İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə39/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   127

otuzuncu dərs




QIZILI (NADİR) FÜRSƏTLƏR




«Əzm və iradə uzaqgörənlikdəndir. Süstlük fürsətin əldən verilməsi səbəblərindəndir. Hər axtaran tapası deyil. Hər müsafir geri dönməz. Azuqəni zay etmək də bir zərərdir. Hər bir işin sonu var. Çox olsun ki, kiçik bir xeyir onun çoxundan üstün olsun. Qədərsiz köməkçi faydasızdır. Üzrün (düzəldiləsi səhvin) varsa, gecədən keçməyə qoyma. Helmə üstünlük verən böyük oldu. Anlamaq ardınca gedən elmini artırdı. Xeyir əhli ilə görüş qəlbi abad edər. Zaman atı (miniyi) sənə ram ikən ondan istifadə et.»1

Bə’zən insan gələcəkdə daha yaxın fürsətlərin olacağını güman edərək əlindəki fürsəti itirir. Adətən, belə hallarda yubanmaq, işi tə’xirə salmaq Allah-təalanın ne’mətlərinin əldən çıxmasına səbəb olur. Şeytan daim vəsvəsə edir ki, «qorxma, gec olmaz, gələcəkdə daha geniş imkanların olacaq, bu işi daha yaxşı şəkildə görə bilərsən» və s. Əmirəl-mö’minin Əli (ə) insanı şeytanın bu hiyləsindən qurtarmaq üçün xəbərdarlıq edir ki, işi tə’xirə salıb səbr etmək heç də həmişə faydalı olmur. Əksinə, bə’zən ehtiyat tələb edir ki, insan öz işlərini sür’ətlə yerinə yetirsin. Çünki gələcəkdə belə bir fürsət ələ düşməyə də bilər. «Əzm və iradə uzaqgörənlikdəndir». Uzaqgörənlik və ehtiyat heç də həmişə tələb etmir ki, iş tə’xirə salınsın. Olsun ki, bə’zən işi sür’ətlə görmək daha faydalı olur. İşin tə’xirə salınması heç də həmişə xeyirli deyil. İşi yalnız o zaman tə’xirə salmaq olar ki, gələcəkdə daha münasib fürsətin ələ düşəcəyinə əminlik olsun.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin