İmmunologiya ixtisası üzrə test sualları Bölmə Ümumi immunologiya 1 İmmun sistemin mərkəzi orqanları hansıdır?



Yüklə 1,64 Mb.
səhifə1/16
tarix30.06.2018
ölçüsü1,64 Mb.
#55307
  1   2   3   4   5   6   7   8   9   ...   16

İmmunologiya ixtisası üzrə test sualları

Bölmə 1. Ümumi immunologiya

1) İmmun sistemin mərkəzi orqanları hansıdır?
A) Dalaq

B) Limfa düyünləri

C) Timus, sümük iliyi

D) Sümük iliyi

E) Periferik qan
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.88
2) İmmun sistemin tərkibinə hansı daxildir?
A) Ağciyərlər

B) Mədəaltı vəzi

C) Qaraciyər, periferik qan

D) Sadalananların hamısı

E) Ürək
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.24
3) B-limfositlərin limfopoezi harada baş verir?
A) Limfa düyünlərində

B) Çəngələbənzər vəzidə

C) Dalaqda

D) Bağırsağın Peyer yastıqcıqlarında

E) Sümük iliyində
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.85
4) T-limfositlərin limfopoezi harada baş verir?
A) Limfa düyünlərində

B) Dalaqda

C) Timus vəzidə

D) Sümük iliyində

E) Fabrisius kisəsində
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.26
5) Adaptiv immunitet hansı xüsusiyyətlərə malikdir ?
A) İrsən ötürülür

B) Mieloid sırası hüceyrələri vasitəsi ilə baş verir

C) Antigendən asılı olmadan funksiyasını göstərir

D) Limfoid hüceyrələrlə baş verir ; immunoloji yaddaş hüceyrələrini formalaşdırır

E) Limfoid və mieloid sırası hüceyrələri vasitəsi ilə baş verir
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.76
6) Komplement sisteminin aktivasiyasına hansı təsir etmir ?
A) Hüceyrənin məhvi

B) Xemotaksisin güclənməsi

C) Tosqun hüceyrələrin, bazofillərin deqranulyasiyası

D) İltihabın inkişafının güclənməsi

E) İnfeksiyanın persistensiyasının güclənməsi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.52
7) T- və NK – hüceyrələrinin sitolitik aktivliyinin həyata keçməsində hansı iştirak etmir ?
A) Perforin

B) Sadalananların hamısı

C) Sadalananların heç biri

D) Qranzim

E) CD 28 ; komplement ; İL-2
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.79
8) İki təsadüfü şəxs üçün toxuma uyuşanlığının bütün antigen dəstinin üst-üstə düşmə ehtimalı nə qədərdir?
A) 1 : 1 000

B) 1 : 100 000

C) 1: 100

D) 1: 1 000 000

E) 1 : 10 000
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.стр.95
9) Epidermal allergen mənbəyinə hansı aiddir?
A) Ağcaqanad

B) Pişiyin ağız suyu

C) Sadalananların hamısı

D) Gənə


E) İt tükü, at kəpəyi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
10) Homositotrop əkscisim izotipləri hansıdır?
A) İg M

B) Sadalananların hamısı

C) İgG 4; IgE

D) İg D


E) İgA
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.145
11) B-limfositlər hansı funksiyanı yerinə yetirmir?
A) Tez tipli hiperhəssaslıq reaksiyasının yaranmasına imkan verir

B) İmmuntənzimləyici

C) Yaddaş hüceyrələrini formalaşdırır

D) Sadalananların heç birini

E) Ləng tipli hiperhəssaslıq reaksiyasının yaranmasına imkan verir
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.85
12) Anadangəlmə immunitet reaksiyasının realizə olmasında hansı iştirak edir?
A) Yalnız makrofaqlar

B) T-limfositlər

C) Yalnız NK-limfositlər

D) NK-limfositlər; monosit\makrofaqlar; neytrofillər

E) B-limfositlər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.18
13) Tosqun hüceyrələr necə xarakterizə olunur?
A) Heterogen

B) Bazofil qranulositləri

C) Bircinsli

D) Mononuklear faqositlər

E) Mieloid başlanğıcının sələfləri
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.78
14) Th-1 hüceyrələri nədən müdafiəni təmin edir?
A) Selikli qişaların hüceyrələri ilə əlaqədar patogenlərdən

B) Sadalananların hamısından

C) Hüceyrə xarici patogenlərdən

D) Sadalananların heç birindən

E) Hüceyrə daxili patogenlərdən
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il,səh.84
15) İmmunitet halı hansı sistemin funksiyası ilə müəyyən olunur?
A) Hormonal sistemin

B) Mərkəzi sinir sisteminin

C) Qanyaradıcı sistemin

D) Limfoid sistemin

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.24
16) İnsanın toxuma uyuşanlığının antigenlərinin II sinfi nəyi təmin edir?
A) Sadalananların hamısını

B) Yadcinsli agentlərə spesifik sitotoksiki cavabı

C) Sadalananların heç birini

D) Yadcinsli agentlərin tanınmasını

E) İmmun cavabın supressiyasını
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.72
17) Bunlardan hansı ağciyər eozinofiliyası deyildir?
A) Atopik bronxial astma

B) Allergik bronx-ağciyər aspergillezi

C) Allergik bronx-ağciyər aspergillezi; tropik eozinofiliya

D) Düyünlü arteritin ağciyər variantı

E) Tropik eozinofiliya
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.стр.179
18) Aşağıda sadalalardan hansı infeksion allergenə aiddir?
A) Yovşan tozcuğu

B) Portağal

C) Streptokokk

D) Arı zəhəri

E) İlan zəhəri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.стр.164
19) İnsanda tosqun hüceyrələr harada daha zəngindir?
A) Sadalananların heç birində

B) Periferik qanda

C) Dəri, ağciyər toxumasında

D) Sadalananların hamısında

E) Mədə-bağırsaq yolunda
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.78
20) Komplementin klassik yolla aktivasiyasında hansı iştirak edir?
A) İgE

B) Sadalananların hamısı

C) İg G

D) İg A


E) İg D
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.54
21) Komplementin alternativ yolla aktivasiya mexanizmində hansı iştirak edir?
A) Sadalananların heç biri

B) Aktivləşmiş faqositlərin faqosom məhsulları

C) Antigen-anticisim kompleksi

D) Bakterial membranın spesifik şəkərinin aktivasiyası

E) Təbii killerlərin sitokinləri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.55
22) Bunlardan hansı insanın immun statusunu xarakterizə edir?
A) Müəyyən müddət ərzində konkret immunitet göstəricilərinin dəyişmə dinamikası

B) Sadalananların hamısı

C) İmmun cavabı müəyyən edən komponentlərin miqdarca və funksional xarakteristikası

D) İnfeksion xəstəliklərə fərdi davamlılıq

E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.300
23) Tosqun hüceyrələrin deqranulyasiyası hansı müddət ərzində baş verir?
A) Günlərlə

B) Aylarla

C) Saniyələrlə

D) Həftələrlə

E) Saatlarla
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.78
24) İnsekt allergenlər mənbəyi hansıdır?
A) Sadalananların hamısı

B) Tarakan, ağcaqanad

C) Pişik tükü

D) Ev tozu gənəs (dermatofaqoides cinsi)

E) Dafniya
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.411
25) Limfoid orqanların T-zonası hansıdır?
A) Parakortikal zona

B) Sadalananların hamısı

C) Follikulalar

D) Marginal zona

E) Medulyar bağlar
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.26
26) İg E sintezinin induksiyasında hansı iştirak etmir?
A) NK-limfositlər

B) B-hüceyrə

C) Neytrofillər; NK-limfositlər

D) T-hüceyrə

E) Makrofaqlar
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.112
27) T-supressorların əsas funksiyası hansıdır?
A) Yalnız humoral immunitet reaksiyasını tormozlayır

B) Hüceyrə və humoral immunitet reaksiyasını tormozlayır

C) T-limfositlərin funksiyasını gücləndirir

D) Yalnız hüceyrə immuniteti reaksiyasını tormozlayır

E) Neytrofil qranulositləri ilə faqositozu gücləndirir
Ədəbiyyat: A.A.Əyyubova ,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.79
28) Bunlardan hansı makrofaqların əsas funksiyası deyildir?
A) Bakteriyaların destruksiyası və udulması

B) Sitokin,ferment və s. molekulalarının sekresiyası

C) İmmunoqlobulinlərin sintezi

D) Şiş hüceyrələrinin destruksiyası

E) Toxumaların reotəşkili və yaranın bitişməsi
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.99
29) Bakterial allergenlərlə dəri sınaqları nə vaxt aparılır?
A) Pollinozlu bütün xəstələrdə

B) Bronxial astması olan bütün şəxslərdə

C) Sadalananların hamısında

D) Mütləq allergiyası olan bütün şəxslərdə

E) Bakterial allergiyaya şübhə olduqda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412
30) Monoklonal əkscisimlərin vasitəsi ilə immun statusu qiymətləndirmək üçün hansı metoddan istifadə olunur?
A) Aqqlütinasiya

B) Presipitasiya

C) Sitoflüorimetriya

D) Komplementin birləşmə reaksiyası

E) Radial immundiffuziya
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.304
31) İg G anticisimi necə xarakterizə olunur?
A) Sadalananların heç biri doğru deyildir

B) Fab –fraqmentlərinin tərkibində olması

C) Komplementi birləşdirə bilməməsi

D) Bakteriyaların opsonizasiya imkanı, plasentadan keçə bilməsi

E) Sadalananların hamısı doğrudur
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.105
32) Allergik xəstəliklərin patogenezində İg M əkscisminin iştirakı necə xarakterizə olunur?
A) İL- 1 makrofaqlarının sintezinin artması

B) Sadalananların hamısında iştirak edir

C) İmmun komplekslərin , II və III tip allergik reaksiyaların formalaşmasında iştirakı

D) Tosqun hüceyrələrin reseptorları ilə əlaqəsi

E) Tosqun hüceyrələrin deqranulyasiyasının induksiyası
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.107
33) Allergiya zamanı allergik reaksiyaların (“şok”) hədəf orqanları hansıdır?
A) Qaraciyər

B) Dalaq


C) Böyrəklər

D) Bronxlar, dəri

E) Heç bir cavab düzgün deyil
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502
34) Faqositozun defekti necə xarakterizə olunur?
A) Virus infeksiyaları ilə

B) Sadalananların heç biri ilə

C) Sadalananların hamısı ilə

D) Bakterial infeksiyalarla ; göbələk infeksiyaları ilə

E) Parazitar infeksiyalarla
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.257
35) Komplement sisteminin klassik yolla aktivasiya mexanizmində hansı iştirak edir?
A) Antigen-əkscisim kompleksi

B) İL-2


C) Ig E

D) İnterferon

E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.54
36) İg M əks-cisminin məlum olan formaları hansıdır?
A) Monomer

B) Pentamer

C) Tetramer

D) Dimer


E) Oktamer
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.104
37) Bunlardan hansı Fc- reseptorları ilə qarşılıqlı təsirdə olur?
A) V-domen immunoqlobulinləri

B) C-domen immunoqlobulinləri

C) Sadalananların hamısı

D) Anticisimlərlə kompleks əmələ gətirən antigenlər

E) L-zəncirli immunoqlobulinləri
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.54
38) İmmungenetika immunologiyanın hansı bölməsidir?
A) İmmunitet haqqında

B) Qocalma prosesində immunoloji funksiyaların involyusiyasının əhəmiyyəti haqqında

C) İmmun cavabın genetik nəzarəti haqqında

D) İmmun sistemin inkişafı haqqında

E) Anticisimlər(əkscisimlər) haqqında
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.223
39) İltihaba qədər proseslərdə hansı qranulositlər iştirak edir?
A) Meqakariositlər

B) Sadalananların hamısı

C) Monositlər

D) Sadalananların heç biri

E) Neytrofillər, eozinofillər,bazofillər
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.104
40) Proiltihab sitokinlərinə hansı aiddir?
A) İL-1

B) İL-3


C) İL-2

D) İL-16


E) İL-4
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.99
41) Aşağıdakılardan hansı zərdab xəstəliyinin inkişafını törətmir?
A) Zərdablar

B) Penisillin

C) Vaksinlər

D) Sadalananların hamısı

E) Həzm fermentləri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.413
42) Bunlardan hansı hüceyrə immuniteti reaksiyasını həyata keçirir?
A) Dendrit hüceyrələri

B) Plazmatik hüceyrələr

C) Monositlər\makrofaqlar

D) T-limfositlər

E) B-limfositlər
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.99
43) Orqanizmin qeyri-spesifik müdafiə faktorlarına hansı aid deyil?
A) Komplement sistemi və faqositoz

B) Virus əleyhinə anticisimlər

C) Toxumaların bakterisid substansiyası,hidrolitik fermentlər

D) İnterferon və limfokinlər

E) Lizosim,NK və K-hüceyrələr
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.33
44) Bunlardan hansı immun reaktivlik fenomeninə aid deyil?
A) İmmunoloji tolerantlıq

B) Anticisimgenez

C) Ləng tipli hiperhəssaslıq

D) Tez tipli hiperhəssaslıq

E) Toxumaların bakterisid substansiyası
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.16
45) Aşağıdakılardan hansı immun cavabdeh hüceyrələrə aiddir?
A) T-limfositlər, B-limfositlər, makrofaqlar

B) Eritrositlər

C) Sadalananların hamısı

D) Sadalananların heç biri

E) Trombositlər
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.126
46) İmmun cavabın humoral tənzimlənməsini hansı həyata keçirmir?
A) Sümük iliyinin humoral amilləri

B) Makrofaqların humoral amilləri

C) Timus vəzinin humoral faktorları

D) Hüceyrələrin funksional fəallığını artıran və ləngidən amillər

E) Timus vəzinin epitelial hüceyrələri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.52
47) İmmun cavabın üç hüceyrə kooperasiyasında hansı iştirak edir?
A) Komplement

B) Differensasiya olmamış hüceyrələr və neytrofillər

C) Sadalananların heç biri

D) Sadalananların hamısı

E) T-limfositlər, B-limfositlər, makrofaqlar
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.137
48) Histouyğunluğun əsas geni necə işarə olunur?
A) RHLA

B) RLA


C) DLA

D) JPLA


E) HLA
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.72
49) Antigeni səciyyələndirən əlamətlərdən hansı əsas deyil?
A) Spesifiklik

B) Yadlıq

C) Qeyri-spesifiklik

D) İmmungenlik

E) Antigenlik
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.68
50) Antigen yeridildikdən sonra qanda birincili immun cavab nə zaman əmələ gəlir?
A) 1-2 günə

B) 5-6 günə

C) 10-12 günə

D) 7-10 günə

E) 3-4 günə
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.64
51) İnsanda olan immunoqlobulinlərin neçə tipi vardır?
A) 4

B) 5


C) 3

D) 6


E) 7
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.100
52) Tez tipli hiperhəssaslığın inkişafında aparıcı rol oynayan əsas hədəf -hüceyrə hansıdır?
A) Tosqun hüceyrələr

B) Neytrofillər

C) Makrofaqlar

D) Eritrositlər

E) Limfositlər
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.73
53) Ləng tipli hiperhəssaslığın əmələ gəlməsində iştirak edən əsas hüceyrə hansıdır?
A) Monosit

B) T-limfosit

C) Bazofil

D) B-limfosit

E) Makrofaq
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.82
54) Allergiyanın diaqnostikası üçün hansı üsuldan istifadə olunur?
A) Sadalananların hamısı

B) Dəri-allergik sınaqlar; Ig E-nin qanda miqdarı; Radioallerqosorbent test

C) T- və B-limfositlərin təyini

D) Neytrofillərin faqositozu

E) Komplementin birləşmə reaksiyası
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
55) Autoimmun xəstəliklərin əmələ gəlməsində hansı aparıcı rol oynayır?
A) T-helperlər

B) B-limfositlər

C) Makrofaqlar

D) T-killerlər

E) T-supressorlar
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.225
56) Bunlardan hansı humoral immuniteti qiymətləndirmənin üsulu deyildir?
A) Mançininin radial immunodiffuziya üsulu ilə immunoqlobulinlərin təyini

B) Fitohemaqqlütininlə blasttransformasiya reaksiyası; faqositoz

C) Sadalananların heç biri

D) Siçanın eritrositləri ilə rozet əmələgəlmə reaksiyası

E) Lipopolisaxaridlərlə blasttransformasiya reaksiyası
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.36
57) Bunlardan hansı hüceyrə immunitetini qiymətləndirmənin üsulları deyildir?
A) Radial immundiffuziya metodu

B) Siçan eritrositləri ilə rozet əmələgəlmə reaksiyası

C) Qoyun eritrositləri ilə rozet əmələgəlmə reaksiyası

D) Fitohemaqqlütininlə blasttransformasiya reaksiyası

E) Makrofaq və leykositlərin miqrasiyasının ləngiməsi reaksiyası
Ədəbiyyat: Р.В.Ретров «Иммунология» 1987 г. стр.36
58) Hüceyrə immunitetinin defekti zamanı immun cavabın xarakteri nəyə qarşı pozulur?
A) Virus infeksiyalarına

B) Həll olmamış yad antigenlərə

C) Orqanizmin transformasiya olmuş hüceyrələrinə

D) Yad antigenlərə

E) Hüceyrədaxili parazitar infeksiyalara
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.52
59) Humoral immunitetin defekti zamanı immun cavabın formalaşması nəyə qarşı pozulur?
A) Həll olmuş yad antigenlərə

B) Yad hüceyrələrə

C) Viruslara

D) İbtidailərə

E) Sadalananların hamısına
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.52
60) Aşağıdakilardan hansı T-limfositlərin populyasiyasına daxil deyil?
A) T-limfosit-supressorlar

B) T-limfosit-effektorlar

C) T-limfosit-köməkçilər

D) T-limfosit- killerlər

E) Bircinsli hüceyrələrdir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.56
61) Bunlardan hansı T-limfosit-effektorların funksiyasına aid deyil?
A) Ləngimə tipli hiperhəssaslıq reaksiyalarında əsas rol oynayır

B) Şiş əleyhinə immuniteti həyata keçirir

C) Tez tipli hiperhəssaslıq reaksiyasını həyata keçirir

D) Virus əleyhinə immuniteti həyata keçirir

E) Transplantasiya immuniteti reaksiyasını həyata keçirir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.56
62) T-limfosit-köməkçinin funksiyası hansıdır?
A) Anticisim əmələgəlməsini tormozlayır

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) B-limfositlərin proliferasiyasını və anticisim əmələgətirən hüceyrələrə differensasiyasını stimulə edir

E) Ləngimə tipli hiperhəssaslıq reaksiyasını təmin edir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.56
63) Bunlardan hansı T-limfosit supressorların funksiyasına aid deyil?
A) Ləngimə tipli hiperhəssaslıq reaksiyasını tormozlayır

B) T-effektorların funksiyasını gücləndirir

C) Qeyri-spesifik T-limfosit-köməkçini süstləşdirir

D) Anticisim hüceyrələrinə B-limfositlərin differensasiyasını tormozlayır

E) Anticisim sintezini tormozlayır
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.56
64) Mononuklear faqositar sistemə hansı aiddir?
A) Qanın monositləri, toxuma makrofaqları

B) Sadalananların hamısı

C) Bazofil qranulositləri

D) Eozinofil qranulositləri

E) Neytrofil qranulositləri
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.113
65) Bunlardan hansı makrofaqların funksiyasına aid deyil?
A) Şiş əleyhinə və virus əleyhinə immunitetdə iştirak edir

B) Anticisim hasil edən hüceyrədir

C) Obliqat hüceyrədaxili mikroorqanizmlərdən müdafiəni təmin edir

D) Qeyri-metabolik ,qeyri-üzvi materialları kənarlaşdırır

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.56
66) İmmun sistemin qiymətləndirilməsində hansı iştirak etmir?
A) İmmunitetin T-sistemi

B) Kinin sistemi

C) İmmunitetin B-sistemi

D) Faqositoz sistemi

E) Komplement sistemi
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.302
67) Allergik xəstələrdə immunoloji statusun qiymətləndirilməsində hansı əsas göstərici deyil?
A) Allergik xəstəliyin kəskinləşməsi

B) Ağır sindrom və sistem reaksiyaları

C) Ənənəvi müalicə metodunun qeyri-effektliyi

D) Spesifik diaqnostikanın çətinliyi

E) Xəstəliyin qeyri-tipik ağır klinikası
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.174
68) İmmunoqlobilinlər harada sintez olunur?
A) T-limfositlərdə

B) Plazmatik hüceyrələrdə

C) Sadalananların hamısında

D) Makrofaqlarda

E) Polimorfnüvəli leykositlərdə
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.100
69) İmmunoqlobulin İgG molekulasının tərkibi necədir?
A) Kovalent rabitələrlə birləşmiş 2 yüngül polipeptid zəncirdən ibarətdir

B) Kovalent rabitələrlə birləşmiş 1 ağır və 1 yüngül polipeptid zəncirdən ibarətdir

C) Öz aralarında disulfid rabitələrlə birləşmiş 2 ağır və 2 yüngül polipeptid zəncirdən ibarətdir

D) Disulfid rabitələrlə birləşmiş 1 ağır və 1 yüngül polipeptid zəncirdən ibarətdir

E) Disulfid rabitələrlə birləşmiş 2 yüngül polipeptid zəncirdən ibarətdir
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.100
70) Allergik reaksiyaların formalaşmasında immunoqlobulin İgM rolu nədədir?
A) Allergik reaksiyaların formalaşmasında heç bir rol oynamır

B) Yerli immunitetdə iştirak edir

C) İmmunkompleks allergik reaksiyalarda iştirak edir

D) Tez allergik reaksiyalarda iştirak edir

E) Ləngimə hiperhəssaslığının patogenezində iştirak edir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.85
71) Allergik reaksiyaların formalaşmasında immunoqlobulin İgA rolu nədədir?
A) Tez tipli allergik reaksiyalarda

B) Yerli immunitet sisteminin (s IgA) və müxtəlif mənşəli allergenlərin neytrallaşmasının ümumi sisteminin formalaşmasında

C) Ləngimə tipli hiperhəssaslıq reaksiyalarında

D) Allergik reaksiyaların formalaşmasında heç bir rol oynamır

E) İmmunkompleksli allergik reaksiyalarda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.89


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin