I mövzu plan Əsas anlayışlar və təriflər


§3.3. Elektrik veriliş xəttinin aktiv müqaviməti



Yüklə 1,41 Mb.
səhifə15/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   11   12   13   14   15   16   17   18   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§3.3. Elektrik veriliş xəttinin aktiv müqaviməti
Elektrotexnika kursundan məlumdur ki, müqavimətlər omik və aktiv müqavimətlərə ayrılır:

  1. naqilin sabit cərəyana qarşı olan müqaviməti omikmüqavimət;

  2. naqilin dəyişən cərəyana qarşı olan muqaviməti isə aktiv müqavimət adlanır.

Qiymətinə görə aktiv müqavimət, omik müqavimətdən səth effektinə görə böyük olur. Dəyişən cərəyanda elektrik yükləri naqilin en kəsiyi boyunca bərabər paylanmır. Yəni onlar naqilin daxilindən səthinə doğru itələnir və nəticədə cərəyan keçən hissənin en kəsiyi azalır. Buna uyğun olaraq naqilin müqaviməti artmağa başlayır.

Səth effekti əsasən yüksək tezlikli cərəyanlarda və eləcədə polad naqillərdə daha kəskin olur. Belə ki, polad naqillər yüksək maqnit keçiriciliyinə malik olduğundan onların daxilindəki maqnit selinin sıxlığı, nəzərəçarpacaq dərəcədə çox olur.

Əlvan metaldan hazırlanmış naqillərdə, səth effektinin yaranması, sənaye tezliyində nəzərəçarpacaq dərəcədə olmur (1%-ə yaxın). Ona görədə praktiki hesabatlarda bu naqillərin aktiv müqaviməti adətən onun omik müqavimətinə bərabər qəbul edilir. Həmçinin də hesabatlarda ətraf mühitin temperaturunun naqilin müqavimətinə təsiri nəzərə alınmır və müqavimətin +20˚C temperaturdakı qiymətindən istifadə olunur.

Aktiv müqavimətin naqilin temperaturundan asılılığını aşağıdakı düstur əsasında təyin etmək olar:



burada: -naqilin müqavimətinin 20˚C-də ki normativ qiyməti; t-ətraf mühitin temperaturu; α-naqilin elektrik müqavimətinin temperatur əmsalıdır, Om/dər. (mis, alüminium və polaq-alüminium naqillər üçün α=0,00403; polad naqillər üçün α=0,00405).

Naqilin l-uzunluğuna düşən aktiv müqavimətinin qiyməti aşağıdakı düsturla hesablanır:


, (3.1)
burada,r0-naqilin 1 km-nə düşən hesabi müqavimət, Om/km; -naqilin uzunluğudur, km.

Əlvan metallardan, məsələn mis və ya alüminiumdan hazırlanan naqillər üçün hesabi müqavimət:


(3.2)

və ya


(3.3)
düsturları ilə hesablanır. Burada, -naqilin hazırlandığı materialın xüsusi müqaviməti, - xüsusi hesabi keçiricilik, F-naqilin en kəsiyidir, mm2. Mis və alüminium naqillərin xüsusi müqavimətinin və keçiriciliyinin qiymətləri cədvəl 3.1-də verilmişdir.

Cədvəl 3.1

Mis və alüminium naqillərin xüsusi müqavimətinin və keçiriciliyinin qiymətləri


Naqil









Mis

18,8

53

Alüminium

31,5

31,7

Polad naqillərin aktiv müqaviməti r0 , onların omik müqavimətindən nəzərəçarpacaq dərəcədə çox olur. Belə ki, səth effekti polad naqillərdə kəskin şəkildə özünü biruzə verir və həmçinində onlarda əlavə itkilər-histerezis və burulğan cərəyanlarından olan itkilərdə yaradır:


,
burada, - uzunluğu 1 km olan naqilin sabit cərəyana qarşı müqaviməti; -əlavə müqavimətdir.

Göstərilən itkilərin qiyməti naqilin en kəsiyinə düşən maqnit selindən və ya naqilin hazırlandığı materialın maqnit nüfuzluğundan- və maqnit sahəsinin gərginliyindən-H asılıdır:



burada, B-maqnit sahəsinin induksiyası; F-naqilin en kəsiyinin sahəsidir.

Maqnit sahəsinin gərginliyi naqildən axan cərəyanın qiyməti ilə düz mütənasibdir. Maqnit induksiyası isə həm cərəyanın qiymətindən, həmdə ki, poladın doyma dərəcəsindən asılıdır. Belə olduqda, naqildən axan yük cərəyanının kiçik dəyişməsi zamanı maqnit seli və buna uyğun olan əlavə müqavimət də cərəyana mütənasib olaraq dəyişəcək. Naqildən keçən cərəyan artdıqca, maqnit doyması baş verir (B=const). Buna görə də naqilin müqaviməti dəyişməz qalır. Əgər cərəyanın artması davam edərsə, onda poladın maqnit nüfuzluğunun azalması nəticəsində, naqilin müqavimətin qiyməti də azalacaq. Polad naqillərin aktiv müqavimətinin, naqildən axan cərəyanın qiymətindən asılılığı çox mürəkkəb bir funksiyadır və o riyazi düstur şəkilində göstərilə bilmir. Belə ki, naqilin maqnit nüfuzluq əmsalının qiymətinə bir sıra faktorlar: poladın kimyəvi tərkibi, naqilin konstruktiv quruluşu (birdamarlı və ya çoxdamarlı), cərəyan daşıyan damarlardakı məftillərin sayı və diametri və s təsir edir. Bu faktorların təsiri, birməftilli naqillərə nisbətən, çoxməftilli naqillərdə az olur.

Belə ki, çoxməftilli naqillərin maqnit müqaviməti, məftillər arası hava məsafəsinin olmasına görə, birməftilli naqillərin maqnit müqavimətindən çoxdur.

Gərginliyi 330 kV və ondan böyük olan EVX-də bir faza naqili xəttin ötürmə qabliyyətini artırmaq üçün bir neçə naqilə: məsələn, 330 kV-da bir faza naqili iki naqilə; 500 kV-da üç naqilə; 750 kV-da-isə dörd naqilə parçalanır. Belə olduqda bir fazanın ekvivalent radiusu böyüyür. Bu zaman belə naqillərin xüsusi aktiv müqaviməti aşağıdakı kimi təyin edilir:



Şək. 3.5-də polad naqillərin aktiv müqavimətinin-r0, dəyişən cərəyanın qiymətindən- I asılılığı göstərilib.


Şək. 3.5. Polad naqillərin aktiv və omik müqavimətləri


Şək. 3.5-ki 1-əyrisi çoxməftilli naqilə, 2-əyrisi birməftilli naqilə aiddir. 3-əyrisi isə naqilin sabit cərəyana qarşı müqavimətini göstərir. Göstərilən hər üç əyri eyni en kəsiyə malik naqillərə aiddir. Praktiki hesabatlarda, yük cərəyanının müxtəlif qiymətlərində, müxtəlif en kəsiyə və markaya malik olan naqillər üçün aktiv müqavimətlərin ölçülmüş qiymətlərindən istifadə olnur.



A




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin