İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə97/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   127

QARUNSAYAĞI TİCARƏT


Allah-təala Qaruna elə bir sərvət vermişdi ki, bir dəstə güclü adam bu xəzinələrin açarlarını çətinliklə gəzdirirdi. O zaman isə əmanətləri yerləşdirmək üçün banklar yox idi. İnsanlar öz sərvətlərini məxfi xəzinələrdə yerləşdirərdilər. Bu xəzinələrin qapısında ağır qıfıllar asılardı. İnsanlar öz sərvətlərini quldurlardan bu yolla qoruyardılar. Qarunun isə sərvəti o qədər böyük idi ki, onun yerləşdiyi xəzinələrin açarlarını daşımaq çətin bir iş olmuşdu. Təbii ki, sərvət böyükdürsə, onu çoxsaylı xəzinələrdə yerləşdirmək lazım gəlir. Çoxsaylı xəzinələrin isə çoxsaylı açarları olur. Bəli, Qarun həmin dövrün ən böyük sərmayədarı idi və onun xəzinələrinin açarlarını ən güclü adamlar çətinliklə gəzdirərdilər. Mö’minlər Qarunu nəsihət etdilər: 1. Ona dedilər ki, çox məst və məğrur olma; dünya malından sərməst olanlar hər şeyi unudurlar; şübhəsiz ki, Allah-təala da onları dost tutmur. Qarun şadlandığı üçün yox, dünya malına görə şadlandığı üçün məzəmmət olunur. Qarunun məstliyi və məğrurluğu onun sərvətinin çoxluğundan doğur. Aydındır ki, dünya malından yaranan qürur Allahın əmri ilə nəticəsiz qalasıdır. 2. Onların ikinci nəsihəti bu oldu ki, Allahın sənə verdiyi ne’mətlərdən axirətə çatmaq üçün istifadə et, bu sərvətin köməyi ilə öz axirət sarayını ucalt. 3. Onların digər bir tapşırığı bu oldu ki, dünyadan götürməli olduğun bəhrəni unutma.2

Bə’zi təfsirçilər buyururlar ki, mö’min insanlar Qaruna ilk nəsihət olaraq «axirət haqqında düşün» dedilər. Amma axirət işlərində ifrata varılaraq, dünyanın unudulması üçün xatırlatdılar ki, dünyadan götürəcəyin faydanı unutma. Axirət haqqında düşünmək o demək deyil ki, dünyaya arxa çevrilsin. İnsan dünya həyatından faydalanmalı, onun ləzzətlərini dadmalıdır. Bir şərtlə ki, axirət həyatı unudulmasın.

Bir qrup təfsirçi isə son cümlədə dünya həyatının tamam unudulmaması məsələsinin önə çəkildiyini bildirir. Yə’ni dünya həyatını unutma, amma əsil məqsədin axirət olsun.

Başqa bir qrup təfsirçi bildirir ki, ayələrdə Qarunun nəzərinə çatdırılan dünya ne’mətlərindən axirət üçün istifadə edilməsidir. Yə’ni insan dünyadan faydalanmalı, ondan əbədi axirətə çatmaq üçün istifadə etməlidir. Əks təqdirdə, bu dünya ləzzətlərindən heç biri əldə qalası deyil.

«Allahın sənə verdiyindən özünə axirət qazan, dünyadakı qismətini də unutma» ayəsi haqqında təfsirçilərin rə’ylərindən sonuncu rə’y daha münasib görünür. Çünki Qarun dünya ləzzətlərindən faydalanmağı heç vaxt unutmurdu. Onun bütün sə’yləri bu ləzzətlərin əldə olunmasına yönəlmişdi. Qarunun unutduğu axirət həyatı idi. Bu səbəbdən də axirət həyatının ona xatırladılması yerinə düşür. Demək, Qarunun nəzərinə çatdırılır ki, dünya ne’mətlərindən öz axirəti üçün sərf etməyi unutmasın. İbadət qüvvəsi əldə etmək, axirət səadətindən məhrum olmamaq üçün bu ne’mətlərdən faydalanmaq lazımdır.

Həzrətin (ə) «həqiqətən, dünya həyatından faydan odur ki, öz axirət evini abad edəsən» buyuruğu uyğun ayə haqqındakı son təfsirlə uyuşur. Yə’ni dünyanın faydası odur ki, onun vasitəsi ilə öz axirətimizi abad edək. Bununçün də ayədə buyurulur ki, dünya həyatından qismətimizi unutmayaq. Qarun məhz belə bir faydanı unutmuşdu və bu məsələnin ona xatırladılması zəruri idi.

Qeyd olunduğu kimi, uyğun buyuruq bir növ həmin ayənin təfsiridir. Bəli, başqa təfsirlər də mövcuddur, amma son təfsir daha məntiqəuyğundur. Çünki bu təfsir Həzrət Əlinin (ə) kəlamı ilə də uyuşur. Həm uyğun ayənin, həm də Həzrətin (ə) buyuruğunun əsas qayəsi dünyadan axirət üçün faydalanması məsələsidir. Dünyadan istənilən bir başqa məqsədlə istifadə olunduqda insan zərərə düşür. Dünyadan yalnız dünyaları üçün faydalananlar böyük bir sərmayəni əldən çıxarırlar. Bu sərmayə yalnız axirət məqsədi ilə istifadə olunduqda xeyir gətirir. Yalnız əbədi hədəflər üçün istifadə olunan ne’mətlər faydalıdır.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin