HAKİMLƏ ƏHALİNİN QARŞILIQLI HÜQUQLARI
Həzrəti Əli (əleyhissalam) bu barədə, Nəhcül-bəlağədə buyurur: “Ay camaat! Mənim sizin boynunuzda və sizin də mənim boynumda haqqınız vardır. Amma sizin mənim boynumda olan haqqınız budur ki, sizə nəsihət edim və qənimət və hüquqlarınızı bərabər şəkildə sizə çatdırım.
Sizə öyrədim ki, nadan olmayasınız. Sizi tərbiyət edim ki, öyrənəsiniz. Amma mənim sizin boynunuzda olan haqqım budur ki, beytinizdə qalasınız, gizlin və aşkarda dost və ixlaslı olmaq, sizi nə vaxt çağırsam cavab vermək, sizə əmr etdiymə tabe olmaq."
Bu qarşılıqlı hüquqlarda Həzrət, cəmiyyətdə nəsihət və moizə etmək, iqtisadi və maliyyat məsələlərini insanlara öyrədib tərbiyə etməyin hakimə vacib olduğunu vurğulayır. Hakim, cəmiyyətin maliyyatını və elmi səviyyəsinin şəraitini hazırlamalıdır.
Amma, hökumətin (əhalinin) haqqı isə evində sabitqədəm olmaq, gizlin və aşkarda hakimi moizə etmək, hakimin də`vətinə cavab vermək və işlərdə ona tabe olmaqdır.
Başqa yerdə həzrət Əli (əleyhissalam) belə buyurur:
"Allah-talanın buyurduğu ən böyük vacib olan hüquqlardan biri, hakimin rəiyyətə və rəiyyətin də hakimə olan haqqıdır. Bu, Allahın onlardan hər birinin digərinin boynuna qoyduğu vacibdir. Bu hüquqlara riayət etməyi onlara, nəzm, ülfət, dostuluq və izzət kimi qərar vermişdir. Hakimləri saleh olmayınca rəiyyətin işləri sabit olmayacaq.
Hakimlər sabit qədəm, möhkəm və haqqa riayət etməyincə, islah olmazlar. Əgər bu iki təbəqə cəmiyyətdə bir-birinin haqqını əda etsələr, din onlar arasında əziz olar, yolları və ədalətləri yerində qalar, ədalət nişanələri, möhkəmlik və İlahi qanunlar öz yerində icra olunar. Bu əsaslara riayət etməklə, zəmanə saleh zəmanə olar. Hökumətin davamı çoxalar. Düşmənlərin tamahları ümidsizliyə çevrilər.”1
Həzrət sözlərinin davamında buyurur:
“Lakin, əgər rəiyyət, hakiminin fərmanına baş qoşmasa, yaxud, hakim rəiyyətə zülm rəva bilsə, o vaxt ixtilaf yaranacaq və zülm çoxalacaq. Dinin xarab olmasına səbəb olanlar dinə daxil olacaq. İlahi qanunlar öz yolundan çıxacaq, həva və həvəslərə əməl olunar. İlahi hakimlərin icrası tə`til olar. Xüsusi və ictimai xəstəliklər zühur edər. Bir daha tə`til olunmuş əzəmətli hüquqlardan qorxan və çəkinən olmaz. Böyük cinayətlərin pisliyi aradan gedər, nəticədə saleh və yaxşılar zəlil olarlar. Əşrar və pis fitrətli şəxslər əziz olub, bəndələrin günahları Allah yanında böyük görünər. “
Bu xütbədə, həzrət, hökumətin davamının səbəbləri, hakimlə millət arasında sülh və səfanın olması, nəticədə, cəmiyyətin saədətə nail olmasına işarə etmişdir. Xütbənin başqa qismində bunların əksinə, hökumətin dağılması, cəmiyyətdə aramlıq və əmniyyətin olmaması, yaxşı və saleh şəxslərin ölkədən getmələri, cəmiyyətin iflası, şər və fasid şəxslərin cəmiyyətin işlərini ələ almaları səbəblərinə işarə edir, nəticədə, dini nişanələrin tə`til olub zəlaləti, fasidliyi və cəmiyyətin dağılması bayrağının dalğalanması qeyd olunur.
İmam Əli (əleyhissalam) sərhəd əsgərlərinə yazdığı məktubda belə işarə edir:
“Hakimə şübhəsiz vacib olan haqdan biri budur ki, ona çatan ne`mət və fəzli rəiyyətdən əsirgəməsin və yolunu dəyişməsin. Ona yetişən xüsusi hədiyyələrdən də rəiyyəti məhrum etməsin. Allah-talanın onun qismətinə ayırdığı ne`mətdən bəndələrə versin ki, onlara yaxın olsun. Qardaşlarına qarşı mehriban olsun və öz mehribançılığından qardaşlarını bəhrələndirsin1 “
Həzrət Əli (əleyhissalam) buyurduğu hər bir şeyə əməl edən idi. Doğurdan da, qısa müddətli hökuməti ədalətli hökumət olub. Cəmiyyətə qarşı mehriban ata kimi olmuşdur. Həzrət özü buyurur:
“Məgər mənə əmirəl-mö`minin dedildiynə qənaət edib, əhalinin giriftarçılıq günlərində onlara kömək göstərməyim? Xeyir! Heç vaxt belə ola bilməz “2
Həzrəti Zeynalabidin (əleyhissalam) buyurur:
“Hakim, mehriban ata kimi cəmiyyətin üzvlərini öz övladları yerində bilib, onlar arasında bərabərliyə riayət etməlidir. Bu mətləb, həzrəti Əli (əleyhissalam)-ın qısa müddətli hökuməti dövründə əməli olur. İmam Əli (əleyhissalam) özünün Malik-Əştərə yazdığı məşhur məktubunda onu bu mövzuya əməl etməsinə tövsiyə edərək, buyurur:
“Öz qəlbini, mehribançılıq və dostluqla əhalini tanış et. Onların qənimətini udmağa hazır olan canavar kimi olma. Çünki, insanlar iki dəstədirlər: Ya sənin din qardaşlarındır, yaxud da, əsl insaniyyətdə və yaranışda səninlə birdilər”1
Həzrət Səccad (əleyhissalam) buyurur: Rəiyyət və əhalinin xətaları vardır. Hakim onları görməməzliyə vurub bağışlamalıdır.
Həzrəti Əli (əleyhissalam) Malikə yazdığı məktubda buyurur:
“Əhalinin bə`zi eybləri və çirkinlikləri vardır. Onların üstünü örtməyə ən layiq şəxs, hakimdir!"
Belə olan halda, əhalinin sənə gizlin olan eybləri ilə maraqlanma çünki, sənə aşikar olan eybləri örtmək sənə vacibdir!
Bu qismətdə hakimin cəmiyyətdə müdiriyyət vəzifələrindən biri sayılan, eybləri biləndə özünü qəflət və görməməzliyə vurması mövzusuna işarə olunur.
İmam Səccad (əleyhissalam)-ın rəiyyətin haqqı barəsindəki mövzusu, hakimin insanlara hökumət etməsi ne`məti müqabilində Allaha şükür etməsidir. Hakim bilməlidir ki, özündən heç bir şeyi yoxdur. Bu qüdrəti ona, Allah mərhəmət etmişdir. O, zəif və zəlil bəndədir. İmam Əli (əleyhissalam) Malik Əştərə sifarişində buyurur:
“Əgər öz hökumətinlə, özündə qürur və təkəbbür hiss etsən, Allahın mülkünün əzəmətinə bax. Hər şey Onundur. Allah, bu qüdrəti imtahan etməkdən ötrü sənin ixtiyarında qoyub. Belə olan halda yaxşı olar ki, hakim, bu İlahi ne`mətə şükür etsin!“
Dostları ilə paylaş: |