Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə66/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   72
informatika muhazireler adau aze

Lokal şəbəkələrdə istifadə olunan kabellər 
Lokal şəbəkələrdə əsasən koaksial kabellər
,
b
urulmuş jütlü kabellər
və 
o
ptik kabellərdən istifadə olunur. 
Əsasən iki tip koaksial kabel istifadə olunur:

İnjə koaksial kabel; 

Qalın koaksial kabel. 
İnjə koaksial kabellər RG-58 olaraq markalanır və 50 om müqavimətə malik 
olurlar. Bu kabel 10BASE 2- Ethernet lokal şəbəkələrində istifadə olunur. 
İnformasiyanın ötürülmə sürəti 10 Mbit/san - dir. Heç bir əlavə qurğudan istifadə 
etmədən informasiya 185-200 m-ə qədər ötürülə bilir.
Qalın koaksial kabellər RG-8 və ya RG-11 olaraq markalanır və 50 om 
müqavimətə malik olurlar. Bu kabellər sarı rəngdə olub və üzərində aralarındakı 
Mərkəzi 
qovşaq 


144 
144 
məsafə 2.5 m olan qara nöqtələr qoyulur. Kompüterlər yalnız bu nöqtələrdən 
kabelə bağlana bilərlər. Bu kabel 10BASE 5- Ethernet lokal şəbəkələrində
istifadə olunur. İnformasiyanın ötürülmə sürəti 500 Mbit/san-dir. Heç bir əlavə
qurğu istifadə etmədən informasiya 500 m-ə qədər ötürülə bilir.
Burulmuş jütlü kabellər kompüter şəbəkələrində istifadə olunan ən ujuz 
kabellərdir. UTP (ekranlaşdırılmamış) və STP (ekranlaşdırılmış) olaraq 
markalanır. İnformasiyanın ötürülmə sürəti 10-100 Mbit/san-dir. Əsas üstünlüyü 
ujuz olması və asanlıqla quraşdırıla bilməsidir. Məlumatları kənar dalğaların 
təsirindən qorumaq üçün ekranlaşdırılmış (STP) burulmuş jütlükdən istifadə 
olunur. Bu tip kabeller Ethernet 10/100 BASE-T şəbəkələrində istifadə olunur

Optik kabellər vasitəsilə informasiyanın ötürülməsi üçün nazik şüşə tellərdən 
istifadə olunur. İnformasiya işıq dalğaları şəklində ötürülür. Optik kabellər səs və 
verilənlərin ötürülməsi üçün ideal kabellərdir, anjaq kifayət qədər bahalıdır, 
quraşdırılması çətindir. İşıq dalğalarını elektriki dalğalara və əksinə çevirmək üçün 
mürəkkəb qurğudan istifadə olunur. Əsasən informasiyanın uzaq məsafəyə və 
geniş diapazonda ötürülməsi lazım olan yerlərdə istifadə olunur. Kənar əngəllərin 
təsiri praktiki olaraq yoxdur. Məlumatın yayılması sürəti saniyədə bir neçə 
qeqabitlə (Qbit) ölçülür. Məlumat 50 km məsafəyə güjləndirilmədən ötürülə bilir. 
Bu tip kabelller Ethernet 100 BASE-F şəbəkələrlində istifadə olunur. 
 Qlobal Şəbəkələr 
Ərazi kompyuter şəbəkələri də adlandırıla bilən qlobal şəbəkələr (Wide Area 
Networks, WAN) böyük ərazilərdə-oblast, region, dövlətlər, kontinent və ya bütün 
Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək üçün yaradılıb. 
Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin qurulması 
böyük xərjlər tələb edir, buraya kabellərin və onların çəkilmə işlərinin qiyməti, 
kommutasiya avadanlıqlarının və kanalın lazımi keçirmə zolağını təmin edən aralıq 
güjləndiriji qurğuların xərjləri, həmçinin böyük ərazilərdə yayılmış şəbəkə 
qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərjləri də daxildir. 
Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən 
abonentlərə pullu xidmət etmək üçün yaradılır.


145 
145 
Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip 
verilənləri: kompüter verilənlərini, telefon danışıqları, fakslar, teleqramlar, 
televiziya görüntüləri, teletekst (iki terminal arasında verilənlərin ötürülməsi), 
videotekst (şəbəkədə saxlanılan verilənlərin öz terminalına götürmək) və s. 
verilənləri ötürə bilən vahid qlobal şəbəkənin yaradılma tendensiyası meydana 
gəlmişdir. ISDN- telekommunikasiya xidmətinin inteqrasiyası üçün ilk tex-
noloqiya 70-ji illərin əvəllərindən inkişaf etməyə başlayıb. Hələlik şəbəkənin hər 
növü ayrılıqda fəaliyyət göstərir və onların ən sıx inteqrasiyasına ilk ümumi 
şəbəkələrin-PDH(Plesiochronous Digital Hierarchy- optik şəbəkələr üçün 
standart)və SDH(Synchronous Digital Hierarchy- optik şəbəkələr üçün standart-
sürət 155,52Mbit/san) şəbəkələrinin 70-istifadəsi sahəsində nail olunub, bunların 
köməyi ilə bu gün abonentlərin kommutasiyası şəbəkələrində sabit kanallar 
yaradılır. Qlobal hesablama şəbəkəsi müəssisədə olan və uzaqlaşdırılmış 
informasiya mübadiləsinə ehtiyajı olan bütün tip abonentlərin verilənlərini 
ötürməlidir. Bunun üçün qlobal şəbəkə kompleks xidmətlər göstərməlidir.


146 
146 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin