Hulaku xan, 656-cı ildə Bağdadı fəth edərkən, əmr edir ki, bütün alimlərdən soruşulsun: Ədalətli hakim üstündür yoxsa, zalim müsəlman hakim?
Bütün alimlər “Müstənsəriyyə" adlı mədrəsədə cəm olurlar. Sualı oxuyurlar. Amma cavab verməkdən çəkinirlər. Bu məclisdə, Rəziəddin Əli ibni Tavus da var idi. Alimlər ona böyük hörmət edirdilər. Elə ki, görür alimlər suala cavab verməkdən çəkinirlər, əlinə qələm alıb bu şərhlə yazır: “Ədalətli kafirin zalim müsəlmana üstünlüyü var."Bu həmin hədisə işarədir ki, İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur:
“Hökumət, hakim kafir də olsa, ədalətlə rəftar edərsə, qalacaq. Hakim müsəlman da olsa, ədalətsiz olsa, hökumət qalmaz!”1
HÖKUMƏT MƏSƏLƏLƏRİNƏ ELM VƏ AGAHLIQ
İslam hakiminin ən yaxşı xüsusiyyətlərindən biri, hökumət məsələlərindən agahlığıdır. Əvvəlcədən, Talutun əhvalatında Qur`anın nəzəri bu idi ki, hakim bədəncə qüvvətli, cəmiyyətin idarəsində agah və alim olmalıdır. Hakimin hökumət məsələlərinə elmi, yol göstərən çırağa bənzər. Bu elm, hakimi qaranlıq məsələlərdə nicat verir.
Həkimlərdən bə`zilər deyirlər: Əgər hakimin bəhrələnə biləcəyi elmi olmasa, həmlə və hücum vaxtı heç bir şeyə fikir verməyib hər şeyi dağıdan filə bənzər. Çünki, nə ağlı, nə də elmi var. Ağıl və elmin hər ikisi zülmün qarşısını alır.
ÇƏKİNMƏK VƏ QORXU!
Hakimin yaxşı xüsusiyyətlərindən biri də Allahdan qorxmaqdır. Allahdan qorxmaq, hər bir xeyir işin əsli və bərəkət açarıdır. Hakim, bu xüsusiyyətə malik olarsa, rəiyyət də onun əlindən əmin-amanlıqda olar. Həzrəti Əli (əleyhissalam)-ın həyatı barəsində yazırlar: "Günlərin birində Həzrət xidmətçilərdən birini səsləyir. Lakin, xidmətçi cavab vermir. Yenidən çağırır. Cavab vermir. Üçüncü dəfə çağrırır, yenə də cavab vermir. Bir nəfər içəri girib Həzrətə buyurur: Ya Əmirəl-mö`minin! Xidmətçi qapının dalında durub qəsdən cavab vermir!
Bu vaxt xidmətçi içəri daxil olur. Həzrət ondan soruşur: Mənim səsimi eşidirdinmi?
Cavabında: Bəli!- deyə buyurur.
Həzrət: Bəs nəyə görə cavab vermirdin?
Cavab verir: Siz tərəfdən əzabdan əmin olduğuma görə cavab vermədim!
Həzrət buyurur: Allah-taalaya şükr edirəm ki, məni, xalqın ondan amanda olan şəxs kimi qərar verib!"
ƏFV VƏ BƏXŞİŞ
Adil hakimin xüsusiyyətlərindən biri də əfv və bəxşiş əhli olub, əhalinin xırda xətalarını bağışlaya bilməsidir. Allah-taala Qur`anda buyurur:
“Onları əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizin (günahlarınızı) bağışlamağını istəmirsinizmi? Allah, (bəndələrini) bağışlayan və rəhm edəndir!”1
Həzrəti Əli (əleyhissalam) sözlərindən birində buyurur:
“Düşmənə qələbə etdiyin vaxt onu bağışla, bununla da qələbə ne`mətinin şükrünü yerinə yetirmiş olarsan!”2 Həzrət, Malik Əştərə yazdığı məktubda yazır:
“Heç vaxt bağışlamaqdan peşiman olma, əzab və cəza verməkdən şad olma!" Yenə də həmin məktubda yazır:
“Rəiyyəti əfv və bəxşişindən bəhrələndir. Necə ki, Allahın da sənin öz günahlarından keçdiyini istəyirsən. Çünki, sənin məqamın onlardan üstündür. Sənə bu vilayəti verən səndən üstün və Allah da sənə bu vilayəti verəndən üstündür.”3
Dostları ilə paylaş: |