I fəSİL: MÜASİR ŞƏRAİTDƏ azərbaycanda turizm sferasinda mühasibat uçotunun təŞKİLİ, TƏSNİfati və metodologiyasinin iQTİsadi xarakteriSTİkasi


Turizmdə mühasibat uçotu əməliyyatlarının aparılması qaydaları



Yüklə 463,71 Kb.
səhifə4/8
tarix17.11.2018
ölçüsü463,71 Kb.
#83587
1   2   3   4   5   6   7   8

1.3. Turizmdə mühasibat uçotu əməliyyatlarının aparılması qaydaları


Azərbaycan Respublikası ərazisində tabeçiliyindən və mülkiyyət növündən asılı olmadan fəaliyyətdə olan bütün müəssisə və təşkilatlarda aparılan mühasibat uçotunun əsas məqsədi aşağıda qeyd edilənlərdir:

a) vergi orqanları, maliyyə, malsatan, bank, investor, malı alanlar, kreditor, dövlətin orqanları və başqa marağında olan şirkətlər və şəxslər tərəfindən operativ şəkildə rəhbərliyi və idarəetməni reallaşdırmaq, təqdim olunacaq maliyyə hesabatlarının tərtib edilməindən ötrü, o cümlədən müəssisənin təsərrüfat əməliyyatları və maliyyə-təsərrüfat fəaliyyəti barəsində vacib olan informasiyaları tam şəkildə və doğru formalaşdırmaq;

b) maliyyə və material ehtiyatlarının təsdiq olunmuş normalara, normativlərə uyğun və smetalara uyğun olan istifadə edilməsi, əmlakın varlığı və hərəkəti, mülkiyyətin hüququ və öhdəlikləri üzərində olan nəzarəti təmin etmək;

c) maliyyə və təsərrüfat fəaliyyətindəki müsbət olmayan vəziyyətlərin önünün zamanında almaq, təsərrüfatdaxili resursları aşkar etmək və onların səfərbər edilməsi[42]..

Turizm sektorunda fəaliyyət göstərən müəssisələrdə və şirkətlərdə mühasibat uçotunun önündə duran vəzifələr aşağıda qeyd olunanlardan ibarətdir:

1. Müəssisələrin və təşkilatların təsərrüfat-maliyyə fəaliyyəti-ni xarakterizə edən proqnoz və tapşırıq göstəricilərinin, müqavilə öhdəlikləri və sifarişlərin yerinə yetirilməsinə nəzarət etmək;

2. Müəssisənin mülkiyyətinin qorunması və ondan düzgün, səmərəli şəkildə istifadə edilməsinə nəzarət etmək;

3. Təsərrüfat əməliyyatlarının düzgün sənədləşdirilməsi və vaxtlı-vaxtında rəsmiyyətə salınmasını təmin etmək;

4. Təsərrüfat vəsaitlərinin hərəkətini, onların tərkibində və yerləşdirilməsində baş verən dəyişiklikləri “Mühasibat uço-tu haqqında” Qanunun və başqa normativ sənədlərin tələblərinə əsasən uçot registrlərində xronoloji qaydada qeydə almaq; [39səh80]

5. Müəssisənin bütün əmlakının, öhdəlik və hesablaşmalarının inventarizasiyasının vaxtlı-vaxtında aparılmasını təmin etmək;

6. Müəssisənin təsərrüfat hesabı prinsipləri əsasında gə-lirlə işləməsi üçün təkliflər vermək;

7. Dövlət büdcəsi və digər dövlət təşkilatları ilə hesablaş-maların vaxtlı-vaxtında aparılmasını təmin etmək və onun üzə-rində nəzarət etmək;

8. İstehlaka yönəldilən vəsaitlərin əmək və istehlak ölçülərinə uyğun xərclənməsini təşkil etmək və onun üzərində nəzarət etmək;

9. Müəssisənin idarə edilməsi üçün zəruri məlumatları uçota almaq, ümumiləşdirmək, onları müvafiq idarəetmə strukturlarına təqdim etmək, idarəetmə proseslərinə köməklik etmək və digər bu kimi vəzifələr.

Eyni zamanda turizm sektorunda fəaliyyət göstərən müəssisələrdə və təşkilatlarda aparılan mühasibat uçotunun qarşısında durankonkret vəzifələrin tərkibinə nəzər etdikdə aydın olur ki, burada da təsərrüfat əməliyyatlarının düzgün sənədləşdirilməsi və vaxtlı-vaxtında rəsmiləşdirilməsi, təsərrüfat vəsaitlərinin hərəkətini, onların tərkibində və yerləşdirilməsində baş verən dəyişiklikləri “Mühasibat uçotu haqqında” Qanunun və digər nor-mativ sənədlərin tələblərinə uyğun olaraq uçot registrlərində xronoloji qaydada qeydə almaq, ümumiləşdirmək, müvafiq idarəetmə strukturlarına təqdim etmək kimi vəzifələrin yerinə yetirilməsinə xüsusi əhəmiyyət verilməlidir [6. səh, 57].

Ölkəmizin bütün müəssisə və təşkilatlarında istifadə edilən mühasibat hesabatı formaları, əsas ilkin sənədlərin formaları və mühüm uçot registrləri Maliyyə Nazirliyinin Uçot Siyasəti İdarəsi tərəfindən tərtib edilir.

Mühasibat uçotunun təşkilində ARDSK-i də mühüm rol oynayır. Dövlət Statistika Komitəsi Maliyyə Nazirliyinin Uçot Siyasəti İdarəsi ilə qarşılıqlı şəkildə fəaliyyət göstərərək, mühasibat (maliyyə) he-sabatı formalarının, statistik hesabat formalarının və bir çox ilkin sənəd formalarının hazırlanmasını təşkil edir. Mühasibat (maliyyə) hesabatı formaları Dövlət Statistika Komitəsi ilə ra-zılaşdırıldıqdan sonra tətbiq edilə bilər [24. səh, 385]..

Müəssisədə mühasibat uçotunun aparılmasına baş müha-sib rəhbərlik edir. Baş mühasib inzibati qaydada müəssisənin rəhbərinə, metodoloji qaydada isə yuxarı təşkilatın mühasibat uçotu idarəsinə tabedir.

Müəssisənin baş kitabı, dövriyyə-gəlir cədvəli, balansı və digər mühasibat-maliyyə hesabatı formaları baş mühasib tərəfindən tərtib edilir.

Turizm müəssisələrində mühasibat uçotu işləri müəssisənin mühasibat şöbəsi tərəfindən yerinə yetirilir. Bu proseslərə müəssisənin baş mühasibi rəhbərlik edir[14].

Aşağıda göstərilən mühasibat uçotu formalarının hər birinin özünəməxsus uçot registrləri vardır.Belə ki, memorial-order for-masının tətbiq olunduğu mühasibat uçotu prosedurasında əsas uçot registrləri memorial-orderlərdən və onların qeydə alındığı uçot kitablarından ibarətdir.

Müasir dövrdə Azərbaycanda fəaliyyət göstərən müəssisələrdə və təşkilatlarda aparılan mühasibat uçotunun formaları Cədvəl 1.3 cədvəldə göstərilmişdir.

Turizm müəssisələrində mühasibat uçotunun hansı formasının tətbiq edilməsi baş mühasib tərəfindən müəssisə rəhbəri ilə razılaşmaqla müəyyən edilir.Müasir dövrdə turizm müəssisələrində mühasibat uçotunun memorial-order və yaxud kitab-jurnal formasının tətbiq edilməsi məqsədəuyğun hesab edilir.

Cədvəl 1.3.

Tətbiq edilən mühasibat uçotu formaları.( Mənbə:Müəllif tərəfindən tərtib edilmişdir.)

Turizm müəssisələrində uçotun memorial-order forması tətbiq edildikdə mühasibat uçotunun aparılması prosesləri memorial-orderlərdən istifadə etməklə işlənir.Bu halda təsərrüfat əməliyyatlarının əks olunduğu ilkin sənədlərin hər birinin üzərində həmin təsərrüfat əməliyyatına dair müxabirləşmə yazılır.Hər bir maddi-məsul şəxsin mühasibat şöbəsi-nə təqdim etdiyi müxtəlif təyinatlı istehsalat (xidmət) və idarəetmə hesabatına aid bir memorial-order işlənir.Bu memorial-orderdə həmin hesabata daxil edilmiş ilkin sənədlər əsasında tərtib edilmiş mühasibat müxabirləşmələri yazılır.Bu zaman eynitipli müxabirləşmələr üzrə məbləğlər toplanaraq, bir müxabirləşmədə yazılır.

Memorial-orderlərdə yazılmış mühasibat müxabirləşmələri əsasında əvvəlcə Baş Kitab, sonra isə dövriyyə-qalıq cədvəli və balans işlənir.

Müasir dövrdə çoxsaylı müəssisələrdə və təşkilatlarda tətbiq edilən mühasibat uçotu formalarından biri də kitab-jurnal formasıdır.Mühasibat uçotunun kitab-jurnal forması memorial-order formasının təkmilləşdirilməsi və daha da müasirləşdirilməsi prinsipləri əsasında yaradılmışdır.Burada uçot informasiyaları-nın analitik işlənməsi prosesləri memorial-order formasına çox oxşardır.Turizm müəssisələrində də mühasibat uçotunun kitab-jurnal formasının tətbiq olunması məqsədəuyğun hesab edilir.Mühasibat uçotunun bu formasının mahiyyəti onun tətbiqi zamanı mühasibat uçotunun ayrı-ayrı sahələrinin və ayrı-ayrı mühasibat hesabları üzrə analitik və sintetik olan uçot əməliyyatlarının ixtisaslaşdırılmış jurnal və kitablarda aparılmasından ibarətdir. Belə ki, mühasibat uçotunun kitab-jurnal formasının tətbiqi zamanı 204 №-li “Hazır məhsul” hesabı, 205 №-li “Mallar” hesa-bı, 221 №-li “Kassa” hesabı, 223 N-li “Bankın hesablaşma hesabları”, 244 N-li “Təhtəlhesab məbləğlər”-in hesabı, 501 N-li “Qısamüddətli bank kreditləri”-nin hesabı və 531 N-li “Malsatanlara və podratçılara olan qısamüddətli kreditor borcları” hesabının 1-ci “Ödəniş tələbnamələri üzrə malsatan və podratçılarla hesablaş-malar” subhesabı üzrə təsərrüfat əməliyyatlarının uçotu ixtisas-laşdırılmış jurnallarda, 111 №-li “Torpaq, tikililəri və avadanlıqlar” hesabı, 202.5 №-li “Ümum istehsalatın xərcləri” subhesabı, 202.6 №-li “Ümumtəsərrüfat xərcləri” subhesabı, 205.5 №-li “Alıcılara göndərilmiş mallar” subhesabı, 213 №-li “Əsas ida-rəetmə heyətin qısamüddətli debitor borcları” hesabı, 213.5№-li “Kreditə satılmış mallara görə qısamüddətli debitor borcları” subhesabı, 222 №-li “Yoldakı pul köçürmələri” hesabı, 334.1 №-li “Pay fondu” subhesabı, 531 №-li “Malsatan və pod-ratçılara qısamüddətli kreditor borcları” hesabı, 533 №-li “Əməyin ödənişi üçün işçi heyətinə olan borclar”adlı hesabı, 711.1-5 №-li ticarət, ictimai iaşə və tədarük müəssisələrində tədavül xərclərinin uçota alındığı subhesablar və digər hesablar üzrə tə-sərrüfat əməliyyatlarının uçotu isə ixtisaslaşdırılmış kitablarda aparılır.

Göstərilən hesablara əsasən mühasibat uçotu üçün nəzərdə tutulan jurnalların siyahısı 13.4 №-li əlavə cəd-vəldə verilmişdir.

Mühasibat uçotunun kitab-jurnal formasında istifadə edi-lən uçot kitablarının siyahısı 13.5 №-li əlavə cədvəldə verilmiş-dir.

Turizm sektorunda fəaliyyət göstərən müəssisə və təşki-latlar aşağıdakı illik və cari hesabat formalarını tərtib edir və müvafiq təşkilatlara təqdim edirlər:

1) 1 - Müəssisə N-li forma, illik.

Rəsmi statistika hesabatı

Müəssisələrin (təşkilatların) istehsal fəaliyyəti, maliyyə yekunları və əmlakı haqqında hesabat. Azərbaycan respublikasının Dövlət Statistika Komitəsinin 18 mart 2013-cü il tarixli, 14/08 N-li Qərarına əsasən təsdiq olunmuşdur.





Yüklə 463,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin