin.

  1. Məktublar quruluşuna görə neçə yerə bölünür?

  2. Yazılı informasiya sorğusunda nələr qeyd edilməlidir?

  3. Sorğunun hansı növləri vardır?

  4. Məktubun tərzi və dizaynı necə olmalıdır?

  5. Ən çox istifadə olunan müraciət formaları hansılardır?

Tapşırıq. Aşağıda verilmiş nümunə əsasında dost-tanışlarınıza və ya yaxınlarınıza, ürəkdən gələn səmimi sözlərinizi ağ vərəqə köçürüb, məktub yazın.
Salam, əziz dostum.

Əlimə qələmi alanda kaş ki, dedim... Sənə gözəl günlərimdən, xoş xatirələrimdən yazaydım.Bəlkə səni incidəcəm, bəlkə əzablarımı sənədə yaşadacam amma tək dostum sən olduğun üçün sətirləri sadəcə sənlə bölüşə bilərəm.

Bu kiçik dünyada o qədər dərdim var ki, ovuclarım boyda olan ürəyimə necə sığdırmışam bilmirəm. Ayaqdayam amma  inan çox yorulmuşam.Ruhum yorulub... Hər addımı sürünərək atıram. Ümidim var... Zamanla onu da itirirəm lap kiçilir. Qaranlıqda uzaqdan yanan şam kimi. Xəyallarımsa o şamın əriməsinə bənzəyir. Bir anlıq parıldayırsa, bir andaca yox olur.

  Eh dostum həyat elə qəribədir... Bu qəribəliklər içində çətin də olsa, yaşamağa məcburam.Çünkü ümid  tam ölməyib.Ümid bitdiyi zaman həyatda bitir.


Tapşırıq. Aşağıdakı nümunə əsasında yazılı sorğu tərtib edin. Azərbaycan Respublikası Nazirlər Kabinetinə


Yüklə 269,93 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin