Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


ƏFV VƏ VAZ KEÇMƏYİN FƏRQİ



Yüklə 21,47 Mb.
səhifə103/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   99   100   101   102   103   104   105   106   ...   111

ƏFV VƏ VAZ KEÇMƏYİN FƏRQİ


Qur`ani-Kərimdə "Nur" surəsində buyurur: "Aranızda olan fəzilət və sərvət sahibləri, qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (h bir şey verməyəcəkləri, h bir köməklik stərməyəcəkləri barədə) and içməsinlər. Onları əfv edib, (zalandırmaqdan) vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayan və rəhm edəndir! "

Qeyd olunan ayə, Nur surəsində "İfk "əhvalvtının ardınca gəlib. Bu ayədə, belə bir həqiqətə işarə olunmuşdur ki, sizlərdən hər biriniz Allahın sizi bağışlamağını istədiyi kimi siz də, başqaları ilə münsibətdə sizin hüququn pozulması qarşıya çıxan hadisələrdə başqalarını cəzalandırmaqdan vaz keçin!

Maraqlısı budur ki, ərəb dilində “əfv "sözü ilə "səfh" (vaz keçmək, göz yummaq ) arasında mə`na cəhətdən fərq vardır. Rağib yazır: Günaha göz yummaq (səfh) bağışlamağın ən ali mərtəbəsidir. Çünki, bu halət, günahdan minnət qoymadan vaz keçməkdir. Hər kim intiqamını əfv etsə, lakin dili ya işarə ilə sonradan qarşı tərəfin günahını xatırlatsa, əslində əfv etməmişdir.

PİSLİYƏ YAXŞILIQLA CAVAB


Qur`ni-Kərimdə, əfv və bəxşişdən də mühüm bir mərhələyə işarə olunmuşdur. O da budur ki, pisliyə yaxşılıqla cavab verilsin. Şübhəsiz ki, bu əməl insaniyyatın ən ali ruhi səviyyəsi olub, xüsusi əxlaq və ruhiyyə istəyir. Həmçinin, təcavüzkar və günahkarlara dərs veriləcək ən yaxşı yoldur. Bütün bunlər cəmiyyət arasında düşmənçilik və ədavətə son qoymaqdan ötrü ən yaxşı yollardır. Qur`anın "Fussilət" surəsində bu mətləbə ən yaxşı şəkildə işarə olunur, buyurur:

"Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö`min kimsə!) Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi yaxın bir dost kimi rürsən! Bu (xislət) yalnız (dünyada məşəqqətlər) səbr edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! “1

Bu ayədə əvvəlcə, "yaxşılıqla dəf etmək" yolunun mö`cüzəli tə`sirinə işarə olunur və bildirilir ki, bu yolla ən qatı düşmənləri, ən səmimi dostlara çevirmək olar. Həmçinin, tə`kid olunur ki, belə xüsusiyyət yalnız, möhkəm iman, elm və əməli fəzilət sahibi, səbr və dözümli, nəfsani istəklərinin qarşısını ala biləcək şəxslərə qismət olur.

"Yaxşılıqla dəf etmək" yolunun mö`cüzəli tə`siri ondan başlanır ki, təcavüzkar şəxslər həmişə qarşı tərəfin intiqamının intizarındadırlar. Çox vaxtı batində vicdanları özlərini bu intiqamın müstəhəqqi bilirlər. Lakin, elə ki, onların intizarının əksinə olaraq pisliyə yaxşılıqla cavab görsələr, yatmış vicdanları oyanar və batindən onları islah etməyə başlayar. Onların vicdanları, bu işlə qarşı tərəfin günahsız, özlərinin isə günahkar olduğunu onlara inşan verər. Bununlada, öz pis yollarını dəyişməyə məcbur olarlar.


QÜDRƏT OLAN VAXTDA ƏFV ETMƏK


Ümümiyyətlə, birinin əfv və bağışlamağına o vaxt əfv deyilir ki, intiqam almağa qüdrəti olmuş olsun. Bu halda intiqam almaqdan vaz keçsin. Lakin, bir halda ki, birisi initiqam almağa qadir deyil, deyə bilməz ki, bağışladım. Bu məsələni sübuta yetirməkdən ötrü aşağadakı iki nümunəyə işarə edirik:

HƏZRƏTİ YUSİFİN BAĞIŞLAMASI


Qur`anda Yusif peyğəmbərin və cinayətkar qardaşlarının əhvalatında bu məsələyə işarə olunub. Qardaşlar üçüncü dəfə Misirə səfərə çıxdıqda, Yusiflə tanışlıqlarının müqəddəmisi hazırlanır. Qur an buyurur:

"Onlar (qardşlar): Yoxsa sən Yusifin özüsən?! – dedilər. O da : Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər rənlərin mükafatını əsla zay etməz! – deyə cavab verdi.“1

Bu vaxt Yusif onların keçmiş günahlarını onlara xatırladıb soruşdu: İndi sizin barənizdə nə etmək lazımdır? Dedilər: Ey Yusif! Biz xətakarıq! Bizi hər nə cür cəzalandırsan, haqlısan! Amma, bizə qarşı alicənablıq et və bizi bağışla! Yusif cavablarında buyurdu:

Yusif dedi: Bu n sizə (etdiklərinizə rə ) h bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! O, rəhm edənlərin mərmətlisidir! “2

Bu əhvalatdan göründüyü kimi Yusifin intiqam almağa hər cür imkanı var idi. Lakin, bununla belə onları əfv edir.


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin