TÜĞYANGƏR HAKİMİYYƏT, İNSANLARI NURDAN ÇIXIB ZÜLMƏTƏ DAXİL EDİR
Allah-taala Qur`anda buyurur:
“Allah, Ona inananların dostudur. Onları zülmətdən çıxarıb, nura tərəf yönəldər. Kafirlərin dostu isə Şeytanlardır. Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar.”
İmam Sadiq (əleyhissalam) buyurur:
“Hər kim zalim hakimin himayəsinə daxil olsa, dini yoxdur. Hər kim adil hakimə yaxınlaşsa, qorxusu yoxdur! "
İbni Əbi Yə`fur nəql edir ki, İmam Sadiq (əleyhissalam)-dan soruşdum: Onların dini yoxdur, ikinci dəstənin qorxusu yoxdur?!
Buyurdu: Bəli! O dəstənin dini yoxdur. İkinci dəstənin qorxusu yoxdur. Məgər Allahın sözünü eşitməmisən buyurur: Allah, mö`minlərin dostudur. Onları zülmətdən nura tərəf aparır. (Əksinə, kafirin hamisi, insanı nurdan zülmətə tərəf aparır.)”1
HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ XƏYANƏTKAR HAKİM
Həzrəti Əli (əleyhissalam) Fars köhfəzindəki öz işçisi, Müsqələ ibni Hübeyrə Şeybaniyə yazır:
“Səndən elə bir söz eşitmişəm ki, əgər belə bir iş görmüsənsə, Allahın qəzəbinə gəlmisən və Onun amanında deyilsən.
Mənə xəbər çatıb ki, nizələr, atların dırnaqları ilə bir yerə yığılmış, üzərinə qanları tökmüş müsəlmanların mallarını, səni seçən ərəb qohumlarının arasında bölürsən? And olsun! O Allaha ki, toxumu yardı və insanı yaratdı! Əgər bu xəbər doğrudursa, mən səndən bizarəm və mənim yanımda özünü yüngül etmisən. Belə olan halda, Rəbbinin haqqını xar etmə, dinini azaltmaqla dünyanı artırma ki, hamıdan çox ziyanda olanlardan olarsan!”
“Biharul-Ənvar”ın nəqlinə əsasən, sonra belə yazır:
“Ən böyük xəyanət, ümmətə olan xəyanət, ən böyük hiylə və sitəm hakimin xəyanətidir. Sənin yanında müsəlmanların hüququndan beş yüz min dinar var. Mənim elçim sənin yanına gələn kimi onu mənə göndər!”2
Bu məktubda, Müsqələ çapqınlıq əlini müsəlmanlara uzatdığına görə Əli (əleyhissalam) tərəfindən məzəmmət olunur. Həzrətin mübarək nəzərində hakimin xəyanəti ən böyük xəyanətdir.
ƏBUZƏR VƏ ONUN İSTƏYİNİN RƏDDİ
Əbuzər Ğəffaridən nəql olunur, buyurur: “İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-ə ərz etdim: Məgər məni hökumətdə bir məqama seçmirsənmi?
Peyğəmbər (səllləllahu əleyhi və alehi və səlləm) mübarək əli ilə çiynimə vurdu və buyurdu: Ey Əbuzər! Sən zəifsən. Hökumət əmanətdir. Qiyamət günündə hökumət, peşimançılıq və rüsvayçılıqdır. Yalnız, o kəslər ki, haqlı olaraq onu almış və onda olan hüquqları əda etmişlər.”1
Bu əhvalatda görürük ki, Əbuzər, İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-nin xüsusi əshabından sayılmasına baxmayaraq, İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur: Hökuməti idarə etmək qüdrətin yoxdur!
Hakimin hüququndan bu qədər kifayətdir. İndi də başqa hüquqlara qayıdaq.
USTADIN HAQQI
وأَمَّا حَقُّ سَائِسِكَ بالعِلْمِ فالتَّعْظِيمُ لَهُ والتَّوْقِيرُ لِمَجْلِسِهِ وَحُسْنُ الاسْتِمَاعِ إليهِ وَالإقْبَالُ عَلَيْهِ وَالْمَعُونةُ لَهُ عَلَى نفْسِكَ فِيمَا لا غِنَى بكَ عَنْهُ مِنْ الْعِلْمِ بأَنْ تُفَرِّغَ لَهُ عَقلَكَ وَتُحْضِرَهُ فَهْمَكَ وتُزَكِّي لَهُ قَلْبَكَ وتُجَلِّى لَهُ بَصَرَكَ بتَرْكِ اللّذَّاتِ وَنقْص الشّهَوَاتِ، وَأَنْ تَعْلَمَ أَنَّكَ فِيمَا أَلقَى إلَيْكَ رَسُولُهُ إلَى مَنْ لَقِيَكَ مِنْ أَهْلِ الْجَهْلِ فَلَزِمَكَ حُسْنُ التَّأْدِيَةِ عَنْهُ إلَيْهِمْ، ولا تَخُنْهُ فِي تَأْدِيَةِ رِسَالَتِهِ وَالْقِيَامِ بهَا عَنْهُ إذا تَقَلَّدْتَهَا. وَلا حَوْلَ وَلا قُوَّةَ إلا باللهِ.
“Müəllimin haqqı sənin boynunda odur ki, ona hörmət edəsən. Dərs məclisini möhtərəm bil, dərsinə yaxşı qulaq as, ona tamamilə diqqət et. Ona kömək et ki, sənin ehtiyacın olanı sənə öyrətsin. Bu yolda ağlını hazır, düşüncə, huş və qəlbini ona tapşır. Gözlərini öyrənməkdən ötrü tamamilə ona tərəf dik. Bu da yalnız, ləzzətləri tərk edib, şəhvət və istəklərini azaltmaqla mümkündür. Bil ki, elmdən sənə öyrətiyi şeyi, onun elçisi olub, bilməyənlərə çatdırmalısan. Sənə vacibdir ki, bu risaləti yaxşı yerinə yetirəsən. Vəzifəni yerinə yetirməkdə xəyanət etməyəsən. Öhdənə aldığını çatdırmaqda və onu bərpa etməkdə yaxşı əməl et! Allahdan başqa heç bir güc-qüvvə yoxdur!”
“Məkarimul-əxlaq"kitabında həmin mövzuda başqa cümlələr nəql olunur. Ona işarə edirik:
“Müəllimin müqabilində səsini ucaltma. Onun sual soruşduğu şagirdlərin heç birinin əvəzindən cavab vermə. Tainki, özü cavab versin. Onun məclisində başqası ilə danışma və heç kimin qeybətini etmə. Hər vaxt sənin hüzurunda onu pisliklə yad etsələr, ondan müdafiə et. Eyblərini gizlə, fəzilətlərini aşkar et. Onun düşməni ilə oturma və dostu ilə düşmənçilik etmə. Əgər belə etsən, Allahın mələkləri şəhadət verərlər ki, Allahı nəzərdə tutmusan və müəlliminin elmini insanlara görə yox, Allaha görə öyrənmisən!”
İmam Səccad (əleyhissalam)-ın müəllim barəsində nəql etdiyi hüquqların məcmuəsi, xülasə şəklində aşağıdakılardan ibarətdir:
1. Müəllimi böyük bilib, hörmət etmək.
2. Elm və bilikdə müəllimdən kömək almaq.
3. Müəllimin hüzurunda mətləbi öyrənmək üçün qəlbi hazırlamaq.
4. Səsini ustadın səsindən çox ucaltma.
5. Sual vaxtı başqasının yerinə cavab vermə.
6. Müəllimin müqabilində qeybət etmə.
7. Əgər sənin müqabilində müəliminin pisliyinə danışsalar, onu müdafiə et.
8. Müəlliminin eybini ört.
9. Müəlliminin fəzilətlərini aşkar et.
10. Müəlliminin düşmənləri ilə oturma.
11. Müəlliminin düşməni ilə dostluq etmə!
Dostları ilə paylaş: |