Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə29/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   25   26   27   28   29   30   31   32   ...   111

MÜƏLLİM YAXUD PSİXOLOQ?


Şagird, müəllimə bir həkim gözü ilə baxmalıdır. Həkim, dava-dərmanla xəstəni, salamatçılıq və sağlamlığa tərəf apardığı kimi müəllim də şagirdini ağıl, din və insaniyyətçilikdə sağlamlığa tərəf çağırır. Müəllim, bu yolda öyüd-nəsihət və möizə adlı şəfa dərmanlarından istifadə edir. Ona görə də şagird müəllimin sözlərinə yaxşı qulaq asmalıdır ki, elm öyrənməklə təkəbbür və qürur kimi xəstəliklərdən nicat tapsın.1

USTADA HÖRMƏT, ELMİN MƏQAMINA HÖRMƏTDİR


Qədim alimlərdən birisi müəlliminin dərsinə gedərkən yol arası fəqirə bir miqdar sədəqə verib deyir: İlahi! Müəllim və ustadımın eybini məndən gizli saxla və onun elm və biliyinnin bərəkətini məndən əsirgəmə!

Başqa alim yazır: Ustadın heybətinə xatir kitabımın vərəqəsini ahəstə çevirirdim ki, kağızın xışıltısı müəllimə əziyyət verməsin. Əlbəttə, belə işlərin riayəti o kəslərlədir ki, özlərini arif şəxslər kimi tanımış olsunlar.

Əhməd İsfahani nəql edir: Şəriklə birlikdə idim. Birdən xəlifə Əbbasinin övladlarından birisi yə`ni, Məhdi içəri girdi. Divara söykənib Şərikdən hədislərin biri barəsində sual etdi. Şərik cavab vermədi. Yenə də sualını təkrar etdi. Şərik, yenə də e`tinasızlıq etdi.

Xəlifənin oğlu, Şərikə xitab edərək dedi: Xəlifənin oğluna hörmətsizlik edirsən? Şərik dedi: Xeyr! Lakin, Allah dərgahında elm və bilik o qədər əzəmətlidir ki, mən onu istədiyim vaxt zay edə bilmərəm. Xəlifənin oğlu qarşıya gəlib, Şərikin müqabilində ədəb dizini yerə qoydu. O zaman dedi: Elmi belə öyrənmək lazımdır!2

Bəli! Həmin səbəbə görə İmam Səccad (əleyhissalam) buyurur: Şagird, müəllimin müqabilində başı aşağı və təvazökar olmalıdır. Müəllim ruhani bir ata kimi fikri və ruhi qidanı, şagirdin ixtiyarında qoyur. Ona görə də şagirdin ehtiramı ona vacibdir. Müəllim, bu qidanı eşitmək qüvvəsinin yolu ilə şagirdin ixtiyarında qoyur. Şagirdə lazımdır ki, müəlliminin sözlərinə yaxşı qulaq assın.

Şagird bilməlidir ki, müəllim onun elmi atası sayılır. Elmi atanın ehtiramı, cismi atanın ehtiramından heç də az deyildir. Bəlkə də, ondan üstün və mühümdür. O cəhətdən, şagird öz səsini müəllimin səsindən uca çıxarmamalıdır, əksinə, ustadının müqabilində söz danışmaq ədəbinə riayət etməlidir.

Şagird müəllimin eyblərini örtməkdə ciddi və onun fəzilətlərini aşkar etməkdə çox çalışmalıdır. İskəndərə dedilər: Nəyə görə müəlliminə bu qədər ehtiram göstərib, ata- anandan da üstün bilirsən? Cavab verdi: Müəllim mənim əbədi həyatıma səbəbdir. Halbuki, ata-ana fani dünyamın səbəbidirlər. Cəmiyyətin təkamül mərhələlərindən biri layiqli müəllimlərinin olmasıdır. Müəllimlər cəmiyyətə nicat verib, onu nadanlıq, cəhl, fikri və mədəni sitəmkarlıq və zülmkarlıq qaynağından qurtarmaqdan ötrü qiyam edir, bu yolda özünün ən böyük sərmayəsini yəni, ömrünü fəda edir. Sokrat zindana düşür. Şagirdləri döyüşənə qədər onun azadlığından ötrü çalışırlar. Lakin, o bunu qəbul etməyib, ölümü qanunsuzluq və hərc-mərcliyə müqəddəm bilir.

Sonda İmam Hüseyn (əleyhissalam)-ın adətinə işarə edirik. Əba Əbdürrəhman Süləmi, İmam Hüseyn (əleyhissalam)-ın övladlarından birinə "Həmd"surəsini öyrədir. Həzrət, o müəllimə min əşrəfi (pul vahidi), min libas əta edib, ağzını mirvari ilə doldurur. Bə`ziləri bu bəxşişi çox bilirlər. İmam Hüseyn (əleyhissalam) buyurur: "Bu əta müəllimin öyrətdiyi şeyin hansının əvəzidir? Quran təliminin müqabilində r nə verilsə, yenə azdır!"1


17. MÖVLANIN HAQQI



وأمَّا حَقُّ سَائِسِكَ بالمِلْك فَنَحْوٌ مِنْ سَائِسِكَ بالسُّلْطَانِ إلاّ أَنَّ هذَا يَمْلِكُ مَا لا يَمْلِكُهُ ذاكَ، تَلْزِمُكَ طَاعَتُهُ فِيمَا دَقَّ وَجَلَّ مِنْكَ إلاّ أَنْ تُخرِجَكَ مِنْ وُجُوب حَقِّ الله، ويَحُولَ بَينَكَ وبَيْنَ حَقِّهِ وَحُقُوقِ الخَلْقِ، فَإذَا قَضَيْتَهُ رَجَعْتَ إلَى حَقِّهِ فَتَشَاغَلْتَ بهِ. ولا قُوَّةَ إلاّ باللهِ.

Sənə malik olan mövlanın haqqı hakimin haqqı kimidir. Yalnız, bu fərqlə ki, malikin xususi haqqı var, amma bu haqq hakimdə yoxdur. Onun xususi haqqı, az və çox hər şeydə onun itaətində olmaqı lazım bilir. Bütün bunlar o, vaxtdır ki, onun haqqı ilə Allahın sənə vacib buyurduğu əməllə təzadda olmasın. Sənin əməlinlə, Allahın haqqı arasında mane olmasın. Yox əgər belə olarsa, onda Allahın haqqı müqəddəmdir. Hər vaxt Allahın haqqını yerinə yetirsən, onda malikin haqqının ədasının vaxtı yetişir, ona məşğul olmalısan. Allahın güc və qüdrətindən başqa heç bir-güc qüvvə yoxdur!"

"Məkarimül-Əxlaq" kitabında belə gəlib:

Malikin sənin boyununda haqqı budur ki, onun itaətində olub, ona qarşı günah etməyəsən. Yalnız, o şeydə itaət etmə ki, Allahın qəzəbinə səbəb iş olsun. Çünki, Allaha qarşı günah etməkdə heç vaxt bəndəyə itaət etmək olmaz!.”

İmam Zeynalabidin (əleyhissalam)-ın gözəl bəyanlarından mə`lum olur ki, maliklə hakimin haqqını bir-birinə oxşar bilir. Bu fərqlə ki, malikə görə xususi haqqı var. O, da onu özünə itaətkar edir. Yeri gəlmişkən, bu haqqın şərhindən belə bir şərhə başlayaq ki, köləlik hansı zamandan başlayıbdır və kökü nədir? Əlbəttə, bu bəhsdə təkcə köləlik yox, ümumi mülkiyyət nəzərdə tutulur.

QULDARLIĞIN TARİXİ


Quldarlığın yaranma tarixi çox da mə`lum deyildir. Onun kökləri barədə müxtəlif nəzəriyələr vardır. Montöskye quldarlığın amilləri barəsində yazır: Quldarlığın ibtidası aşağıdakı amillərdən biri ola bilər:

1. Beynəlxalq hüquq normaları zəruri bilir ki, döyüşdə əsir düşənlər ölümdən amanda qalmaqdan ötrü qulam hökmündə qalsınlar.

2. Rum dövlətinin mədəni qanunu, borcunu qaytara bilməyənlər barəsində icazə vermişdir ki, onların özləri satılsın və ya tələbkarın pulunun əvəzində ona bəndəlik etsin.

3. Təbiət qanunu atanı kölə etdiyi kimi, övladı da kölə edir. Beləliklə, oğul ataya tabe olur.

4. Köləlik haqqı, bir millətin başqa bir millətə qarşı təhqirindən qarşıya çıxır, o da adət və ən`ənələrin ixtilafı üzərində qurulub.

5. Quldarlığın əsas mənşəsi insan cəmiyyətində qüdrətli və zəiflərin tuğyanlar və istismarçı ruhiyyəsi ilə birlikdə olmasıdır." Sonra Montöskye yazır:

Aristotel subut etmək istəyir ki, kölə və qul fitrətən olub və olacaq. Bu, o mə`nadadır ki, Allah-taala, bə`zi insanları yaradıb ki, başqalarının kölələri olsunlar. Əgər biz bu filosofun dediyini qəbul etsək və qul olmaqı fitri bilsək, onda qulların qulluğdan azad olması kəlamını faydasız və fitrətin xilafı kimi qiymətləndirməliyik.

Bunlar, köləlik barəsində Montöskyenin "Ruhul-qəvanin" kitabında gətirdiyi bəhsdir.



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin