I mövzu: Mədəniyyətşünaslığın predmeti Plan: Mədəniyyətşünaslığın elm kimi formalaşması



Yüklə 177,36 Kb.
səhifə37/49
tarix01.01.2022
ölçüsü177,36 Kb.
#105490
1   ...   33   34   35   36   37   38   39   40   ...   49
Mühitə uyğunlaşdırma funksiyası – ən qədim funksiyalardan hesab edilərək iki mühüm şəraitə – təbii (təbiət) və sosial şəraitə uyğunlaşdırmanı nəzərdə tutur. Canlı varlıqların hər bir növü yaşadığı mühitə uyğunlaşır. Bitki və heyvanlarda uyğunlaşma bioloji təkamül prosesində baş verir: dəyişkənlik, irsiyyət və təbii seçmə vasitəsilə canlı orqanizmlərin, onların bu və ya digər xarici mühit şəraitində yaşamasını təmin edən fəaliyyətləri nəsildən-nəslə genetik ötürülür.

İnsanın yaşadığı mühitə uyğunlaşması fərqli baş verir. İnsanın bioloji quruluşu digər canlılar kimi mühitə dayanıqlı şəkildə uyğunlaşmır. O, heyvanlar kimi təbii həyat tərzi keçirə bilmir. O, məcburdur ki, yaşamaq üçün ətrafında süni mədəni mühit yaratsın.

İnsan növünün xarici mühitə münasibətdə bioloji natamamlığı, qeyri-uyğunluğu özünün mövcud olması üçün süni şəraitin, mədəniyyətin formalaşdırılması yolu ilə istənilən təbii şəraiti mənimsəmək qabiliyyətinə gətirib çıxartdı.

Mədəniyyətin inkişafı təbiətin insanlara hazır şəkildə vermədiyi müdafiəni: təcrübəni toplamaq və onu norma, qayda və bilavasitə həyat təminatı formalarında yerinə yetirmək imkanını, kollektiv və cəmiyyət üzvlərinin fərdi təhlükəsizliyini, onların mülkiyyət, qanuni maraqlarını və s. yaratdı.

Beləliklə, insanın yaratdığı bütün maddi mədəniyyət, ictimai təşkilatlar, iqtisadi, sosial və siyasi münasibətlər sistemi mühitə uyğunlaşma rolunu həyata keçirir. Cəmiyyətdə mədəniyyət çərçivəsində uyğunlaşdırma vasitələri hazırlanır: dövlətin qərar və strukturlarından başlamış müdafiə və hücuma hazırlıq alətlərinə qədər hər şey insanın mənafe və uyğunlaşmasına aid edilir. Cəmiyyətdə uyğunlaşmanın mütləqləşdirilməsi «sosial darvinizm» doktrinasının əsasını qoymuşdur.


Yüklə 177,36 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin