Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


AİLƏ HƏYATINDA İDARƏÇİLİK



Yüklə 21,47 Mb.
səhifə37/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   33   34   35   36   37   38   39   40   ...   111

AİLƏ HƏYATINDA İDARƏÇİLİK


Qur`ani-Kərim buyurur:Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu Allahın onlardan birini dirinə üstün etməsi və kişilərin öz mallarından (qadınlar üçün) sərf etməsinə rədir. Əməli saleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizlin şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşnalıq etmələrindən qorxduğunuz qadınlara nəsit edin, yola (lməsələr) onlardan yatağınızı ayırın və (o da tə`sir etməsə) tənbih edin.

Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah uca və böyükdür!”.

Onu da bilmək lazımdır ki, ailə həyatı ictimayyətin kiçik bir üzvü olub, rəhbər və idarə edənə ehtiyacı vardır.

Kişi ailənin ixtiyar sahibi, qadın isə onun müavini və nəzarəti altındadır. Bütün bunlar kişinin vücudunda olan bə`zi xüsusiyyətlərə görədir. Məsələn, (qadınların əksinə) kişilərdə hissə uymaq və fikri cəhətdən mehribançılıq qüvvəsinə qalib gəlmək, cismi cəhətdən qüvvətli olmaq daha güclüdür. Bu cəhətdən, kişi yaşayış planı çəkə bilər, başqa tərəfdən öz qüvvəsi ilə isə ailə həyatını müdafiə etməyə qadirdir.

Ayədəki, "Bu Allahın onlardan birinin dirinə üstün etməsi və kişilərin öz mallarından sərf etməsinə rədir"cümləsi də həmin mə`naya işarədir. Lakin, aydıncasına mə`lumdur ki, bu vəzifəni kişilərin öhdəsinə qoyulması, nə onların insani şəxsiyyətlərinin üstün olmasına görə, nə də dərəcə və məqamlarına görədir. Adi həyatda müşahidə olunur ki, müavin vəzifəsində işləyən insanın şəxsiyyəti, müdirdən çoxdur. Lakin, müdir ona tapşırılan işdə məharəti olduğuna görə müdirdir.

Yuxarıdakı ayədə qadınlar iki dəstəyə ayrılırlar. Birinci dəstə: Saleh qadınlar. Onlar ailə həyatının nəzm və qanunu müqabilində təvazökardırlar. Təkcə ərlərinin hüzurunda yox, bəlkə də, onun olmayan vaxtında da, mal, namus, şəxsiyyət və Allahın ailə həyatına görə tə`yin etdiyi qanuni vəzifələr və məs`uliyyətlərini layiqincə yerinə yetirirlər.

İkinci dəstə: O qadınlardır ki, öz vəzifələrindən boyun qaçırır və ailə həyatı ilə razılaşmayan nişanələr onlarda özünü göstərir. Kişilər birinci dəstə qadınların müqabilində tam ehtiram və hörmətlə rəftar etməlidir. İkinci dəstəni isə moizə və onlardan yataqlarını uzaqlaşdırmaq, nəhayət, bir nəticə verməsə, müqəddəs İslam şəriətində icazə verilən həddə qədər onları tənbih edə bilərlər.

Ayəni zikr etməkdən hədəfimiz bu idi ki, qadının xərc və nəfəqəsinin kişinin öhdəsində olmasını aydınlaşdıraq.

İmam Səccad (əleyhissalam), yemək, libas və qadının hüquqlarına riayət etməyi kişiyə tövsiyə edir. Dahi İslam alimləri də xərcin kişinin boynunda vacib olmasına fətva verirlər:

Daimi zövcənin xərci kişiyə vacibdir. O da, yemək, libas, məkan və yaşayışa lazım olan ləvazimatlarıdan ibarətdir. Məsələn, fərş, pal-paltar təmizlik vasitələri və sair, qadının gündəlik həyatda onlara ehtiyacı vardır. Bu şərtlə ki, zövcə kişinin evində olub ona tabe olsun. Beləliklə, qadın şər`i icazəsi olmadan evdən xaric olsa və kişini tərk etsə, xərc olunmağa layiq deyildir.”

Məşhur İslam alimləri, qadının kişi ilə cinsi ünsiyyətində narazılıq mərhələsinə çatmayınca xərcini kişiyə vacib bilirlər.

Qeyd etdik ki, qadının iki növ hüququ var.

Birinci: Qanun ququ. O da gündəlik xərcini və yaşayışı tə`min etməkdir. Əgər kişi zövcəsinin xərcini verməkdən boyun qaçırtsa, qadının haqqı var ki, şər`i qanun yolları ilə kişidən öz haqqını alsın.

İkinci: Əxlaqi quqlar: Bu növ hüquqa, hər iki tərəfin riayət etməsi, yaşayışlarının davam tapmasına səbəb olur. Belə hüquqa riayət etməkdə bir neçə göstərişə əməl etmək lazımdır.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) qadınların hüquqlarına aid çox tə`kidlə sifarişlər buyurmuşdur. Onların bə`zilərinə işarə edirik. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

Sizlərdən ən yaxşısı, sizlərdən əhli-əyalına ən yaxşı münasibətdə olanlardır. Mən öz əhli əyalıma qarşı münasibətdə sizlərdən ən yaxşısıyam.”1

Həzrət yenə buyurur:

Kişinin zövsi onun evində əsir kimidir. Allahın ən yaxşı bəndələri öz zövlərinə qarşı mehriban olanlardır”.1

İmam Baqir (əleyhissalam), İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edərək, buyurur:

brail (İlahi rəsul) qadınlarla münasibətdə, mənə elə tövsiyə etdi ki, man edirdim ki, qadın aşkarcasına namusunu qorumaqda səhlənkarlıq etməyin təlaq verilməsi yaxşı deyildir."2

Həzrət başqa hədisdə buyurur:

Hər kim zövcəsinin hətta bir kəlmə (nalayiq sözünə) dözə bilsə (ailə nəzmini pozmasa), Allah-taala, onu Cəhənnəm atəşindən xilas edər və Cənnət ona vacib olar. Ondan ötrü iki yüz min ehsan yazar və iki yüz min günahından keçər, iki yüz min dəfə məqamını ucaldar və bədənindəki hər bir tükün sayına bir ilin ibadətini yazar.”3

Bu bəyanlar, qadınların hüquq barəsində İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) bizə çatan ən ali və yaxşı göstərişlərdir.

Kişinin vəzifəsidir ki, ailə həyatının mühitində öz zövcəsi ilə ədəb və kəramətlə rəftar edib, onun xətalarının üstündən keçsin. Zövcəsinin pis rəftarı müqabilində səbirli olsun ki, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) buyurduğu əzəmətli mükafatı ələ gətirə bilsin.

Şübhəsiz ki, ailə həyatında müxtəlif narahatçılıqlar baş verir. Bə`zən ərlə arvadın əxlaqi xüsusiyyətlərinin müvafiq olmaması üzündən bir sıra çəkişmələrə və mübahisələr olur. Bu halətdə, ər-arvadın biri digərinə qarşı soyuq münasibət göstərir. Əgər bu halətin qarşısı alınmasa, nəticədə təlağa səbəb olar. Xüsusilə, ruzigarın isti soyuğunu dadmayan və həva-həvəslərinə uyan cavanlar, tez hövsələdən çıxıb bir-birinə qarşı intiqam almaq fikrinə düşürlər.

Belə amillərin qarşısını almaqdan ötrü İslam dini, ər-arvada bağışlamaq, bir-birinin xətalarına göz yummaq və hüququna riayət etməyi sifariş edir.

İshaq ibni Əmmar, İmam Sadiq (əleyhissalam)-dan kişi ilə zövcənin hüquqlarından soruşur! Həzrət cavabında buyurur:

"Zövcənin qarnını tox et, bədənini ört və xətalarına göz yum. İbrahim (əleyhissalam) Saradan Allaha şikayət edir. Allah ona vəhy göndərir: Zövcə quru əyri ağac kimidir. Əgər onu düzəltmək istəsən, tez sınar. Əgər onu azad etsən vücudundan bəhrələnə bilərsən. (Zövcə ilə pis əxlaq münasibətdə olmaq narahatçılıqdan başqa bir nəticə verməz.)”1

Kişinin ailə həyatında diqqət etməli ən mühüm mövzu budur ki, bilsin, zövcəsi həyatında onun şərikidir. Onun əsiri və xidmətçisi deyil. Ona görə də, şər`i cəhətdən kişinin haqqı yoxdur ki, qadını iş görməyə vadar etsin, yaxud onun əl muzduna şərik çıxsın. Mühüm budur bilsin ki, həyat yoldaşına kömək etməlidir .Mə`sum İmamlarımız (əleyhimussalam) kişinin zövcəsinə kömək etməsinə görə qazandığı çoxlu savabları nəql etmişlər. Onlardan bə`zilərinə işarə edirik .



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin