İCTİMAİ BİRLİYİ Əlaqə: Kənan Qasımov İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis



Yüklə 3,96 Mb.
səhifə3/3
tarix10.01.2022
ölçüsü3,96 Mb.
#109952
1   2   3
Şikayətçilərin cinsi

Bakı

26 rüb

Gəncə

26 rüb

Lənkəran

26 rüb

Quba

26 rüb

Şəki

26 rüb

A

Kişi

68

36

68

92

88

B

Qadın

65

31

67

91

107

C

Şikayətlərin umumi sayı

133

67

135

183

195



Şikayətçilərin yaşı
Bütün mərkəzlərimizdə ən aktiv yaş qrupu orta yaşlı əhali hesab edilir. Bakıda və Qubada bir qədər yaşlı əhalinin də aktivliyi nəzərə çarpır.


Yaş qrupu

Bakı

26 rüb

Gəncə

26 rüb

Lənkəran

26 rüb

Quba

26 rüb

Şəki

26 rüb

A

< 20

0

0

0

7

7

B

20 – 35

4

14

24

49

42

C

35 – 50

70

32

66

56

78

D

50 – 65

53

21

39

51

20

E

65 +

2

0

0

13

13

F

Müəyyən deyil

4

0

6

7

35

G

Ümumi say

133

67

135

183

195


Müraci_ə_tl_ə_rin_ünvanlandığı_sah_ə_l_ə_r'>Müraciətçilərin coğrafi yerləşməsi
Layihənin ilkin həyata keçirilmə mərhələlərində hüquqi yardım əsasən şəhər əhalisinə edilirdisə, son dövrdə kənd əhalisi də prosesə cəlb olunub. Regional mərkəzlərin kənd yerlərində keçirdikləri mobil təlimlərin nəticəsində mərkəzlərimizə müraciət edən kənd əhalisinin sayında da nəzərə çarpacaq artım müşahidə olunur.

Müraciətlərin ünvanlandığı sahələr
Bu rüb ərzində mərkəzlər üzrə müraciətlərin ən çox ünvanlandığı sahələr müxtəlifdir. Amma şikayətlərin ünvanlandığı sahələri nəzərdən keçirərkən ən çox narahatçılıq doğuran sahələrin məhkəmə, pensiya və ünvanlı sosial yardım, icra orqanları, polis, bələdiyyə (əsasən regionlarda) və kommunal xidmət sahələri ilə bağlı olduğu diqqət çəkir. Məhkəmələrlə bağlı şikayətlər ümumi şikayətlərin 16%-ni təşkil edir. İkinci sırada polisdir. Polislə bağlı mərkızlərimizə müraciət vətəndaşlar ümumi şikayətlərin 7% -i həddindədir. Xüsusuilə Lənkəran mərkəzində polislə bağlı şikayətlər daha çoxdur. Quba mərkəzində də Polisin qanunsuz fəaliyyəti ilə bağlı şikayət edənlərin sayında çoxluq müşahidə olunur.

Bakı mərkəzinə edilən müraciətlərin arasında lisenziyaşladırma, qeydiyyat məsələləri çoxluq təşkil edir. Vətəndaşlar xüsusilə Əmlak Məsələləri üzrə dövlət komitəsindən şikayət edirlər.

Pensiya və ünvanlı sosial yardım sahəsindən edilən şikayətlərin sayı da əhəmiyyətli dərəcədə yüksəkdir. Xüsusən regionlarda bu sahədə xeyli şikayətlər qəbul olunur. Amma bununla belə o da vurğulanmalıdır ki, bu sahədən şikayət edən şəxslərin əksəriyyəti qanunvericilk normalarını tam bilmir və onlara verilməli olan imtiyazlar barəsində tam məlumatlı deyillər. Bununla belə maraqlıdır ki, şikayətləri müsbət həll olunan şikayətçilərin də çoxu məhz bu sahədəndir. Xüsusilə regionlarda fəaliyyət göstərən sosial müdafiə mərkəzləri, verilən şikayətlərə vaxtında baxıb onları həll etməkdə fəallıq nümayiş etdirirlər.

Ümumiyyətlə edilən müraciətlərə dövlət qurumları tərəfindən verilən cavablar qurumdan quruma fərqlənir. Beləki, son rüb ərzində təşkilat tərəfindən Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərenerji” ASC və Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilən müraciətlərə verilən cavablar daha qane edici və ətraflıdır. Bununla belə Əmlak Məsələləri üzrə dövlət komitəsi, Ədliyyə Nazirliyi tərəfindən verilən cavabların qanedicilik səviyyəsi yüksək deyil. Adları sadalanan qurumlar vətəndaş cəmiyyəti ilə əməkdaşlıq şəraitində çalışmağa səy göstərsələr də, əməli fəaliyyətin hiss edilməsi baxımından çatışmazlıqlar mövcuddur.


Müraciətlərin sahələr üzrə bölgüsü – 26 rüb (ümumi sayı – 713)

Müraciətlərin sahələr üzrə bölgüsü - layihə boyu (ümumi sayı –30,232)

2. MƏRKƏZLƏRİN FƏALİYYƏHAQQINDA MƏLUMAT

Geridə qalan rüb ərzində Şəffaflıq Azərbaycan təşkilatı bir neçə əhəmiyyətli tədbirlər keçirib.

1- Transparency İnternartional təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “İctimai Maraqların Qorunmasına Dəstək Layihəsi” çərçivəsində regionlarda maarifləndirmə və təlim proqramları keçirir. Artıq Gəncə, Quba, Lənkəran və Şəkidə vətəndaşlar və hökumət qurumları ilə tədbirlər təşkil olunub. Bu görüşlərdə korrupsiya problemi, onu doğunan səbəblər və korrupsiya ilə mübarizədə cəmiyyətin rolu müzakirə edilmişdir. Görüşlərədə ümimilkdə 200 nəfərdən artıq şəxs iştirak edib. Layihənin ikinci dövründə görüşlərin əsasən dövlət qurumları ilə keçirilməsi və əhali tərəfindən səsləndirilən narahatlıqların həmin qurumlara çatdırılması nəzərdə tutulur.

Şəkil 1. ƏƏSMN-nin Lənkəran Şöbəsi, Lənkəran şəhəri Şəkil 2. ƏƏSMN-nin Gəncə Mərkəzi, Gəncə Şəhəri


Şəkil3.Müəllimlər İnstitutunun Şəki filialı,Şəki şəh Şəkil 4. Qusar rayon Girik kəndi


2-“Internews Azərbaycan” İctimai Birliyi, Şəffaflıq Azərbaycan təşkilatı ilə birgə əməkdaşlıq etməklə “Medianın İnkişafı: Korrupsiya Əleyhinə Mübarizə” adlı layihənin icrasını həyata keçirir. Layihənin məqsədi cəmiyyətdə baş verən korrupsiya halları ilə bağlı ictimaiyyəti məlumatlandırmaq və vətəndaş cəmiyyəti orqanlarının korrupsiya ilə mübarizəsinə təkan verməkdir. Layihə çərçivəsində vətəndaş cəmiyyətinin, dövlət qurumlarının və medianın iştirakı ilə dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. İlk belə tədbir 9 Sentyabr 2011-ci il tarixində kommunal sahədə korrupsiya halları və onların aradan qaldırılması istiqamətində görülən fəaliyyətin qiymətləndirilməsi mövzusunda keçirilib. Tədbirin yekunu olaraq tövsiyyələr hazırlanaraq müvafiq dövlət qurumlarına göndərilib.


Yuxarıdakı şəkil: “Medianın İnkişafı: Korrupsiya Əleyhinə Mübarizə” layihəsi çərçivəsində keçirilən debat

3 – ALAC layihəsi çərçivəsində əhali və dövlət qurumları arasında korrupsiyaya qarşı mübarizə istiqamətində məlumatlılığı artırmaq məqsədi ilə maarifləndirici tədbirlər də həyata keçirilir. Ötən rüb ərzində Quba rayonunun Zərdabi kəndində və Gəncə şəhərində seminarlar keçirilmişdir. Tədbir zamanı vətəndaşlara korrupsiyaya qarşı mübarizə istiqmətində görülən işlər barədə məlumat verilmiş, vətəndaşlara hüquqları izah olunmuş, onların şikayətlərri dinlənilmiş və lazımı hüququ məsləhətlər verilmişdir.


Yuxarıdakı şəkillər: Quba rayonunun Zərdabi kəndində və Gəncə şəhərində keçirilən seminarlar
Şəffaflıq Azərbaycan”, ALAC və LRC layihəsi haqqında əlavə məlumat almaq üçün www.transparency.az internet səhifəsinə müraciət edə bilərsiniz. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və onun həyata keçirdiyi layihə ilə bağlı əlavə məlumat almaq üçün təşkilatın icraçı direktoru xanım Rəna Səfərəliyevadan müsahibə götürə bilərsiniz.



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin