İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


İLAHİ BAXIMDAN DÜNYA HƏYATININ MAHİYYƏTİ



Yüklə 3,86 Mb.
səhifə95/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   127

İLAHİ BAXIMDAN DÜNYA HƏYATININ MAHİYYƏTİ


Bu iki baxış arasındakı ixtilafın əsasını onların dünya həyatına münasibəti təşkil edir. Bir baxışa görə, başlanğıc da, son da bu dünyadadır. Amma Qur’ani-kərimdə bildirilir ki, insanın dünya həyatı ana bətnində körpənin həyatı kimidir. İnsan başqa bir dünyaya çatmaq üçün bir müddət bu dünyada yaşamalı və yalnız sonra ikinci həyata qədəm qoymalıdır. Bətndəki körpə də belədir. O, bir müddət ananın bətnində qalır, inkişaf etdikdən sonra bu dünyaya qədəm qoyur. Dünyadakı insanın bətndəki körpədən fərqi onun azad, körpənin isə məcbur olmasıdır. Körpə heç bir vəzifə daşımadığı halda, insanın bir sıra vəzifələri mövcuddur. O, kamilləşmə yolunda çalışmalı, sonra ikinci dünyaya qədəm qoymalıdır. Əslində bizim həyatımız elə buradan başlanır. Çünki dünyanı məhdud bilənlər axirət dünyasına qədəm qoyduqda: «Kaş ki, mən həyatım üçün əvvəlcədən yaxşı əməllər edəydim»1. Maraqlıdır ki, mübarək ayədə Allah-təala məhz axirət həyatını «həyat» adlandırır. Başqa bir ayədə oxuyuruq: «Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır, kaş biləydilər!»1 Bəli, həqiqi həyat yalnız axirət həyatıdır.

Beləcə, bu dünyanı həyat adlandırmağımız düzgün deyil. Bura həyat yox, sadəcə, «darül-ğürur»dur. Bəli, Allah-təalanın, Həzrət Peyğəmbərin (s), mə’sum imamların (ə) baxışı ilə bu günkü baxış arasındakı əsas fərq həmin bu nöqtədədir. Onlar həqiqi həyat axirət dünyasını hesab edirlər. Bə’ziləri isə məhz bu dünyanı həyat adlandırır. Bə’ziləri elə düşünürlər ki, bu dünya həyatından sonra ölüm və yoxluq gəlir. İlahi kəlamlar isə bunun əksini bildirir. Dünya həyatı bir göz qırpımı kimi anidir. Bu dünyada məqsəd tərəqqi olmalıdır. Axirət həyatı isə həqiqi və əbədi həyatdır. Dünya həyatını axirət həyatına giriş saymaq daha düzgün olar.

Əgər bu həqiqətləri dərk edib, iman gətirsək, rəftarlarımız kökündən dəyişər. İnsanın dünyaya münasibətdə təsəvvürü dəyişdikcə onun istəkləri də dəyişir. Beləcə, insanın rəftar və əməllərində də dəyişikliklər baş verir. Hətta bu əməllərin kəmiyyət və keyfiyyəti də əvvəlki kimi qalmır. Amma baxışlarımız Allah buyuruqlarına uyğun olmasa, bütün arzu-istəklərimiz, əməl-rəftarlarımız o biri baxışa uyğunlaşasıdır. Dünyaya baxışın əməl və rəftarlara tə’sirini nəzərə alaraq, tövsiyyə olunur ki, dünya və axirətin həqiqi dəyərinə diqqətli olaq. Dünyanın və axirətin mahiyyətini dərk edin və onların hər biri üçün dəyəri qədərində çalışın. Təəssüf ki, əksəriyyət bu mahiyyətləri dərk etdikdən sonra belə əməl və rəftarlarını dəyişə bilmirlər. Yuxudan oyanan kimi maddiyyat haqqında düşünməyə başlayırıq. Əgər Allahın lütfü, İslamın bərəkəti, ata-anaların sə’yi nəticəsində sübhlər Allahı xatırlamaqla yuxudan oyansaq, namaz qılsaq, yalnız həmin bir neçə dəqiqəni axirət həyatı haqqında düşünə bilirik. Elə ki iki rək’ət sübh namazı başa çatdı, növbəti namazadək dünyanın ardınca qaçırıq. İslami tərbiyə alanlar belə edirsə, bu tərbiyədən məhrum olanlardan bir şey gözləməyə dəyməz.

Əgər bir qədər düşünsək, təsdiq edərik ki, bu günkündən yaxşı ola bilərik. Həyatda gördüyümüz bütün işləri daha keyfiyyətli yerinə yetirmək olar. İstər təhsil, istər ruzi əldə edilməsində işimizə ilahi rəng versək, həm dünya işlərimiz gedər, həm də axirət səadətindən məhrum olmarıq. Qur’ani-kərimdə buyurulur: «O ancaq ən uca olan Rəbbinin razılığını qazanmaq üçün belə edər. And olsun ki, o, Rəbbindən razı qalacaqdır».1 Başqa bir ayədə oxuyuruq: «Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə böyük mükafat verəcəyik».2 Çoxsahəli fəaliyyətlərimizdə Allahı razı salmaq niyyəti həmin fəaliyyətlərimizi gücləndirəsidir. Dünya və axirət əməli arasında yalnız niyyət fərqi var. İnsanın dünyaya baxışı dəyişdikdə onun məqsədləri də dəyişir, nəticədə, görülən işlərin niyyəti əvəz olunur. Yə’ni dünyadakı eyni fəaliyyətlərimizi ilahi niyyətlə yerinə yetirib, axirət səadətimizi əldə edə bilərik.

Demək, əvvəlcə dünyaya və insana münasibətimiz dəyişməlidir. İkinci pillədə inanmalıyıq ki, bu dünya həyatı axirət həyatının müqəddiməsidir. Bu dünya olduqca geniş bir aləmə aparan bətn kimidir. «Rəbbinizin mərhəmətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin».3

Deyilənlərdən dünya və axirətin tanınma zərurəti və bu mövzuların tez-tez təkrarlanma səbəbi aydın oldu. Söhbətlərdən mə’lum oldu ki, uyğun təkrarlar yersiz deyil. Bu baxışın tə’sir dairəsinin genişliyi və bütün sahələrdə dərin nüfuzu onun təkrar-təkrar nəzərə çatdırılmasını tələb edir. Ona görə də Əmirəl-mö’minin (ə) öz vəsiyyətnaməsinin bir fəslini bu mövzuya həsr etmişdir. Bir çox məktub və xütbələrində olduğu kimi, bu vəsiyyətnamədə də şərh etmişdir ki, dünya nədir və insan nə üçün yaradılmışdır: «Həqiqətən, dünya həyatından faydan odur ki, öz axirət evini abad edəsən». Bu dünya ne’mətlərindən yalnız axirət həyatın üçün istifadə edəcəklərin faydalıdır. Amma yalnız dünya həyatın üçün istifadə etdiklərin puç olub gedəsidir. Dünya ləzzətləri üçün istifadə etdiklərini haram yolla əldə etmiş olsan, axirət cəzası da labüddür. Dünya həyatını qurmaqdan ötrü dini hökmləri ayaq altına alsan, şübhəsiz ki, həmin ötəri ləzzətlərin sənə ağrısı qalacaq.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin