İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


İnsanın əməllərində zəif nöqtələr



Yüklə 391,59 Kb.
səhifə70/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   66   67   68   69   70   71   72   73   ...   226
İnsanın əməllərində zəif nöqtələr

Başqa bir məsələ budur ki, onlar sözügedən duaların arasında mənəvi cəhətdən zəif nöqtələri bizə öyrədirlər, bu nöqtələrdən vurulub təhlükəyə düşə biləcəyimizi xatırladırlar. Şərafətli Əbu Həmzə duasında buyurur ki, İlahi, mənim tərəfimdən görülən işləri riyasız et, onun-bunun görməsi üçün olmasın, ağız-ağız gəzməsi üçün olmasın, camaatın “xəbəriniz var filankəs necə yaxşı iş gördü, necə yaxşı ibadət etdi?” deməsi üçün olmasın, lovğalıq və qürur üçün olmasın. Çünki insan bəzi işləri lovğalıq və qürur üzündən görür. Özü ilə öyünüb deyir ki, bəli, bu işi görən biz idik. Bunlar olmasın. Bunlar zəif nöqtələrdir. İnsan çoxlu işlər görür, lakin azca riya ilə o işləri hədər verir, tüstü kimi havaya sovurur. Məsumlar bizə xəbərdarlıq edib buyururlar ki, ehtiyatlı olun belə olmasın.

Deməli, ikinci məsələ budur ki, bu dualarda çoxlu bilgilər yatmışdır. Misal üçün, Kumeyl duasının əvvələrində hamımız belə oxuyuruq: “İlahi! Mənim həya pərdələrini yırtan günahlarımı bağışla! İlahi! Mənim əzab göndərən günahlarımı bağışla! İlahi! Mənim nemətləri dəyişdirən günahlarımı bağışla!“ Pərdələri yırtan günahlar vardır, insana Allah bəlasını endirən günahlar vardır, insanlardan nemətləri alan günahlar vardır. “İlahi! Mənim duanı həbs edən günahlarımı bağışla!”1 Elə günahlar da var ki, duanı həbs edir.

Allaha sığınırıq. İnsan elə günaha düçar ola bilər ki, nə qədər dua etsə də, təsirsiz və faydasız olar. Duanın təsirsiz olması haradan bilinir? Bu zaman dua halı insandan alınır.

Bu barədə böyük bir şəxsiyyətdən bir söz nəql etmişlər. Hədisin məsum, yoxsa qeyri-məsum bir şəxsin sözü olmasını bilmirəm. İstənilən halda hikmətamiz bir ifadədir. Deyir ki, mən duanın qəbul olunmasından daha çox onun özünün məndən alınmasından qorxuram.

Bəzən dua halı insandan alınır. Bu, pis əlamətdir. Əgər dua zamanı, yalvarış zamanı, diqqət və yaxınlaşmaq zamanı duaya həvəs və hövsələmiz olmursa, bu, yaxşı əlamət deyil. Lakin onu düzəltmək olar. İnsan diqqətlə, ciddi şəkildə yalvarmaqla və istəməklə Allahdan dua halını ala bilər. Buna əsasən, Kumeyl duasında da bilgilərin olduğunu gördük. Bu da ikinci məsələ.

Duada üçüncü və sonuncu məsələ isə duanın əsas cəhətidir. O nədir? Rəbbin qarşısında kiçilmək. Duanın əsas cəhəti budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”.2 Çünki duada Rəbbə mütləq bağlılıqdan və onun qarşısında kiçilməkdən ibarət olan bir vəziyyət var. İbadətin əsas cəhəti də budur. Məhz buna görə "Rəbbiniz buyurdu: “Məni çağırın, sizə cavab verim!" ayəsinin davamında buyurur: "Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar zəlil halda cəhənnəmə girəcəklər!"3 Duanın əsas cəhəti budur ki, insan Allah-Taala qarşısında özünü yalançı bəşər qürurundan endirsin. Duanın əsas cəhəti Rəbbin qarşısında kiçilməkdir.

Mənim əzizlərim! Siz istər öz ətrafınızda, istər ölkənizdə, istər bütün dünyada olan pislik və fəsadlara diqqətlə baxdıqda o pisliyin və fəsadların kökünün və qaynağının mənəmlikdən, təkəbbürlülükdən, hegemonluqdan və insani qürurdan ibarət olduğunu müşahidə edəcəksiniz. Dua bunu sındırmalıdır.

Tehranın cümə namazı xütbələrindən: 1995.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin