I fəSİL: MÜASİR ŞƏRAİTDƏ azərbaycanda turizm sferasinda mühasibat uçotunun təŞKİLİ, TƏSNİfati və metodologiyasinin iQTİsadi xarakteriSTİkasi


Turizm sferasında xidmətlərin aparılmasında, xərclərin maya dəyərinin hesablanması qaydası və təhlili



Yüklə 463,71 Kb.
səhifə6/8
tarix17.11.2018
ölçüsü463,71 Kb.
#83587
1   2   3   4   5   6   7   8

2.2. Turizm sferasında xidmətlərin aparılmasında, xərclərin maya dəyərinin hesablanması qaydası və təhlili.


Turist təşkilatlarında istehsalat uçotunun ən mühüm sahələrindən biri turməhsulun formalaşmasına məsrəflərin uçotu və onun maya dəyərinin müəyyən edilməsidir. Turist firması turməhsulların ayrı-ayrı növlərinin maya dəyərini hesablamaqdan ötrü, özünün fəaliyyətinin xüsusiyyətlərini nəzərə almaqla məsrəflərin kalkulyasiya maddələri üzrə qruplaşdırılmasını müstəqil olaraq təyin edir.

Turist təşkilatlarında məhsulun maya dəyəri kalkulyasiyasının maddələri aşağıdakılardan ibarətdir:

1. Əmək ödənişi xərcləri;

2. Sosial ehtiyaclara ayırmalar;

3. Əsas vəsaitlərin amortizasiya olunması;

4. Binaların, qurğuların, avadanlıq və inventarların saxlanılması və icarə xərcləri;

5. Əsas vəsaitlərin təmiri xərcləri;

6. Qeyri-maddi aktivlərin amortizasiyası;

7. Reklam xərcləri;

8. Nümayəndəlik xərcləri;

9. Nəqliyyat xərcləri (quru, dəniz, hava yolları üzrə);

10. Turların həyata keçirilməsi üzrə göstərilən xidmətlər (mehmanxana, yemək, transfer, ekskursiya, tərcüməçi, mobil telefon, sığorta və s.) üçün kənar təşkilatlara ödəmələr;

11. Yeni turməhsulların hazırlanması və mənimsənilməsi xərcləri;

12. Kontagentlərə ödənilən komisyon xərcləri;

13. Sair xərclər və ödənişlər.

Turməhsul növləri üzrə faktiki maya dəyəri (növ daxilində kalkulyasiya maddələri üzrə) 202 N-li “İstehsal məsrəfləri” sintetik hesabında əks etdirilir.Bu hesabın debetində ay ərzində bütün əsas xərclər əks etdirilir.Əməliyyatları özündə əks etdirən ilk sənədlərdə məsrəflərin başvermə yeri, turməhsulun adı və uyğun olan xərcin maddələri göstərilir. Turist firmalarının əsas xərclərinə aşağıdakılar daxildir:

1. Tur məhsulu formalaşdıran işçilərin əmək ödənişi xərcləri;

2. Sosial ehtiyaclara ayırmalar;

3. Nəqliyyat xərcləri (hava, dəniz, çay, dəmir yolu və s.);

4. Kənar təşkilatlara ödəmələr (bax maddə 10);

5. Yeni turməhsulun hazırlanmasına və mənimsənilməsinə məsrəflər;

6. Kontagentlərə komisyon mükafatlarının ödənişi;

7. Sair məsrəflər və ödənişlər.

Turist xidmətinin göstərilməsi ilə əlaqədar olan məsrəflərinmühasibat uçotunun aparılması zamanı AR-nın Turizmvə Mədəniyyət Nazirliyinin 08.06.1998-ci il 310 No-li “ Turist fəliyyəti ilə məşğulolan təşkilatların tur məhsullarının maya dəyərinə aid olunan məsrəflərin tərkibinin xüsusiyyətləri haqda ” əmri əldə rəhbər tutulur.Əsas fəaliyyət növünə görə turistlərə xidmət edən komersiya və qeyri-komersiya təşkilatlarını bir neçə qrupa ayrılır: turagentliklər, turoperatorlar, turizmin sənayesi firmaları və turist birlikdəlikləri [17səh129].

Tur təşkilat, təyin olunmuş müddət ərzində əvvəl alınmış bölüşdürülməmiş kompleksin hərəkatı dövrü ərzində ondan istifadə etmək hüququna malik olmadıqda , həmin komplekslər turist təşkilatı tərəfindən tursit xidmətinin satışından ayrı satıla bilər. Bu zaman aşağıdakı mühasibat köçməsi (yazılışı) tərtib edilir.

Dt -701 “ Satışın maya dəyəri ” hesabı.

Kt- 242 “ Gələcəkdəki hesabat dövrünün xərcləri ” hesabı.

Turist ximəti göstərilən zaman istifadə olunmayan və kənar təşkilatın xidmətinin onlardan ayrılmayan hüququnun satılmayan dəyəri, uzun müddət istifadə olunub vaxtı keçdikdən sonra 721 “ İnzzibati xərclər” hesabında əks etdirilir və texniki itki kimi satılmış xidmətin dəyərinə daxil edilir.

-Kommersiya xərclərinə məntəqənin satış fəaliyyətinə daxil edilən xərclər; kənar təşkilatlara komisyon , müvəkkil və digər mükəfatlar; xidmətin hərəkəti ilə bağlı olan xərclər daxil edilir:

-Reklam nəşrinin işlənməsi və elan edilməsi- şəkilli kataloqların, albomların, prospektlərin, reklam məktublarının, plakatların, açıqcaların, firmalı orjinal zərflərin hazırlanması və dərc edilməsi:

-Elanların mətbuata, verilişlərin radio və televiziyaya verilməsinin maliyyələşdirilməsi;

-Reklamın işıqlı və digər formada verilməsi, lövhələrin, reklam şitlərinin göstəricilərin hazırlanması, vitrinləri rəsmiləşdirilməsi, sərgi satış tədbirlərinin aparılması;

-Reklam və kino filmlərin və salınması, sürətinin çıxarılması, təkrar verilməsi, nümayiş etdirilməsi;

-Nümayəndəlik xərcləri, sərgi və digər analoji tədbirlərdə iştirak etməklə bağlı olan xərclər.

Sözü gedən xərclər 701/6 “ Satış xərcləri ” subhesabında əks etdirilir. Ondaməntəqənin satış fəaliyyəti ilə əlaqəsi olan və ya 721 “İnzibati xərclər” hesabında uçota alınan reklam xərcləridə əks etdirilir. 13 N-li “ Borclara daxil olunan xərclər” MMU standartına əsasən hesabat ilində kommersiya və idarəetmə xərcləri, satılmış məhsulların , malların, iş və xidmətin maya dəyərində adi fəaliyyət növünün xərcləri kimi tam tanına bilər. Beləliklə, mühasibat uçotunun aparılması üçün uçot siyasətində bu metodun təsbit edilməsi zamanı 701 “ Satış maya dəyəri ” hesabında əks etdirməklə idarəetmə xərclərini (721 №-li hesab) və satış xərclərini (721/6 №-li subhesab) turist xidmətinin maya dəyərinə aid etmək olar. Sözügüdən qayda turist məhsulunun maya dəyərinin planlaşdırılması, uçotu , kalkulyasiyası və turist fəaliyyəti ilə məşğul olan təşkilatların maliyə nəticəsinin reallaşması üzrə metodik göstərişdə də nəzərdə tutmaq olar[19səh216].

Turist ximətinin satışı aşağıdakı köçürmə verilməklə uçotda əks etdirilir.

Turist xidmətindən əldə edilən satışın tanınması üçün

Db-171 , 211 “ Alıcılar və sifarişçilərin uzun/qısamüddətli debtor borclar”

Kt-601 “ Satış” hesabı

Bununla birlikdə xidmət göstərməklə bağlı olan 202 №-li hesabda formalaşan məsrəflərdə aşağıda qeyd edilən köçürmə(yazılış) verilməklə silinməlidir.l2

Turist xidmətinin satılmış maya dəyərinin silinməsi üçün :

Db-701 “ Satışın maya dəyəri ” hesabı

Kt-202 “ İstehsalat məsrəfləri” hesabı

Təcrübədə turist xidmətinin maya dəyəri və satışının əks etdirilməsinin digər-202 “ Hazır məhsul” hesabından istifadə etməklə uçota alınması variantından istifadə edilməsidə mövcuddur. Bu cür halda turist göndərişinin maya dəyərinin reallaşması, uçotda aşağıdakı müxabirləşmə ilə əks etdirilir:

-Turist xidməti göstərilməsinin maya dəyərinin silinməsi üçün;

Dt-204 “ Hazır məhsul ” hesabı

Kt-202 “ İstehsalat məsrəfləri ” hesabı

Satış zamanı isə aşağıdakı köçürmənin (yazılışın) aparılması yerinə yetirilir:

-Turist xidmətinin maya dəyərinin silinməsi üçün;

Dt-701 “ Satışın maya dəyəri ” hesabı

Kt-204 “Hazır məhsul” hesabı


Yüklə 463,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin