I fəSİL: MÜASİR ŞƏRAİTDƏ azərbaycanda turizm sferasinda mühasibat uçotunun təŞKİLİ, TƏSNİfati və metodologiyasinin iQTİsadi xarakteriSTİkasi


Azərbaycanda turizm sahəsinin mühasibat uçotunun MMUS-nın tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətləri



Yüklə 463,71 Kb.
səhifə8/8
tarix17.11.2018
ölçüsü463,71 Kb.
#83587
1   2   3   4   5   6   7   8

3.2. Azərbaycanda turizm sahəsinin mühasibat uçotunun MMUS-nın tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətləri.


Hər bir turizm fəaliyyəti idarəetmə qərarlarının qəbul edilməsi vacib olduğundan   müəyyən informasiyalar əsasında formalaşır.  İlk əvvəl təşkilatın maliyyə vəziyyətini və onun kontragentlərini xarakterizə eden məlumatlar üçün zəruriyyət hiss edilir. Mühasibat hesabatında təşkilatın əmlak və öhdəliklərin səviyyəsi, onun gəlirləri, xərcləri və fəaliyyətin maliyyə nəticələri haqqında informasiyalar qeyd edilir.

Qüvvədə olan qanunvericiliyə əsasən mühasibat hesabatlarının tərkibi müəyyənləşdirilir. Hesabata əlavə olaraq auditor qərarlarında və auditor rəylərində onun etibarlığı, dəqiqliyi və şəffaflığı qeydə alınır.

Mühasibat hesabatının tərkibinə təşkilat, mühasibat hesabatlarının auditinin aparılmasına aid olan sərbəst qərar çıxaran hallarda, mühasibat hesabatının etibarlığını təsdiq edən auditor qərarı da daxil edilməsi mümkündür.

Azərbaycan Respublikasının iyun ayının 29-u 2004-cü ildə “ Mühasibat uçotu barəsində” Qanununda uçot siyasətinin əsas istiqamətləri müəyyən edilmişdir. Həmin Qanunda konseptual baxımdan standartlara uyğun uçotun aparılması və onun təkmilləşdirilməsi qaydaları qeyd olunmuşdur. Bu Qanunun tələblərinə əsasən 2006-ci ilin versiyası üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcümə olunmuş rəsmi mətnlərinin MUBS-rı Komitəsi Fondu tərəfindən təsdiq edilməsi işi təşkil olunmuşdur. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına adı çəkilən Fondun müəyyənləşdirdiyi qaydalara əsaslanaraq beynəlxalq audit şirkətləri (Price water house Coopers, Ernst&Young, Moore Stephens) tərəfindənrəy verilmişdir. Bu standartlar əsasında Azərbaycan Respublikasının MaliyyəNazirliyi tərəfindən 37 adda olan Kommersiya Təşkilatlarından ötrü Milli Mühasibat


Uçotunun Standartı, 27 adda olan Kommersiya Təşkilatlarından ötrü Milli Mühasibat Uçotunun Standartının tətbiqinə aid edilən Şərhlər və Tövsiyələr, bundan başqa İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında 24 adda Büdcə Təşkilatlarından ötrü Milli Mühasibat Uçotunun Standartı, 1 adda Qeyri-hökumət Təşkilatları üzrə MMUS-ı, habelə “ Kiçik sahibkarlıq subyektlərində bir qədər sadələşdirilmiş uçotun aparılması Qaydaları” hazırlanmışdır[32səh152].

Milli standartlar “Mühasibat uçotu haqqında” Qanunun 7-ci maddəsinə əsasən AR-sı Nazirlər Kabinetinin avqust ayının 25-də 2005-ci il tarixli 250 s nömrəli Sərəncamı ilə yaradılmış Muhasibat Uçotu üzrə olan Məsləhət Şurası tərəfindən rəy verildikdən sonra təsdiq edilmişdir. Qanunun 6.0.2 və 6.0.3-cü maddələrinə əsasən MMUS-rı Maliyyə Hesabatının Beynəlxalq Standartına uyğun hazırlanaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilənizamlananbütün məsələləri əhatə etməlidir. Lakin milli standartla xarici standartlar arasında konseptual baxımdan fərq olmasa da müəyyən texniki fərqlər mövcuddur. Belə ki beynəlxalq standartlarda maliyyə hesabatlarının nümunəvi forması əks etdirilməmiş, yalnız bu hesabatlar üzrə minimum tələblər göstərilmişdir.

“Mühasibat uçotu barəsində” olan Qanunun 10.1-ci maddəsinə əsaslanaraq
ictimai əhəmiyyətli olan qurumlar və xırda sahibkarlıq ilə məşğul olan subyektlər istisna olmaqla, kommersiya təşkilatları maliyyə hesabatlarını Kommersiya
Təşkilatlarından ötrü MMUS-na müvafiq olaraq tərtib edilməlidirlər. Kommersiya Təşkilatları üçün müəyyən edilən MMUS-rı Maliyyə hesabatlarının Beynəlxalq Standartlarının əsasında hazırlandığı üçün bu təşkilatlar aşağıda (Sxem 3.1) adı çəkilən maliyyə hesabatlarını tərtib etməlidir:


Sxem: 3.1.



Mühasibat balansı

Mənfəət və zərər haqqında hesabat;

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat




Uçot siyasəti və izahlı qeydlər



Kapitalda dəyişikliklər haqqında hesabat;

Təşkilatlar üçün tərtib edilən maliyyə hesabatları(Mənbə:Müəllif tərəfindən tərtib edilmişdir)


Eyni zamanda Qanunun 9.0.2-ci maddəsinə əsasən kiçik sahibkarlıq
subyektləri  Kommersiya Təşkilatlarından ötrü MM Uçotunu öz seçimlərindən asılı olaraq Standartlara əsaslanaraq tərtib edə bilərlər.

Turizm təşkilatlarında mühasibat uçotunun aparılması zamanı MMUS-a əsaslanaraq ehtimallara (prinsiplərə və maliyyə hesabatları amillərinin dəyərləndirmə metodlarına), həmçinin maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətlərinə üstünlük verilir. Qanunvericilik aktlarında mühasibat uçotunu tənzimləyən tələblərin göstərilməsi və ya təşkilatın iş prinsiplərinin dəyişdirilməsi ilə bağlı, turizm təşkilatları uçot strategiyasının uyğun müddəalarında da korrektə etməli və bunu mütləq istifadəçilərin diqqətinə çatdırılmalıdır.

Hadisələrin və şərtlərin onların baş verdiyi ərəfədə (və ancaq pul vəsaitinin və yaxud onların ekvivalentinin əldə olunması və yaxud ödənməsi ərəfəsində deyil) uçota salınması mühasibat uçotunun hesablama metodu kimi dərk edilir. Maliyyə hesabatlarında mühasibat uçotunun hesablama qaydalarına əsasən uçota salınan maliyyə hesabatlarının elementləri (öhdəliklər, aktiv olan kapital, xərc və gəlir) onların yerinə yetirildiyi zaman dövrlər üzrə tanınır. Təşkilatın fəaliyyətinin fasiləsizliyi konsepsiyasına malik olması  təşkilatların fəaliyyətinin davamlı olaraq getməsi və onun fəaliyyətinin durdurulması və yaxud fəaliyyətinin, miqdarının əhəmiyyətli formada ixtisara düşməsi zərurətinin və yaxud əsas məqsədinin olmadığını nəzərdə saxlayır. Dövlətin büdcəsindən maliyyələşdirilən təşkilatların fəaliyyətinin fasilə etməməsi barədə ehtimal aktivlərinin və öhdəliklərinin ilk dəyəri ilə dəyərləndirilməsinin tətbiq olunmasına imkan yaradır. Əgər ehtimal olunursa ki, təşkilat ləğv ediləcək, onda aktivlərin dəyərləndirmə əsası olaraq bu aktivlərin əldə edilməsindən ötrü çəkilən məsrəflər yox, onların ehtimal edilən satışın dəyərindən (yəni ki, satış üzrə olan xərclər çıxmaqla, satışın qiyməti) istifadə edilməlidir.


NƏTİCƏ VƏ TƏKLİFLƏR
Azərbaycan Respublikasında da dünya təcrübəsində olduğu kimi,
iqtisadiyyatın əsas sahələrindən birinə çevrilən turizm inkişaf edərək bir çox xidmət sahələrini özünə cəlb edərək, bütövlükdə cəmiyyətin, bütün təbəqələri üçün demək olar ki, gəlir mənbəyi rolunu oynayır. 

Dünyanın hər bir yerində dövlətlər və sivilizasiyalarsəviyyəsində turizmin inkişafına böyük maraq göstərilir. Məhz buna görə də, hazırda turizmin inkişafına xarici maliyyə qurumları, təşkilatları öz maraqlarını artırırlar. Keçirilən sosioloji tədqiqatlardan məlum olmuşdurki, ötən yüzilliyin axırlarında turizm sektorundan dünya üzrə əldə edilən gəlirin miqdarı ABŞ dolları ilə 450 milyardı ötmüşdür. Onun inkişaf etməsinin isə orta illik artma faizi isə 4,4 faizdən də artıq olmuşdur.


İnsanların dünyanın öyrənilməsinə dair artan marağı, əhalinin həyat
səviyyəsinin yüksəlməsi, nəqliyyatın, texnologiyanın, həmçinin məlumat kommunikasiya texnologiyasının yüksək səviyyədə inkişafı, qloballaşma və s. əsas artım faizinin artmasının səbəblərindən biridir.

Azərbaycanda Respublikasında Gənclər, İdman vəTurizm Nazirliyinin fəaliyyət planında turizmin inkişaf etdirilməsi əlaqədar məhz regionlarda yeni turizm infrastrukturunun qurulması, yerli və xarici sərmayəçilərin regionlara cəlbolunması və orada yeni turizm müəssisələrinin yaradılması ilə əhalinin


məşğulluğunu təmin etmək planın ilkin istiqamətlərindən hesab edilir.

Ən çox zəngin olan insanlara xidmət göstərən turizm əvvəllər yalnıznəqliyyat və yerləşmə xidmətlərini təklif edirdi. Hələ yeni" XX əsrin fenomeni" olan qonaqpərvərlik sənayesi olmasa da qismən inkişaf edirdi. Beynəlxalq səviyyə malik olan turizmin olması, ancaq ictimai əlaqələrin uyğun inkişaf pilləsində, millətlərin arasında yüksək inkişaf etmiş və davamlı olaraq iqtisadi, mədəni və strateji münasibətlərin olması ilə mümkün olmuşdur. Bu isə beynəlxalq bazarın yaranma dövrü, beynəlxalq ticarətin çoxalması və müasir nəqliyyat vasitələrinin yaranması ilə eyni vaxta təsadüf edir. İstirahətin və əyləncənin ən fəal olan formalarından biri turizmin təşkili işi olmaqla yanaşı onun həyata keçirilməsində bir neçə kulturoloji sosial-iqtisadi və mədəni-strateji funksiyalar xüsusi əhəmiyyət malikdir.

Yeni dünyanın qlobal mahiyyətə sahib olan, sosial və iqtisadi
münasibətlərini tənzimləyən, fərqli ölkələr və xalqlar içində qarşılıqlı olan
əlaqələr meydana gətirən biznes maraqlarının əhatəsini genişləndirən bir sahəsi turizm hesab edilir.

Aparılmıs tədqiqatdan belə bir nəticəyə gəlmək mümkün olmuşdur ki, hal-hazırda  turizm müəssisələrindəxərclərin uçotunun təkmilləsdirilməsi


aktual məsələlərdən biridir.

Turizm müəssələrində mühasibat uçotunun təkmilləsdirilməsi


ilə əlaqədar aparılan tədqiqatdan bir sıra nəticələrə nail olunmuşdur, onlar aşağıda qeyd edilmişdir:

1. Bu yolda görülən islərdən biri Milli Mühasibat Uçotu Standartlarının Mühasibat Uçotunun Beynəlxalq Standartları uyğunlasdırılmasının daha da dərindən öyrənilməsidir. İndiki hesablar planında analitik hesabların köməyilə daha çox hesabların əldə edilməsi mümkündür. Onun üç rəmzli şifrələrdən ibarət olması əsas səbəblərdən biridir.

Bu isə öz növbəsində xərclərin uçotunun daha  təkmilləsdirilmiş formada və dəqiq əks etdirilməsinəsərait yaradır.

2. Xərclərin uçotunda mühasibat uçotunda ən informativ yöndə məlumatlar və maya dəyəri əks olunur. Xərclərin uçotundamüasir sistemlərin tətbiqi (misal üçün ABC sistemi) müasir bazar iqtisadiyyatındamühasibat uçotunda informasiyaya nail olunmasında yüksəliş əldə edir. Maya dəyərinin hesablanmasının dəqiqliyi məhz bu zaman də nəzərə çarpacaq qədər artır.Buna misal olaraq son zamanlar zamanla idarə olunan  ABC sistemi yaradılmışdır. Belə ki, müasir dövrdə bir çox məsələlərin həllində zaman amili mühüm rol oynayır.

3. Turizm müəssisələrindəxərclərin uçotununtəkmilləşdirilməsi sahəsində mühasibat sisteminin avtomatlaşdırılması vəkompüterləsdirilməsi irəli sürülən məsələlərdən biridir. Bunlar müəssisəninfəaliyyətinə çox böyük dərəcədə təsir göstərir, hesabatların tərtibolunmasını əsaslı şəkildə  asanlasdırır.

4. Müəssisənin muhasibat uçotu və uçot siyasətinin təşkilinin auditor


yoxlamasının nəticələri üzrə auditor rəyinin bölməsi kimi auditor 
səhadətnamə tərtib etməlidir.

5. Mühasibat uçotunun aparılması zamanı xərclərinin doğruluğu,


turizm xərclərinin kalkulyasiya maddələri üzrə uçotunun düzgünlüyü;
material xərclərinin uçotunun və bölüsdürülməsinin, xidmət və idarəetmə üzrə məsrəflərin düzgünlüyü, sosial sığortaorqanlarına ayırmaların, əmək haqqı xərclərinin, istehsalın hazırlanması vəsınanması məsrəflərinin, müəyyənləsdirilməlidir.

Təkliflər:

Qarşıya qoyulan məqsədlərin reallaşması üçün aşağıda qeyd edilmiş


tədbirlərin həyata keçirilməsi planlaşdırılır:

- Turizmin yüksək səviyyədə olması üçün turistlərə təklif olunan turizm


məhsullarının da inkişaf etdirilməsi ən mühüm işlərdən biridir. Ona görə ki, turizm məhsullarının inkişaf etməsi turizmdə uğurlu fəaliyyət xidmətlərin və turizm məhsulunun keyfiyyətindən hədsiz asılıdır. Bu vaxt turizm məhsulunun keyfiyyəti ilə onun qiyməti arasında uyğunluğun düzgün olması, istər milli , istərsə də xarici olan turistlər üçün turizm məhsullarının qiymətləri cəlbedici olmasıni təmin etmək lazımdır; 

-  Müasir tələblərə uyğun olaraq fəaliyyət göstərən turizm obyektlərinin qurulması ;

- turizm xidmətinə dair mütərəqqi vasitələrin və standartların hazırlanması və tətbiq edilməsini reallaşdırmaq lazımdır; 

- turizm sahəsində çalışan mütəxəssislərin peşə hazırlığı səviyyəsini daima


yüksəltmək,turizm bölməsi üzrə kadr hazırlığı sahəsində geniş təcrübəyə malik ölkələrlə beynəlxalq əməkdaşlığı daha da genişləndirmək, turizm ehtiyatlarının qorunmasını təşkil etmək və bu ehtiyatlardan səmərəli şəkildə
istifadə etmək. 

- qeyri-legal əldə olunmuş gəlirlərin aşkarlanması , dondurulmasını və onların müsadirəsi üsullarını  asanlasdıra biləcək mövcud hüquqi vasitələrin möhkəmləndirilməsi. Azərbaycanda da turizm sənayesinin  daha da çox inkişaf etməsindən ötrü müxtəlif tipli dövlət proqramları işlənib hazırlanmışdır (2002-2005-ci illər, 2008-2016-cı illər). Bilirik ki, Respublikamızda turizmin inkişaf etməsinə nail olmaqdan ötrü ixtisaslı kadrların olması mütləqdir. Məhz bu səbəbdən Azərbaycan Turizm İnstitutu 2006- cı ildə meydana gəldi. Hazır ki, gündə ATİ özünün fəaliyyətini uğurla yerinə yetirir və bu institutda hazırlanan kadrların gələcəkdə olan turizm sənayesinin inkişaf etməsinə özünün töhvəsini verəcəklərinə biz inanırıq.




Ədəbiyyat siyahısı





  1. Abbasov i.m., Məmmədov i.a., Cabbarov a.s. “Mühasibat uçotu (sahələr üzrə)” - dərslik. Baki, 2017 - 424 s.

  2. “Xidmət sahələrində mühasibat (maliyyə) uçotu-S.M.Səbzəliyev, Q.Ə.Abbasov. Bakı 2015

  3. Q.Ə.Abbasov. Mühasibat uçotunun nəzəriyyəsi. Bakı “Elm” 2000

  4. B.Ə. Bilalov, Ç.G.Gülalıyev - “Turizmin Əsasları ” –Bakı-2015

  5. Country’s tourism revenue rise” – Azernews, No 28, April 17 – 21, 2015

  6. “Turizmin əsasları” (Dərslik) – İlqar H, Nigar Ə, Bakı 2007

  7. Александров О.А. Бухгалтерский учет в туризме: практическое пособие / О.А. Александров. – М.: Омега – Л, 2006. – 190с. –

  8. Ковалева О.В. Аудит /учебное пособие/ О.В. Ковалева, Ю.П. Константинов. – М.: «Приор-издат», 2003.- 320с.

  9. http://www.milli.az/news/economy/183631.html

  10. Кондраков Н.П. Бухгалтерский учет. Учебное пособие - 3-е изд., перераб. и доп. М.: ИНФРА, 2007.

  11. Zeynallı Y.Q. “ Azərbaycanda turizm sistemi fəaliyyətinin və idarə edilməsinin iqtisadi-coğrafi problemləri ” Bakı , Tuna , 1999.

  12. Turizmin Menecmenti – Bilalov B.Ə . Bakı-2005 Mütərcim nəşriyatı .

  13. “Turizm Fəaliyətinin Tənzimlənməsi” , Bilalaov B.Ə , Bakı -2006

  14. az.wikipedia.org

  15. Журнал «Расчет» № 10, 2004 год, статья Е. Лебедевой «Турпутевку признаем расходом».

  16. Керимов В.Э. Бухгалтерский финансовый учет: Учебник. - М.: «Дашков и Ко», 2008.

  17. Русак Н.А. Экономический анализ промышленных предприятий. Минск: Беларусь, 2003

  18. http://euroaz.wordpress.com/2011/05/01/turizm-təbligi/#more-317

  19. Астахов В.П. Бухгалтерский (финансовый) учет: учебник. - Изд. 8-е, доп. и перераб. - Ростов н/Д: Феникс, 2007

  20. İsmayılov Ç.N.,Zeynalova K.Z.”Klaster konsepsiyası və onun regiona

  21. Международные рекомендации по статистике туризма, 2008 год (Серия M № 83/Rev.1 Мадрид и Нью-Йорк 2010 год);

  22. Вспомогательный счет туризма: рекомендуемая методологическая основа, 2008 год; (Серия F № 80/Rev.1; Люксембург, Мадрид, Нью-Йорк, Париж ,2010 год)

  23. http://www.unstats.un.org/unsd/tradeserv/default.htm

  24. Q.Rzayev “Mühasibat uçotu və audit” Bakı – 2006;

  25. Q.Abbasov, S.Səbzəliyev “Mühasibat (maliyyə) uçotu” B., 2003;

  26. S.Səbzəliyev “Mühasibat (maliyyə) hesabatı” B., 2003.

  27. Ə.Sadiqov və b. “Mühasibat ucotu”, B., 2012;

  28. S.Səbzəliyev, V.Quliyev, “İdarəetmə ucotu”, B., 2014;

  29. Q.Abbasov, “Sıfırdan başlanan mühasibat ucotu”, B., 2013;

  30. A.Kərimov, “Mühasibat ucotu, vergilər”, B., 2014. 711 “Kommersiya xərcləri”.

  31. Аксеенко А.Ф., Петрова В.Л. Учет и анализ затрат на производство продукции. М., «Финансы и статистика» 2000

  32. “Investment opportunities of tourism Industry in Azerbaijan and its regions”Vugar Dargahov, Rovshan Karimov – European International Journal ofScience and Technology, September 2014.

  33. “Promoting Foreign Investment in Tourism” – United Nations, New York and Geneva 2010

  34. The Importane of Transportation in Tourism Sector” – Rufat Mammadov, 7th

  35. Production and Services Catalogue 2015 – ICAO, Databases

  36. World Tourism Organization “Tourism Highlights 2014”

  37. The geography of Transport systems, Jean Paul Rodrigue, Third edition, 2013

  38. Федеральный закон от 07.08.2001 г. № 119-ФЗ «Об аудиторской

деятельности».

  1. RəhimovS.H. Turizm -ekskursiyaişinintəşkili .Bakı , “ Mütərcim ” , 2004

  2. Kotler F. “ Marketinqin əsasları”. Bakı , “ Ergün ”, 1993

  3. İsmayılov Ç.N.,Zeynalova K.Z.”Klaster konsepsiyası və onun regiona

  4. http://az.wikipedia.org

  5. http://az.apa.az/news/284344

  6. http://webcache.googleusercontenthttp://webcache.googleusercontent

  7. B.Ə. Bilalov, Ç.G.Gülalıyev - “Turizmin Əsasları ” –Bakı-2015

  8. Ə.Q.Əlirzayev “Turizmin iqtisadiyyatı və idarə edilməsi”- Bakı-2010. İqtisad Universiteti” Nəşriyyatı

  9. Səbzəliyev Sifariz –“Xidmət sahələrində mühasibat (Maliyyə) uçotu”-2015

  10. Azərbaycanda Turizmin inkişaf problemləri “ – F.İ.Qurbanov , Bakı -2007 Adiloğlu nəşriyyatı

  11. “Turizmin Əsasları “ – Soltanova H.B. və Hüseynova Ş.H. Bakı -2007 Mütərcim nəşriyyatı .

  12. Turizmin Menecmenti – Bilalov B.Ə . Bakı-2005 Mütərcim nəşriyyatı .

“Turizm Fəaliyyətinin Tənzimlənməsi” , Bilalaov B.Ə , Bakı -2006

50.Zeynallı Y.Q. “ Azərbaycanda turizm sistemi fəaliyyətinin və idarə olunmasının iqtisadi-coğrafi problemləri ” Bakı , Tuna , 1999.

AZ.DİU-nın Beynəlxalq Magistratura və Doktrantura mərkəzinin

Magistrantı Müzəffərzadə Nazlı Fizuli qızının”Xidmət sferasında xərclərin təsnifatı və uçotunun metodiki məsələləri”

adlı magistr dissertasiyasına

Rəy

Dünya ölkələrinin turizm sektorunun inkişaf etməsi paralel olaraq iqtisadiyyatın digər sahələrinin inkişafı ilə bilavasitə bağlı olmasıdır.İnkişaf etmiş və inkişafda olan ölkələrin böyük qismi son illərdə turizm gəlirlərini artırmaq yolu ilə öz iqtisadi balanslarını stabil saxlamağa və bununla da turizm sahəsinin inkişafı yolunda bir çox addımlar atırlar.



Hazırda inkişafda olan ölkələrin bir çoxu öz ərazi potensialini və resurslarını qiymətləndirərək mövcud ehtiyat və qaynaqlardan istifadə edərək turizm fəaliyyətinin genişləndirməsini ön plana qoymuşlar.Heç də təsadüfi deyildir ki,böyük və inkişaf etmiş ölkərin turizm sferasındakı problemlərinin nəzərə çarpmaması onların bu sahədən yüksək miqdarda vəsait əldə etməsidir.

Dissertasiya işi giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

Dissertasiya işinin giriş hissəsində dissertsiya mövzusunun aktuallığı nəzəri cəhətdən əsaslandırılmış, aparılan tədqiqatın məqsəd və vəzifələri, nəzəri və metodoloji əsasları, tədqiqatın obyekti, elmi yenilikləri, işin quruluşu və həcmi, həmçinin işin ayrı-ayrı fəsillərinin qısa məzmunu öz əksini tapmışdır.

Magistr işinin I fəsili “Müasir şəraitdə turizm sferasında mühasibat uçotunun təşkili,təsnifatı və meodikasının iqtisadi xarakteristikası” adlanır və bu fəsildə turizmin mühasibat uçotunun məqsədi, vəzifələri, və metodolojı əsasları, mahiyyəti və inkişafının nəticələri, onun inkişaf perspektivləri və əsas amilləri, turizmin inkişafının müasir məsələlərinə aid informasiyalar verilmişdir.

Dissertasiya işinin II fəsli ölkədə fəaliyyət göstərən turizm müəssələrinin fəaliyyətinin mühasibat uçotu inkişafının mövcud vəziyyəti , xidmətlərə çəkilən xərclərin uçotunun təhlili aparılmışdır,onların uçotunun aparılmasının mövcud metodikasının hazırki vəziyyəti və onların təkmilləşdirilməsi istiqamətlərinə həsr edilmişdir.

”Xidmət sferasında xərclərin təsnifatı və uçotunun metodiki məsələləri” adlı III fəsildə fəslində turizmin məhsulu və onun əhəmiyyəti,turizm xidmətində mühasibat uçotunun MMUS-nın standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətləri onların formalaşmasına təsir edən faktorlar öyrənilir onların beynəxalq standartlara tam uyğunlaşdırılması məqsədi ilə təkmilləşdirilməsi məsələləri araşdırılmışdir.

Yuxarıda qeyd edilənlərlə yanaşı işdə bir sıra xırda qüsur və nöqsanlar da vardır ki. onlar işin ümumi səviyyəsinə əsaslı təsir göstərmir.

Maqistrant tərəfindən yerinə yetirilmiş elmi-tədqiqat işi qarşıya qoyulmuş ümumi tələblərə əsasən cavab verir və başa çatmış bir işdir.

Odur ki, magistrant N.F.Müzəffərzadə tərəfindən yuxarıda qeyd edilən adda yerinə yetirilən magistr dissertasiyasının müdafiyəyə buraxılması məqsədəuyğun hesab edilir.
İşin elmi rəhbəri, “Mühasibat uçotu və

Audit” kafedrasının dosenti K.A.Xudaverdiyeva

AZ.DİU-nın Beynəlxalq Magistratura və Doktrantura mərkəzinin

Magistrantı Müzəffərzadə Nazlı Fizuli qızının”Xidmət sferasında xərclərin təsnifatı və uçotunun metodiki məsələləri”

adlı magistr dissertasiyasına

Rəy


Turizm iqtisadiyyatın ən güclü vasitəsidir, o həmdə təsirli bir sosial institut hesab edilir, cəmiyyətin ictimai səviyyəsinin və mədəniyyətin göstəricisi kimi insanların həyat səviyyələrinin inkişafına, mənəvi zənginləşməsinə xidmət edir. Azərbaycan respublikası milli turizm sahəsinin yüksəlməsinim iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan etmişdir. Son illər ərzində turizmin inkişafı ilə bağlı həyata keçirilən işlər, qəbul edilən dövlət proqramları, normativ- hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha təsdiq edir. Hər bir səviyyədə istər dövlət, istərsədə regional səviyyədə həyata keçirilən siyasətdə turizm çox əhəmiyyətli məsələ kimi çıxış edir.

Təqdim edilmiş dissertasiya işi giriş, 3 fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

Tədqiqat işinin girişində dissertsiya mövzusunun aktuallığı müasir iqtisadi münasibətlər baxımdan nəzəri cəhətdən əsaslandırılmaqla yanaşı, tədqiqatın məqsəd və vəzifələri, nəzəri və metodoloji əsasları, tədqiqatın obyekti, elmi yenilikləri, quruluşu və həcmi öz əksini tapmışdır.

Magistr işinin I fəsili “Müasir şəraitdə turizm sferasında mühasibat uçotunun təşkili,təsnifatı və meodikasının iqtisadi xarakteristikası” adlanır və bu fəsildə turizmin mühasibat uçotunun məqsədi, vəzifələri, və metodolojı əsasları, mahiyyəti və inkişafının nəticələri, onun inkişaf perspektivləri və əsas amilləri, turizmin inkişafının müasir məsələlərinə aid informasiyalar verilmişdir.

Dissertasiya işinin II fəsli ölkədə fəaliyyət göstərən turizm müəssələrinin fəaliyyətinin mühasibat uçotu inkişafının mövcud vəziyyəti , xidmətlərə çəkilən xərclərin uçotunun təhlili aparılmışdır,onların uçotunun aparılmasının mövcud metodikasının hazırki vəziyyəti və onların təkmilləşdirilməsi istiqamətlərinə həsr edilmişdir.

”Xidmət sferasında xərclərin təsnifatı və uçotunun metodiki məsələləri” adlı III fəsildə fəslində turizmin məhsulu və onun əhəmiyyəti,turizm xidmətində mühasibat uçotunun MMUS-nın standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətləri onların formalaşmasına təsir edən faktorlar öyrənilir onların beynəxalq standartlara tam uyğunlaşdırılması məqsədi ilə təkmilləşdirilməsi məsələləri araşdırılmışdir.



Qeyd edilənlər müsbət məqamlarla yanaşı işdə bir sıra texniki xarakterli xırda qüsur və nöqsanlar da vardır. Fikrimizcə onların düzəldilməsi, işin səviyyəsinin yüksəlməsinə səbəb olar. Lakin qeyd edilən həmin qüsur və nöqsanlar işin ümumi səviyyəsinə əsaslı təsir göstərmir və onun dəyərini azaltmır.

Qeyd edilənlərə əsasən magistrant N.F.Müzəffərzadə tərəfindən ”Xidmət sferasında xərclərin təsnifatı və uçotunun metodiki məsələləri” mövzusunda yerinə yetirilən magistr dissertasiyasının ümumi tələblərə bütövlükdə cavab verdiyini və başa çatmış elmi-tədqiqat işi olduğunu nəzərə alaraq onun müdafiəyə buraxılması tövsiyyə olunur.
Yüklə 463,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin