İKİNCİ CİLD


İRƏLİ SÜRÜLƏN NƏZƏRİYYƏLƏR VƏ CAVABLAR



Yüklə 1,43 Mb.
səhifə6/30
tarix17.07.2018
ölçüsü1,43 Mb.
#56943
1   2   3   4   5   6   7   8   9   ...   30

İRƏLİ SÜRÜLƏN NƏZƏRİYYƏLƏR VƏ CAVABLAR

TƏLAQ AYƏSİ İLƏ MÜT᾽Ə HÖKMÜNÜN NƏSXİ


«[Ya Peyğəmbər!] övrətlərini badığın zaman onları gözləmə müddətlərində [heyzdən pak olduqdan sonra] bayın.» (Təlaq-1).

Ayəyə istinad edərək müt᾽ə hökmünün nəsx olunuduğunu hesab edir və müt᾽ə tərəfdarı olduğu bir halda bu nəzəriyyənin ilk dəfə İbni Abbas tərəfindən irəli sürüldüyünü iddia etmişlər.



Cavab:

Əgər müt᾽ə ayəsinin, təlaq ayəsi ilə nəsx olunma zərurəti təlaq verilmiş qadınlara verilmiş iddənin vacibliyindən irəli gəlsəydi, müvəqqəti evlənmək üçün saxlanınlan iddə təlaq iddəsindən az olduğu hər iki hökm bir-birindən tamamilə fərqlənərdi. Yalnız belə bir halda deyə bilərik ki, təlaq iddəsi ilə əlaqəsi olduğu üçün nəsx olunmuşdur. İrəli sürülən dəlilə veriləcək dəlil artıq bəllidir. Çünki nə bu və nə də digər ayələr qadınların iddə müddətinin eyni olmasına dəlalət etmir və bunun eyni olmasına evlilik dövründə saxlanılan iddə müddətinin digər iddələrdən az olmasına – onun nəsx etməsinə – dəlil hesab edə bilmərik.

Bə᾽zən də müt᾽ə ayəsinin, təlaq ayəsi ilə nəsx olunmasını qadınlara aid olan təlaq hökmünün qüvvəyə minməsinə dəlil gətirilir. Bir halda ki, müt᾽ədə qadınlara təlaq verilmir, gətirilən növbəti dəlilin cavabında deyə bilərik ki, ayədə təlaq hökmü verilsə də, müvəqqəti evlənmədə mövcud olmayan təlaq hökmünü nəsx edəcək heç bir xüsusiyyətə malik deyildir.

«Təfsirul-minarın» müəllifi bə᾽zi müfəssirlərdən nəql etdiyi hədis və rəvayətlərdə şiə məzhəbinin iddəyə heç bir əhəmiyyət vermədiklərinə işarə edir.

İlahi! Sənin şahid olmağın kifayət edər ki, bütün bunlar şiə məzhəbinə qarşı uydurulmuş əsassız yalan və iftiralardır!

İddənin əhəmiyyətsiz olduğuna dair şiə alimlərindən bir nəfər də olsun belə, fikir irəli sürmədiyi bir halda bunu bütün məzhəbə şamil etmək nə qədər haqq və ədalətdən kənardır!?

Lakin haqq öz yerini tapacaq və bu nəzəriyyələrin nə qədər əsassız olduğu hamıya bəlli olacaqdır.

MÜT᾽Ə AYƏSİNİN İRS AYƏSİ İLƏ NƏSXİ


İrəli sürülmüş nəzəriyyələrdən biri də müt᾽ə ayəsinin irs ayəsi ilə nəsx olunması ilə əlaqədardır.

Ayədə deyilir:



«Ey kişilər! Əgər [vəfat etmiş] arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yetirildikdən sonra və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir.»

Mut᾽ə ayəsinin bu ayə ilə nəsx olunduğu haqda deyilir: «Ayə, irs ayəsi olduğu üçün kişi ilə qadın arasında olan vərəsəlik hüququnu sabit və eyni zamanda müvəqqəti evlənmə də kişi ilə qadının vərəsəlik hüququna malik olmadıqlarını bəyan edir. Demək müvəqqəti evlənmədə [daimi evlənmədə olduğu kimi] ər və qadın arasında olan səmimi münasibətlər müşahidə olunmur. Və əgər belə bir səmimi münasibət nəzərə çarpsaydı, irs ayəsinə əsasən vərəsəlik hüququna malik olardılar. Belə nəticəyə gəlirik ki, irs ayəsi, müt᾽ə ayəsini nəsx etməmiş və hökm hal hazırda da qüvvədə qalmaqdadır.

Səid ibni Musəyb, Salim ibni Abdullah və Qasim ibni Əbil Bəsr ilə əlaqələndirilən müt᾽ə ayəsinin irs ayəsi ilə nəsx olunma nəzəriyyəsi bundan ibarətdir.

2. MÜT᾽Ə AYƏSİNİN İRS [VƏRƏSƏLİK] AYƏSİ İLƏ NƏSXİ


Müt᾽ə ayəsinin nəsx olunmasına dair verilən ikinci ehtimal onun irs [vərəsəlik] ayəsi ilə nəsx olmasıdır. Nisa surəsinin 12-ci ayəsində deyilir:

(Vələkum ma tərəkə əzvacəkum).



«Ey kişilər! Əgər [vəfat etmiş] arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən sonra və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir.»

Müt᾽ə ayəsinin yuxarıda qeyd olunan ayə ilə nəsx olunması haqda deyilir:

Ayə, nəxs ayəsi olduğu üçün ərlə arvad arasında vərəsəlik hüquqlarını tə᾽yin edir. Müvəqqəti evlənmədə isə nə kişi, nə də qadın vərəsəlik hüququna malik olmurlar. Bu səbəbdən də müvəqqəti evlənmədə ər və arvad arasında normal əlaqə bərqərar olunmayır. Əgər belə bir əlaqə bərqərar olunmuş olsaydı, vərəsəlik ayəsinə əsasən vərəsəlik huququna malik olardılar. Bütün bunları nəzərə alıb deməliyik ki, irs ayəsi, müt᾽ə ayəsini nəsx etmiş və nəticədə hökm əvəz olmuşdur.

Bu nəzəriyyənin Səid ibni Musəyb və Salim ibni Abdulla və Qasim ibni Əbu Bəkr tərəfindən irəli sürüldüyü göstərilir.



Cavab:

Ərlə arvadın vərəsəlik hüququndan məhrum olmaları tək müvəqqəti evlənməyə (müt᾽əyə) aid deyildir. Belə ki, digər hallarda da ərlə arvad vərəsəlik hüququndan məhrum ola bilərlər və müvəqqəti evlənmənin onlardan biri olması heç də qeyri-adi hal deyildir. Məsələn ər və ya arvaddan bir kafir və ya biri digərinin qatili olarsa, onlar heç bir vərəsəlik hüququna malik olmazlar. Belə bir nəticəyə gəlmək olar ki, ərlə arvad yalnız daimi evlənmədə vərəsəlik hüququna malik olurlar.


3. PEYĞƏMBƏRDƏN (S) NƏQL OLUNMUŞ RƏVAYƏTLƏ MÜT᾽Ə AYƏSİNİN NƏSXİ


Müt᾽ə ayəsinin nəsx olunmasına dair verilən üçüncü ehtimal Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdir. Əhli sünnə rəvayətlərində deyilir: Əli (ə) İbni Abbasa e᾽tiraz edərək deyir: Açıq-aşkar yolunu azmısan. Çünki, Peyğəmbərin (s) Xeybər döyüşündə haram etdiyi müt᾽ə və əhilləşdirilmiş ulağ ətini yeməyi halal hesab edirsən.

Rəbi᾽ ibni Siyrə atasından nəql etdiyi rəvayətdə deyir: «Günlərin bir günündə Peyğəmbər (s) Kə᾽bənin qapısı ağzında durub orada olanlara müraciət edərək buyurdu: Camaat! Mən sizə müvəqqəti evlənməyə icazə vermişdim, Allah-taala bunu sizə haram edir və sizə əmr edir ki, onlara talaq verin, amma verdiklərinizi geri almayasınız.

Səlmə atasından nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), Ovtas döyüşündə üç gün müsəlmanlara müvəqqəti evlənməyə icazə verdi. Lakin sonra bunu onlara yasaq etdi.

Cavab:

Bu rəvayətləri bir neçə səbəbdən müt᾽ə ayəsini nəsx etməkdə əsassız hesab edə bilərik.

1) Əvvəlki fəsillərdə Qur᾽anın vahid xəbərlə isbat olunmadığına dəfələrlə işarə etdik;

2) Bu rəvayətlər Əhli-beyt (ə) tərəfindən müt᾽ənin halal olduğuna dair nəql olunmuş bir neçə mütəvatir rəvayətlərlə ziddiyyət təşkil edir;

3) Peyğəmbərin (s) həyatının yalnız müəyyən dövründə [müt᾽ənin] haram olması ayənin nəsx olunması üçün kifayət etməyir. Çünki bəlkə də «müt᾽ə» ayəsi nazil olmazdan əvvəl islamda müvəqqəti evlənmə olmuşdur. Belə ki, əhli sünnə rəvayətlərinin bir çoxunda göstərilir ki, «müt᾽ə» ayəsi Peyğəmbər (s) ömrünün son illərində nazil olmuşdur və bu hökm Ömərin xilafəti dövründə bir neçə il qüvvədə olmuş və sonralar xəlifənin özü tərəfindən yasaq edilmişdir.

Demək, bu rəvayətlərin əksinə nəql olunmuş hər bir rəvayət batil və əsassızdır.

Mətləbi daha da işıqlandırmaq üçün bu məzmunda nəql olunmuş bir neçə başqa rəvayətə işarə edirik:

1. Əbu Zubeyr nəql etdiyi rəvayətdə deyir: Cabir ibni Abdullahdan bu sözləri eşitdim: Peyğəmbərin (s) zamanında və Əbu Bəkrin xilafəti dövründə bir ovuc xurma və ya unla qadınlarla bir neçə günlük müt᾽ə edərdik. Ömər özünün xilafət dövründə, Əmr ibni Hərisin əhvalatından sonra müt᾽əni yasaq etdi.9

2. Əbu Nəzrə deyir: Cabir ibni Abdullahın yanında idik. Bu zaman otağa bir şəxs daxil olub dedi: Elə indicə Abdullah ibni Abbas və Abdullah ibni Cubeyr həcc müt᾽əsi və qadınlarla müvəqqəti evlənmə barədə bir-birləri ilə mübahisə edirlər. Cabir cavab verərək dedi: Bəli biz hər ikimiz Peyğəmbərin (s) zamanında qadınlarla müt᾽ə edərdik, Ömər xilafətə keçdikdən sonra bunu yasaq etdi və biz ondan sonra onun yanına qayıtmadıq.10

3. Əbu Nəzr başqa bir rəvayətdə Cabirdən nəql edərək deyir: Peyğəmbərin (s) zamanında iki müt᾽ə növü (həcc müt᾽əsi və adi müt᾽ə) var idi və biz o zamanlar onlara əməl edirdik. Lakin Ömər xilafətə keçdikdən sonra bunu yasaq etdi və biz də onun qadağalarına tabe olmalı olduq.11

4. Əbu Nəzr yenə də Cabir ibni Abdullahdan nəql edərək deyir: Biz Peyğəməbrin (s) zamanında həcc və adi müt᾽əyə əməl edərdik. Ömər xilafətə keçdikdən sonra bunu bizə yasaq etdi və biz də ona tabe olduq.

5. Əbu Nəzr deyir: Cabirə dedim: Abdullah ibni Zubeyr müt᾽ənin yasaq İbni Abbas isə bunun halal olduğunu deyir. Cabir dedi: Xəbəri öz sahibinə çatdırın, bəli biz Peyğəmbərin (s) zamanında və Əbu Bəkrin xilafəti dövründə müt᾽ə edərdik. Lakin Ömər xilafətə çatdıqdan sonra öz xütbələrinin birində dedi: Camaat! Peyğəmbər həmən Peyğəmbərdir, Qur᾽an da həmən Qur᾽an. Lakin Peyğəmbərin (s) zamanında olan müt᾽əni (həcc və adi müt᾽əni) mən sizə yasaq edirəm. Hər kim buna əməl edərsə daşqalaq olunaraq cəzalandırılacaqdır.

6. Əta nəql etdiyi rəvayətdə deyir: Cabir ibni Abdullah ümrə ziyarətindən qayıtmışdı. Görmək üçün evinə getdik. Camaat ondan müxtəlif mövzular haqqında sual verir, o da təmkinlə onların hər birinə ayrı-ayrılıqda cavab verirdi. Söhbət müt᾽əyə gəldikdə Cabir dedi: Bəli! Biz Peyğəmbərin (s) zamanında və Əbu Bəkrin xilafəti dövründə buna əməl edirdik, lakin Ömər bunu bizə yasaq etdi.

Bu rəvayəti Əhməd ibni Hənbəl də özünün «Musnəd» adlı kitabında nəql etmişdir. O, rəvayətin sonuna bu cümləni əlavə etmişdir: «Hətta iza kanə fi axiri xilafəti Ömər» – Yə᾽ni, nəhayət Ömərin xilafətinin sonu gəlib çatdı.

7. Əmran ibni Hüseyn nəql etdiyi rəvayətdə deyir: Müt᾽ə hökmü Qur᾽anda nazil olmuş, Peyğəmbərin (s) zamanında ona əməl olunmuş və bu hökm başqa bir ayə ilə nəsx olunmamışdır. Peyğəmbər (s) bunu ömrünün sonunadək müsəlmanlara yasaq etməmişdir.

Fəxri Razi də bu rəvayəti Mut᾽ə ayəsinin təfsirini verərkən nəql etdikdən sonra deyir: Sonralar buna dair istədiyi kimi fitva verdi.

8. Abdullah ibni Məs᾽ud nəql etdiyi rəvayətdə deyir: Peyğəmbərlə (s) getdiyimiz döyüşlərin birində qadınlarımız bizimlə deyildilər. Peyğəmbərin (s) yanına gəlib dedik: Ya Rəsulullah! İcazə verirsinizmi özümüzü əxtə edək? Peyğəmbər (s) bunu bizə qadağan edib, paltarlarımızdan onlara mehriyyə verməklə [ətraf məntəqələrdə yaşayan] qadınlarla müvəqqəti olaraq evlənməyə icazə verdi. İbni Məs᾽ud sonra bu ayəni oxudu:

(Ya əyyuhəlləzinə amənu la tuhərrimu ma əhləlləllahu ləkum və la tə᾽tədu innəllahə la yuhubbul mu᾽tədin).



«Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri [özünüzə] haram etməyin və həddi də aşmayın. Doğrudan da Allah həddi aşanları sevməz.» (Maidə-81).

Diqqət yetirmək lazımdır ki, İbni Məs᾽udun bu ayəyə istinad etməsi bir daha buna dəlalət edir ki, müt᾽ənin haramlığına dair Allah və Onun Peyğəmbəri tərəfindən heç bir hökm verilməmişdir. Demək, belə bir hökm Peyğəmbərdən (s) sonra sonrakı xəlifələr tərəfindən verilmişdir.

9. Şə᾽bi deyir: Həkəm ibni Əyniyyədən müt᾽ə ayəsinin nəsx olub olmadığı haqda soruşdum. Cavab verdi: Xeyr! Nəsx olmamışdır. Həkəm əlavə edərək deyir: Əli (ə) buyurur: «Ömər müt᾽əni haram etməsəydi «bədbəxt» və səfeh şəxslərdən savayı kimsə ziyan etməzdi.»

Əli (ə)-dan nəql olunmuş bu rəvayətdə Qurtəbi də öz təfsirində Əta və İbni Abbasdan nəql etmişdir.



Müəllif:

Bəlkə də «bədbəxt» [və səfeh] deyildikdə Əbu Hüreyrədən nəql olunmuş rəvayətdə ona verilən təfsirdir. O, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: Cəhənnəmə yalnız bədbəxt və səfehlər daxil olarlar. Peyğəmbərdən (s) onların kim olduqlarını soruşduqda buyurdu: Onlar o kəslərdirlər ki, nə Allaha itaət edər, nə də günahlarından çəkinər.12

Əta deyir: İbni Abbasdan bu sözləri eşitdim. Allah Ömərə rəhm etsin. Müt᾽ə, Məhəmmədin (s) ümməti üçün bir ne᾽mət idi. Əgər Ömər camaata bunu yasaq etməsəydi, bə᾽ziləri istisna olmaqla kimsə zina etməzdi.13

Müt᾽ə hökmünün Qur᾽an ayələri ilə nəsx olunmadığı haqda əhli sünnə mənbələrində nəql olunmuş rəvayətlərin bir qismi ilə tanış oldunuz.



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin