Ы мцщазиря: информатика фяннинин предмети


Verilənlər bazasının yaradılması



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə63/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   72
informatika muhazireler adau aze

Verilənlər bazasının yaradılması 
MS Access verilənlər bazası iki üsulla yaradıla bilər. birinci üsulda boş 
verilənlər bazası yaradılır və sonra ona cədvəllər, formalar, hesabatlar və digər 
obyektlər əlavə olunur. İkinci üsul isə xüsusi usta proqramın köməyilə müəyyən 
tipli verilənlər bazasının yaradılmasıdır. Bu üsulla yaradılan verilənlər bazası üçün 
zəruri olan cədvəllər, formalar və hesabatlar proqram tərəfindən avtomatik 
yaradılır. Belə ki, MS Access proqramına böyük çeşiddə hazırlanmış verilənlər 
bazaları daxildir. Hansı üsulla yaradılmasından asılı olmayaraq hər iki halda 


136 
136 
yaradılan verilənlər bazasında dəyişiklik etmək və bazanı genişləndirmək 
mümkündür. 
Boş verilənlər bazasının yaradılması
 
üçün aşağıdakı əməliyyatları icra etmək 
lazımdır: 
1.
Proqram pəncərəsinin File menyusundan New əmri seçilir və ya alətlər 
sətrindən bu əmrə uyğyn düymə sıxılır. Pəncərənin sağında açılan New File 
dialoq pəncərəsindən Blank database ( boş blanklar bazası) əmri seçilir. 
2.
Ekrana File NewDatabase (yeni verilənlər bazası faylı) adlı pəncərə açılır. 
3.
Pəncərənin Sve in (burada saxla) sahəsindən yaradılan VB faylını saxlamaq 
üçün istədiyimiz qovluğun adı seçilir. Yeni yaradılan verilənlər bazasını 
saxlamaq üçün proqram öncə My Documents (Sənədlərin ) qovluğunu açır.; 
4.
File name ( faylın adı) sətrinə yaradılan fayla veriləcək ad yazılır və create 
(yarat) düyməsi sıxılır. Ekrana yeni verilənlər bazasının obyektlərini 
yaratmaq üçün fayl pəncərəsi açılır. 
Verilənlər bazasının ustası 
Verilənlər bazasını bu üsulla yaratmaq üçün aşağıdakı əməliyyatları icra 
etmək lazımdır:
1.
File menyusundan New əmri seçilir. 
2.
Tapşırıqlar panelinin New from template (şablonlara əsasən yarat) 
bölməsindən General Templates. (ümumi şablonlar) əmri seçilir. Ekrana 
müxtəlif verilənlər bazaları nümunələrindən ibarət siyahı açılır. 
3.
Uyğun verilənlər bazası nümunəsinin piktoqramı seçilir və ok düyməsi 
sıxılır; 
4.
File New Database (yeni verilənlər bazası faylı) dialoq pəncərəsində 
yaradılan verilənlər bazası faylına ad verilir və create ( yarat) düyməsi 
sıxılır; 
5.
Açılan növbəti dialoq pəncərəsində verilənlər bazası ustası yaradılan bazanın 
hansı məlumatlardan ibarət olduğunu bildirir. 
6.
Next (növbəti) düyməsilə növbəti addıma keçilir; 


137 
137 
7.
Açılan dialoq pəncərəsi iki siyahıdan ibarət olur. Soldakı siyahı ( Tables in 
the database) yaradılan verilənlər bazasına daxil olan cədvəllərin adlarını, 
sağdakı isə (Fields in the table) seçilən cədvələ daxil olan sahə adlarını 
göstərir. cədvələ daxil olan sahə adları qarşısında 

işarəsi qoyulur; 
8.
Növbəti dialoq pəncərəsində ekranın və çap ediləcək hesabatların görünüş 
forması seçilir və verilənlər bazasına ad verilir. 
9.
Finish ( son) düyməsi sıxılaraq verilənlər bazasını yaradan usta proqram işə 
qoşulur. Verilənlər bazasının yaradılması prosesi sona çatdıqdan sonra 
verilənləri cədvəllərə daxil etmək, çap etmək və digər əməliyyatları icra 
etməyə başlamaq olar. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin