İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


Musiqi ümumiləşdirmə metodu



Yüklə 0,81 Mb.
səhifə49/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   45   46   47   48   49   50   51   52   ...   70
1. Musiqi ümumiləşdirmə metodu.

2. İrəli getmə və geriyə qayıtma metodu.

3. Emosional dramaturji metod.

Musiqi ümumiləşdirmə metodu musiqi məşğələsinin aparıcı metodusayılır.Həmin metod məktəblilərdə musiqi sənətinə şüurlu münasibət yaranmasına istiqamətlənir, ona kömək edir. Eyni zamanda bu metod bədii təfəkkürün formalaşmasına da xidmət edir.Musiqi ümumiləşdirmə metodu şagirdlərin fəaliyyətini təşkil edə biləcək vasitələr cəmi kimi nəzərdən keçirilir.Burada əsas istiqamət şagirdlər tərəfindən mənimsənilən musiqi haqqında əsas bilik və baçarıqlarının alınmasına yönəlir.Təlimin şəraitindən asılı olaraq, metod musiqi dərsinin bütövlüklə təcrübədə tətbiqinə kömək edir.

Musiqi ümumiləşdirmə metodu ardıçıl şəkildə qurulan bir sıra tədbirlərdən ibarətdir.

1.Metodun birinci tədbiri məktəbliləri yeni mövzu ilə tanış edərkən və ya hər hansı mövzunun daha dərindən öyrənilməsi üçün zəruri olan məktəblilərin musiqi və həyat təcrübəsini daha da fəallaşdırılması məqsədini dəyişir.

2.Metodun ikinci tədbiri məktəbliləri yeni biliklərlə tanış etmək məqsədini güdür.

3.Metodun üçüncü tədbiri məktəblilərin müxtəlif təlim fəaliyyətlərində biliklərin möhkəmləndirilməsi ilə bağlıdır.Həmin metod vasitəsilə mənimsənilən yeni biliklərə əsaslanaraq, müstəqil və daha sərbəst şəkildə musiqi sənətinə bələd olmaları üçün qabiliyyətlərinin formalaşmasına istiqamətlənir. Musiqi ümumiləşdirmə metodu nəinki musiqi təliminin təşkiledicimetodu kimi, hətta təlim prosesinin şövqləndirici metodu knmn də nəzərdən keşirilməlidir.Metodun istifadə edilməsi məktəblilərin öz qabiliyyətlərinə inamlarını artirir,habelə onlara musiqini dərk etməyə və musiqi haqqında müstəqil düşünməyə kömək edir.Beləliklə,demək olar ki,musiqi ümumiləşdirmə metodu musiqi dərslərinə xas olan və musiqinin təlimi prosesini şövqləndirən aparıcı metoddur.Məktəblilərdə bədii təfəkkürün inkişafı üçün, onların oların musiqi sənətinə müstəqil şəkildə bələd olmayanvə musiqinin mənəvi-ideyalı estetik funksiyalılarının dərk edilməsində həmin metodun rolu əvəzolunmazdır. İrəli getmə və geri qayıtma metodu məktəblilərin şüurunda musiqi sənəti haqqında təəssürat yaratmaq üçün son dərəcədə zəruridir. Metodun reallaşması zamanı müəllim hər dəfə məhz konkret sinif üçün lüzumlu və faydalı olan irəli getmə və geri qayıtmalar variantlarını seçib tapmalıdır. Burada üç səviyyə üzrə əlaqələr izlənir.

1.Təlimin mərhələləri üzrə, siniflər üzrə əlaqələr;

2.Rüblərin mövzuları arasında olan əlaqələr;

3.Ayrı-ayrı musiqi əsərləri arasında olan əlaqələr.

İlkin mərhələdə, birinci sinifdə məktəblilərin şüurunda həyatla musiqini əlaqələndirmək bacarığını formalaşdırmalı, mahnı,rəqs və marş janırlarına arxalanaraq musiqini qavrama vərdişinin əsasını qoymaq lazımdır.Eyni zamanda məktəblilərmusiqinin xarakterini duymalı, onu təyin etməli və həmin musiqidə təsvirliyidə müəyyən etməlidirlər. Təlimin növbəti mərhələlərində alınmış biliklər möhkəmlənir, daha da genişlənir və dərinləşir.İkinci sinifdə həyatla musiqinin əlaqələri intonasiya, musiqinin quruluşu və inkişafı anlayışlarının əsasında daha da dərinləşir. Artıq dördüncü sinifdə xalq musiqisinin qavranılması nöqteyi – nəzərindən alınmış biliklərin yoxlanılması imkanı əldə edilir.

Rüblər arasında əlaqələr hər sinif üçün önəmlidir. Bütün mövzuların eyni səviyyədə qavranılmaması səbəbindən rüblər arası əlaqələr nəinki ayrı-ayrı mövzular,hətta bir sıra mövzuların arasında əlaqələr yaratmağa imkan verir.Həmin mövzular sıra bəndləri kimi öz aralarında əlaqə yaratmağa qadirdilər.

Musiqi əsərləri arasındakı əlaqələr isə,təlim prosesinin müxtəlif mərhələsində əsərin təkrarlanması artıq yeni qavrama nöqteyi – nəzərindən,qarşıya qoyulan konkret məsələlərin həlli ilə bağlı olur.Əsərin adi təkrarlanması ilə yeni mövzu nöqteyi-nəzərindən tanış materialın qavranılması əsasında prinsip etibarilə çoxböyük fərq olur.

Beləliklə irəli getmə və geri qayıtma metodu müəllimə məktəblilərin vahid, arasıkəsilməz musiqi mədəniyyətinə yiyələnmələriücün geniş imkanlar açır. Bu imkanlardan istifadə şəraiti məhz musiqi məşğələsi zamanı yaranır.

Emosional dramatuji metodu ilk növbədə məktəblilərin musiqiyə qarşı emosional münasibətinin formalaşmasına yönəldilir.Həmin metodun vasitəsilə musiqi məşğələlərində həvəs və canlımaraq atmosferi, ovqatı yaradılır.Metodun əsas vəzifəsi musiqi əsərlərində olan insanın gərcəkliyə qarşı emosional-mənəvi təcrübəsini mənimsəmməkdə məktəblilərə yardım göstərməkdən ibarətdir. Eyni zamanda bu metod məktəblilər tərəfindən musiqini dərk etməyə,musiqinin ifası prosesini daha da maraqlı və emosional olmasına şərait yaradır.

Musiqi dərsi iki əsas prinsip üzrə qurulmalıdır.

1.Emosional təzad prinsipi;

2.Dərsin emosional çalarının tədricən zənginləşməsi və inkişaf etdirilməsi prinsipi.

Burada qarşıya qoyulan əsas məsələ məktəblilərin musiqi vəümumi inkişafındakı fərqi və hər bir konqret şəraiti nəzərə alaraq müvafiq prinsipi işlətməkdir.Müəllim bu və ya digər prinsipi istifadə edərkən qabaqcadan düşünməlidir.

Proqram üzrə verilən dərs planına cavab verən münasib pedaqoji vasitə və üsullardan istifadə etmə qərarını məhz müəllim özü verir.Lazım gəldikdə dərsin qurulma prinsipi dəyişdirilə bilər.

Emosional dramaturji metod zəruri hallarda proqramda planlaşdırılmış dərsin gedişinin dəqiqləşdirilməsini mümkün edir. Burada dərsin başlanğıcı, davamı ən yüksək inkişaf zirvəsi olan kulminasiyası və tamamlanması vurğulanır. Bunlar məşğələnin kecirilməsi konkret şəraiti nəzərə almaqla gercəkləşməlidir.

Həmin metodun reallaşmasında müəllimn müstəsna rolunun vurğulanması olduqca önəmlidir.Musiqi fənninin məzmunu məktəblilərin şüurunda bilavasitə müəllimin şəxsiyyəti ilə əlaqədədir.

Musiqi dərslərində məktəbli fəaliyyətinin fəallaşdırılması üçün bir çox amillər böyük əhəmiyyət kəsb edir. Həmin amillərdən müəllim mülahizələr irəli sürdüyü zaman və musiqini ifa edərkən musiqiyə qapılmasını, dərsin konkret musiqi şəraiti ilə müəllimin müvafiq davranışının əlaqələnməsini xüsusi qeyd etmək lazımdır. Eyni zamanda müəllimin musiqi təsəvvürlərinin genişliyi, məktəblilər tərəfindən qavranılan və ifa edilən canlı musiqiyə də çox maraq göstərməyi və şagirdlərin əldə etdikləri uğurlarını düzgün və obyektiv qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin