İxtisas: İSM
Kurs: I
Fənn: Musiqi və onun tədrisi metodikası
Mövzu:Bölüm 2. Musiqi ədəbiyyatı.
1.Musiqinin janr və formaları
Ədəbiyyat siyahısı:
1. S.Qasımova, R.Zöhrabov. Musiqi ədəbiyyatı. Bakı, 1992.
2.T.Hüseynova . Musiqi ədəbiyyatı, Bakı, 1992.
3.Ş.Həsənova. Musiqi tarixindən mühazirələr. (I-II hissələr), Bakı, 2012.
4.M.Babayeva. Xarici ölkələrin musiqi ədəbiyyatı. Naxçıvan, 2018.
5. S.Qasımova, N.Bağırov. Azərbaycan sovet musiqi ədəbiyyatı. 1986.
6. XX əsr Azərbaycan professional musiqi ədəbiyyatı. Bakı, 2006
Müəllim: Babyeva Məhəbbət. e-mall adresi:Mehebbetteacher@gmail.com
Plan
1. Janr, forma.
2. Klassik musiqinin əsas formaları.
3.Vokal, instrumental musiqi janrları.
1.Janr fransız sözü olub mənası “cins”, “növ” deməkdir. İfa üsulundan asılı olaraq eşitdiyimiz bütün musiqi əsərləri vokal, instrumental və vokal-instrumental musiqiyə ayrılırlar. Qeyd etdiyimiz musiqi növləri də öz növbəsində bir sıra musiqi janrlarına ayrılırlar. Məsələn, simfonik musiqinin janrlarına simfoniya, simfonik poema, simfonik üvertüra və s., vokal musiqinin janrlarına xor, ariya, romans, mahnı və s. aiddir.
Forma latın sözü olub mənası “zahiri görünüş” deməkdir. Bu forma, “bədii əsərin, sənətin mövcud növünün təsviri-ifadə vasitələrinin köməyilə bədii məzmunu ifadə etmək üçün yaradılmış daxili quruluşdur. Musiqi əsərinin bədii tərtibi, süjeti, musiqi dili onun formasıdır. Aydındır ki, forma olmazsa məzmun da özünü göstərə bilməz. Məzmun olmadıqda isə forma öz əhəmiyyətini itirmiş olur. Bu iki ünsür bir-birilə sıx bağlıdır. Forma məzmunla əlaqədardır və məzmunla təyin edilir, lakin, məzmunda formasız yaşaya bilməz.
2.Klassik musiqinin əsas formalarına ikihissəli, üçhissəli forma, rondo forması, variasiya, ballada və sonata forması aiddir. İkihissəli forma intonasiya etibarilə bir-birinə əks olan iki melodiyanın birləşməsindən əmələ gəlir. Ukrayna, Belarusiya xalq musiqisində əsasən istifadə olunur.
Üçhissəli forma ən geniş yayılmış musiqi əsəri formasıdır. Bu formada üç şöbə olur. İkinci şöbə istər özünün melodiyasına görə, istərsədə musiqi ifadə vasitələrinə görə birinci və üçüncü şöbədən fərqlənir. Bir çox musiqi əsərləri, o cümlədən mahnılar, romanslar, ariya, rəqs və s. məhz bu formada bəstələnir.
Rondo sözünün mənası “dairə” deməkdir. Burada əsas məzmun hər dəfə verilən yeni intonasiyalı mövzudan sonra təkrar olunur. Məhz bu cür təkrar musiqi dairəsi əmələ gətirir.
Variasiya əsas musiqinin sonradan müxtəlif musiqi ifadə vasitələri ilə bir neçə dəfə dəyişilməsinə variasiya deyilir. Artıq şəkli dəyişilmiş hər yeni mövzu variasiya adlanır.
Ballada vaxtilə baş vermiş bir hadisəni musiqi vasitəsilə “nəql edən musiqi əsərləri”nə deyilir. Bu formada bəstələnən musiqi əsərlərində əfsanəvi mövzular daha geniş yer tutur.
Sonata forması instrumental musiqidə daha geniş yyaılmışdır. Sonata forması sonatanın, simfoniyanın, konsertin, kvartetin hissələrindən birinin daxili quruluş formasıdır. Bu forma XVIII əsrdə Haydn və Motsartın yaradıcılığında daha qabarıq şəkildə özünü göstərmişdir. Sonata forması üş əsas şöbənin bir-birilə üzvü surətdə birləşməsi nəticəsində yaranmışdır.
Ekspozisiya (yəni şərh, ifadə)
Razrabotka (işlənmə, inkişaf)
Repriza (təkrar).
Dostları ilə paylaş: |