İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə19/23
tarix23.10.2017
ölçüsü3,86 Mb.
#11747
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

otuz doqquzuncu dərs




TARİXİN DƏRSLƏRİ (1)




«Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar. Çünki işlər bir-birlərinin oxşarıdır. Ne’mət sahibinə naşükür olma. Ne’mətə qarşı naşükürlük ən çirkin küfrdür. Üzrü qəbul edən ol».1

KEÇMİŞ GƏLƏCƏYİN YOLUNDA İŞIQDIR


Əmirəl-mö’minin Əli (ə) imam Həsənə (ə) vəsiyyətnaməsinin belə bir cümləsinə çatdıq: «Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar». Yə’ni keçmişdə baş vermiş hadisələri gələcək üçün işıq bil. Sonra isə buyurulur: «Çünki işlər bir-birlərinin oxşarıdır». Həzrətin (ə) bu cümləsi elmi və fəlsəfi yox, moizə və nəsihət xarakterli bir cümlədir. Həzrət (ə) aşkar bir həqiqətə istinad edərək, qafil insanları moizə edir, qəflət yuxusundan oyatmaq istəyir. İnsan tarixdə baş vermiş hadisələri araşdırdığı zaman şahid olur ki, keçmişdə çox ibrətamiz hadisələr baş vermişdir. Bəşəriyyət çox böyük bir tarixi yol keçmiş və bu yol hələ ki başa çatmamışdır. Ən ümumi gerçəkliklərdən biri budur ki, bu dünyaya qədəm qoymuş bütün insanlar bir gün var-dövlətlərini qoyub, dünyadan köçmüşlər. Bu həqiqətə nəzər salaraq, anlamalıyıq ki, bir gün biz də bu dünyadan köçəsi, var-dövlətimizi kimlərəsə tapşırasıyıq. Belə bir ayrılıq labüddürsə, dünya malı üçün tər axıtmağa dəyərmi?! Əldən çıxıb fani olası şeylərə görə halal-haram hədlərini pozub, başqalarının haqqına təcavüz etmək nə dərəcədə ağlabatandır?! Təəssüf ki, dünya var-dövlətinə və övladlarımıza o qədər bağlanırıq ki, hətta ilahi vəzifələrimiz də yaddan çıxır. Kamillik axtaran insan dünya malından ötəri ən kiçik vəzifələrini də tərk etməz. Dünyaya könül verməyin ən kiçik zərərlərindən biri insanın mə’nəvi dəyərlərə biganə qalmasıdır. Hansı ki, insanın düşüncəsi daim kamillik məsələsinə məşğul olmalıdır. Aydındır ki, diqqətsiz, «hüzure-qəlb»siz ibadətlər insanın qəlbini daha da daşlaşdırır. Necə ki, diqqətsiz mütaliə insanın düşüncəsini azaldır. Demək, dünyaya, ailə-övlada ifrat bağlılıq aqilanə bir iş deyil. Haram yolla olmayan bağlılıq da insanın təkamülünü ləngidir və insan labüd çətinliklərlə üzləşir.

Bundan əlavə, qiyamət günü hətta halal var-dövlətin hesabını vermək insanı məhşərdə yubandırır. Bütün bunlar insanı dünyaya bağlılıqdan çəkindirməlidir. Həzrət Əli (ə) bu həqiqəti bəyan edərək buyurur: «Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar». Yə’ni keçmişdən ibrət götür, bil ki, bu dünya kimsəyə vəfa qılmamışdır. Dünyaya ifrat bağlananların, ona qul olanların aqibəti çox ağrılı olur. Yaxşı aqibət isə Allaha təvəkkül edənlərin qismətidir. Bəli, bütün rəftar və əməllərimizdə keçmişlərdən ibrət götürək və bilək ki, gələcək taleyimiz keçmişdəkilərin taleyinə oxşar olasıdır.


İBRƏT GÖTÜRÜLMƏSİNİN MƏNTİQİ


Nəzərə almalıyıq ki, insanın tarixdən və keçmişin hadisələrindən ibrət götürülməsinin ölçüləri müxtəlifdir. Bə’ziləri səthi mə’lumatla kifayətlənir və ibrət götürəcək səviyyədə maraqlanmırlar. Belələri, adətən, nəfs istəklərinə tabe olur və bu istəklərə doğru can atırlar. Onlar bu istəklərin haradan yaranması ilə maraqlanmırlar. Acdıqda, susadıqda, ehtirasları alovlandıqda bu meyilləri doyurmağa çalışırlar. Onları işin nə ilə nəticələnəcəyi də maraqlandırmır. Bu sayaq düşüncəsiz hərəkət edənlərin şüursuz canlılara aid edilməsi təsadüfi deyil: «Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra biləcəklər1

İnsanların bu hissəsi isə tarixdə baş verən hadisələrdən ibrət götürmək istəyirlər. Onlar üçün keçmişin hadisələri gələcək üçün işıqdır. Təəssüf ki, onlardan bə’ziləri ifrata varır və istənilən bir hadisəni bu günə tətbiq edirlər. Belə bir yanlış nəticə insana ictimai vəzifələrini də unutdurur. Məsələnin aydınlaşması üçün bir nümunə göstərsək, yaxşı olar.



MƏNTİQSİZ İBRƏT


İnqilabdan əvvəl imam Rahil (r) zalımlarla mübarizə apararkən bə’ziləri deyirdilər: «Bu mübarizənin sonu yoxdur». Belələrindən dəlil tələb olunduqda bəhanə gətirirdilər ki, bu vaxtadək rejimə qarşı bir çox qiyamlar qaldırılıb və onların hamısı uğursuzluğa düçar olub. Onların fikrincə, əgər əvvəlki qiyamlar məğlub olmuşdursa, demək, növbəti inqilabdan müsbət nəticə gözləməyə dəyməz.

Şübhəsiz ki, bu sayaq dəlillər ifrata varma nəticəsində ortaya çıxır. İnsan tarixi hadisələrə istinad edərək öz dini vəzifələrindən boyun qaçıra bilməz. Məsələn, müsəlmanların mühüm dini vəzifələrindən biri əmr be mə’ruf, nəhy əz münkər, yə’ni yaxşılığa əmr və pisliklərin qadağasıdır. Məsələn, elə adamlar var ki, nəsihətləri bir dəfə qəbul olunmadıqda, növbəti dəfə bu işi səmərəsiz sayırlar. Əlbəttə ki, bu sayaq dəlillər məntiqsizdir. Biri nəsihət qəbul etməyib deyə, əmr be mə’ruf və nəhy əz münkərdən üz çevirmək düzgün deyil. Əslində həyatda qazanılan uğurlar, adətən, bir neçə cəhddən sonra baş tutur.

Məsələn, ictimai vəzifələr haqqında söhbət düşərkən bə’ziləri «bu işdə ingilisin barmağı var» deyərək, bütün cəhdlərin boşa çıxacağını proqnozlaşdırırlar. Guya ingilis hakimiyyətinin işlədiyi bir məkanda istənilən azadlıq cəhdi səmərəsizdir. Təəssüf ki, bə’zən e’tiqadlı insanlar da belə dəlillər gətirirlər. Onların nəzərincə, dünyanın zalım qüvvələri istədiyini edəsidir və hər hansı müqavimət yersizdir. Onlar zalımlara qarşı mübarizəni yumruğun qılınca qarşı mübarizəsi kimi qəbul edirlər. Guya düşmən silahlıdır və boş əllə müqavimət əbəsdir. Əslində belə düşüncə tərzi yalnız düşmənin xeyirinə işləyir.

Sual oluna bilər ki, oxşar hadisələrə münasibətdə dəlil göstərmək düzgün deyilsə, nə üçün Əmirəl-mö’minin (ə) buyurur ki, keçmişdən ibrət götürün? Uyğun buyuruğa görə, bugünkü hadisə keçmişdəki hansısa bir hadisəyə oxşardırsa, keçmişin nəticələrinə istinad etmək olar. Belə çıxır ki, zalımlara qarşı qiyam bir dəfə uğursuzluğa düçar olmuşsa, ikinci dəfə cəhd etməyə dəyməz. Bəs həqiqət haradadır?

Uyğun münasibətin yanlışlığının ən aydın sübutu budur ki, dəfələrlə uğursuz cəhdlərdən sonra müxtəlif xalqlar öz azadlığını əldə edir. Elmi şəkildə desək, bir hadisənin mümkünlüyü dəlili elə onun baş verməsidir. Mə’lum olur ki, hadisələrin baş vermə şəraiti fərqlidirsə, uyğun kəlamı tətbiq etmək olmaz.

BİR NÜMUNƏ VƏ BİR QEYD


Şəraitin dəyişməsinin sübutu və aydınlaşdırılması üçün bir nümunə göstərək. Şərqin ən dindar şəhərlərindən biri Yəzd şəhəridir. Bu şəhər «Darul-ibadət» adı ilə yad edilir. Yəzddə çoxsaylı dini mədrəsələr fəaliyyət göstərir və bu şəhər əhli dini məsələlərə çox diqqətlidir. Mö’təbər mənbələrə əsasən, bir zaman Yəzddə Qur’anı üzünə oxuya bilənlər çox az olub. Hətta müsəlman müəllimlər bu işdə yardım üçün zərdüşti müəllimlərə müraciət edərmişlər. Bu əfsanə yox, həqiqətdir. Demək, bu gün «Darul-ibadət» adlandırılan Yəzd şəhərində bir zaman müsəlmanlar zərdüştilərdən Qur’an oxumağı öyrənirmişlər.

Bir vaxt ingilis siyasətçiləri aşkar e’lan edirdilər ki, nə qədər ki Qur’an müsəlmanların əlindədir, onları tabe etmək mümkün olmayacaq. Onlar Qur’anı müsəlmanların əlindən almaq üçün böyük sərmayələr xərcləmiş, bir çox məkrli planlar həyata keçirmişlər. İş o yerə çatmışdı ki, hətta mədrəsə müəllimləri də Qur’an oxumaqda çətinlik çəkirdilər. Bu barədə bir lətifə də var. Deyirlər ingilislərin fəal olduğu dövrlərdə bir müəllimdən «Yasin» kəlməsini oxumasını xahiş edirlər. Müəllim «ya» və «sin» hərflərindən ibarət olan bu kəlməni «yes» kimi oxuyur. Bu lətifə olsa da, acı həqiqətdən danışır.

Bizim dövrümüzdə də Qur’ana münasibətdə eyni cəhdlər müşahidə olunur. İslam sayəsində əli müsəlman ölkələrindən çıxmış zalımlar nəyin bahasına olursa olsun, İslamı məhv etməklə millətlərə ağalıq etmək istəyirlər.

TARİXDƏ BİR SƏHİFƏ


Xalqın dini rəhbərlərinə e’tiqadına balta çalmaq, dini məhv etməkdən daha çətindir. Əsrlər boyu çalışan istismarçılar xalqı Qur’andan ayıra bilməmişlər. Kimsədə cür’ət tapılmayıb ki, «Qur’an oxumayın» əmrini versin. Amma nə zamansa düşmən hiyləgərliklə öz məqsədinə çatıb. Şükürlər olsun ki, bu gün islami məmələkətimizdə beş yaşlı körpə Qur’an hafizi zirvəsinə ucala bilir. Hansı ki, bir vaxt 30-35 yaşlı müəllimlər Qur’an oxumaqda çətinlik çəkərdilər. Düşmən bir vaxt öz planını asta-asta həyata keçirmiş və dünyəvi dərs proqramını o qədər ağırlaşdırmışdı ki, Qur’an oxumağa vaxt qalmasın. Amma dini rəhbərlərə inamı aradan qaldırmaq asan iş deyil.

Müsəlman cəmiyyətini «vilayəte-fəqih», fəqih rəhbərliyindən məhrum etmək üçün iyirmi il plan cızdılar. Qismən də olsa, müvəffəq olmuşlar. Hətta universitetlərdə bu növ mövzuların tədrisinə cür’ət olundu. «Vilayəte-fəqih üçün dəlil yoxdur», dedilər. Yalnız konstitusiyada öz əksini tapdığı üçün onu qəbul etmək məcburiyyətində qaldılar. Konstitusiyada belə bir hakimiyyət təsbit olunmazdısa, onu bir kənara qoyardılar. Onların nəzərincə, bu hakimiyyətin qanuniliyi yalnız konstitusiya ilə tənzimlənir.

Onların nəzərincə, konstitusiya göydən enmiş bir vəhy kimidir. Hansı ki, vilayəte-fəqih inancı şiə məzhəbinin əsas e’tiqadlarındandır. Konstitusiyanı isə gündəmə çıxaran vəliyye-fəqihdir. Əgər o, imza etməsə, nə konstitusiya e’tibarlıdır, nə də qanunlar. Din yolunda bizi canımızdan və malımızdan keçməyə çağıran vəliyye-fəqihin hökmüdür. Onun göstərişi Allah göstərişidir. Əgər zalım rejim zamanı insanlar küçələrə tökülüb, sinələrini gülləyə verirdilərsə, bunun səbəbi əsrin imamının naibinin fərmanı idi. Bu gün də İslam vəliyye-fəqihin göstərişlərinə əsasən qorunur. İnsanlarımız vəliyye-fəqihi əsrin imamının naibi kimi qəbul edərək, onun göstərişini Allahın və Allahın Rəsulunun (s) göstərişi kimi vacib sayırlar. Əks təqdirdə, insan özünü nə üçün təhlükəyə atmalı idi?!

Düşmənlər vilayəte-fəqihin mahiyyətini müsəlmanlardan qabaq anladılar və onunla mübarizəyə qalxdılar. Onlar hər vəchlə xalqın e’tiqadını sındırmağa çalışırlar. Əfsus ki, bə’zən müvəffəq də olurlar. Günümüzün tələbi agah olmaq, siyasi və mədəni hücumlara cavab vermək, ilahi əzab üçün şərait yaratmamaq, özümüzü vilayət ne’mətindən məhrum etməməkdir.

Bu ne’mətin qədrini daha yaxşı bilmək üçün qonşumuz Əfqanıstana nəzər salın. Müsəlman əfqan xalqı zalımların və təcavüzkarların zülmündən qurtarmaq üçün illər uzunu mübarizə apardı. Onlar bu yolda bizdən az əziyyət çəkməyiblər. Bir sual yaranır: onların azadlıq yolunda verdikləri qanların qazancı nə oldu? İyirmi ildən artıqdır ki, əfqanlar parçalanaraq, vahid bayraq altda birləşə bilmirlər. Çünki bu xalqın yekdil qəbul etdiyi vahid rəhbər yoxdur. Ölkəmizdə isə Əhli-beytin (ə) bərəkəti sayəsində vilayəte-fəqih prinsipləri qəbul olundu və bütün problemlər həllini tapdı. Əfqanıstanda isə xalqın əksəriyyəti sünnə əhli olduğundan bu prinsiplər gündəmə gətirilmədi. Onlar bu gerçəkliyi qəbul etsələr də, uyğun məs’uliyyəti öhdəsinə götürəsi dini rəhbərdən məhrumdurlar. Allah-təala ölkəmizin şiələrinə onların arasında şəm də şö’lələnən ilahi rəhbəri ne’mət vermişdir. Hətta İslama e’tiqadı olmayanlar da, insafla yanaşsalar, e’tiraf etməlidirlər ki, bu rəhbərlik Allahın ne’məti və cəmiyyətin xoşbəxtliyinin zəmanətçisidir. Bu ne’mətdən məhrum olan hər bir ölkəni Əfqanıstanın taleyi gözləyir. Ölkəmizdə də müxtəlif xalqlar yaşayır və bu xalqlar arasında ədavəti qızışdırmaq mümkünsüz deyil. Məmələkətimizdə Əfqanıstandakından da çox millətlər məskundur. Bu millətləri mövcud ilahi rəhbərlik vahid bayraq altında toplaya bildi. Əgər bu ilahi qüdrət olmasaydı, hansı təşkilat mövcud birliyi yarada bilərdi?! Bu gün ölkəmizin ziyalıları millətçilik hisslərini qızışdırmağa çalışırlar. Belə hərəkətlər, əlbəttə ki, naşükürlükdür. Ən böyük naşükürlük isə ilahi prinsiplər əvəzində oyuncaq demokratiyanın bərqərar olmasıdır. Bu məsələ ilə bağlı Əmirəlm’ömininin (ə) buyuruğunu xatırlamaq yerinə düşür: «Nemət sahibinə naşükür olma. Nemətə qarşı naşükürlük ən çirkin küfürdür». İnsan nə qədər naşükür olmalıdır ki, belə bir ne’mətin qədrini bilməsin. Dünya və axirət səadətinin tə’minatçısı olan bir ne’mətdən imtina etmək necə də böyük naşükürlükdür. Bə’zi alimlər də bu cahil düşüncəyə münasibət bildirmirlər. İlahi rəhbərliyin məsxərəyə qoyulmasına göz yummaq olarmı?! İlahi hakimiyyətə şübhə yaradılması qarşısında susmağımız nə dərəcədə düzgündür?!

NE’MƏTƏ QARŞI KÜFRÜN CƏZASI


Söhbətimizin bu yerində münasib olar ki, Qur’ana bir qədər nəzər salıb, ne’mət qarşısında şükr və küfrün nəticələrini araşdıraq.

Allah-təala Qur’ani-kərimdə müxtəlif məqamlarda ne’mətə qarşı küfrü nəzərimizə çatdırır və onun mənfi tə’sirlərini bəyan edir. Ayələrdən birində buyurulur: «Əgər şükr etsəniz, sizə olan nemətimi artıracağam, yox əgər nankorluq etsəniz, mənim əzabım, həqiqətən şiddətlidir».1 Ayədə Allah-təala bu məsələni ciddi şəkildə vurğulayır ki, verilmiş ne’mətlərin qədrini bilək. Ne’mət qarşısında nankorluq edəcəyimiz təqdirdə ilahi əzabla üzləşəcəyimiz labüddür. Şükr edənə ne’mətin artırılması, küfr edəndən ne’mətin alınması Allahın qəti sünnələrindəndir. Tarixdə insanların naşükürlük səbəbindən ne’mətlərdən məhrum olması haqqında nümunələr kifayət qədərdir. Bu mövzu olduqca genişdir. Amma Allahın iki böyük ne’mətinin xatırladılmasını zəruri bilirik. Bunlardan biri ölkəmizdə baş vermiş inqilab, digəri isə ilahi rəhbərlik ne’mətidir. Bu iki ne’mət Allah-təalanın bizə əta etdiyi ən böyük ne’mətlərdəndir.

Əgər bu iki ne’mət olmasaydı, bugünkü izzətimizdən əsər əlamət görünməzdi. Bütün qazanclarımız həmin iki ne’mət sayəsində əldə olunmuşdur. Bu ölkədəki maddi və mə’nəvi tərəqqi həmin iki ne’mətin bərəkətindəndir. Unutmayaq ki, bu ne’mətlər min illərin zəhməti sayəsində əldə olunmuşdur. Mücahidlərin və alimlərin bu yoldakı zəhmətləri unudulmamalıdır. Mərhum Mirzayi Şirazinin məşhur hökmünü yada salaq. Mərhum alim tütünü haram edib, onu imam-Zamanla (ə) müxalifətçilik kimi tanıtdırdığı vaxt bütün xalq yekdil olaraq itaət etmişdi. Çünki xalq inanırdı ki, alimlər əsrin imamının (ə) naibləridir. Onların əmrinə itaət olunması vacib sayılırdı. Elə həmin vaxt düşmənlər İslamın gücünü anladılar. İnsanların qəlbindən bu sayaq e’tiqadları çıxarmaq üçün planlar cızıldı, böyük kapitallar xərcləndi. Onlar elə düşünürdülər ki, pəhləvi rejimindən sonra xalqın qəlbində bu e’tiqadı süstləşdirə biləcəklər. Amma anlamırdılar ki, əsrin imamının (ə) naibinin eşqi xalqın qəlbində dərin köklər atmışdır və bu kökləri heç vəchlə qoparmaq olmaz. Bu ne’mət və həmin əqidə getdikcə çiçəklənməkdədir və bütün dünyada bərpa olmaqdadır. (İnşaəllah)


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin