İmmunologiya ixtisası üzrə test sualları Bölmə Ümumi immunologiya 1 İmmun sistemin mərkəzi orqanları hansıdır?



Yüklə 1.64 Mb.
səhifə10/16
tarix30.06.2018
ölçüsü1.64 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

640) Hansı daha çox prolongir təsirə malikdir?
A) Setirizin

B) Astemizol

C) Loratadin

D) Sadalananların hamısı

E) Terfenadin
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.206
641) Hansı terapevtik dozada sedativ təsirə malik deyil?
A) Sadalananların hamısı

B) Peritol,teralen,histril

C) Dimeral,antazolin,sikilizin

D) Dokserqan,antizan,mereprin

E) Loratazin,astemizol,terfenadin,akrivastin
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.206
642) Kliniki göstəricilərə görə H-1-antihistamin preparatları hansı xəstələrdə tətbiq olunur?
A) Sadalananların hamısı

B) İnfeksion-allergik bronxial astma

C) Pollinoz

D) Astmatik hal

E) Sadalananların heç biri
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.206
643) İntalın təsir mexanizmi nədədir?
A) Antiprostaqlandin təsirdə

B) Tosqun hüceyrələrin membranına stabilləşdirici təsirdə

C) Bronxgenişləndirici təsirdə

D) Antifosfolipaz təsirdə

E) Sadalananların hamısında
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.206
644) Kliniki göstəricilərə görə intal hansı xəstələrdə tətbiq olunur?
A) Pollinoz

B) Sadalananların hamısı

C) Xroniki residivləşən övrə

D) İnfeksion-allergik bronxial astma

E) Astmatik hal
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.206
645) İntalı inqalyasiya formasında istifadə edərkən maksimal terapevtik doza hansıdır?
A) 80 mq

B) 160 mq

C) 120 mq

D) 40 mq


E) 140 mq
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.206
646) İntalın inqalyasiya tətbiqinin optimal müddəti hansıdır?
A) 1 ay

B) 2 həftə

C) 1,5 ay

D) 2 ay


E) 3-4 ay
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.206
647) Allergik rinitin müalicəsi üçün intalın dərman forması hansıdır?
A) Lomuzol

B) Sadalananların hamısı

C) Frenal

D) Optikrom

E) Nalkrom
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г. ,cтр.206
648) Allergik konyuktivitin müalicəsi üçün intalın dərman forması hansıdır?
A) Sadalananların hamısı

B) Frenal

C) Lomuzol

D) Optikrom

E) Nalkrom
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.206
649) Xəstələrə nə zaman intalın tətbiqi əksgöstərişdir?
A) Sadalananların hamısında

B) Qida allergiyasında

C) Allergik konyuktivitdə

D) Kəskin boğulma pristupunda

E) Allergik rinitdə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
650) Aşağıdakılardan hansı intalabənzər təsirə malikdir?
A) Zaditen

B) Dimedrol

C) Sadalananların hamısı

D) Peritol

E) Bikarfen
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
651) Zaditenin tətbiqinin optimal müddəti nə qədərdir?
A) 1 ay

B) 2 həftə

C) 6 ay

D) 1 il


E) 2 ay
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
652) Bunlardan hansı daha qabarıq iltihab əleyhinə, allergiya əleyhinə təsirə malikdir?
A) İntal

B) Tayled

C) Fenistil

D) Zirtek

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
653) Xəstələrə nə zaman tayledi təyin etmək olar?
A) Kəskin boğulma pristupunda

B) Bronxlarda iltihab prosesinin kliniki təzahürü ilə bronxial astma olduqda

C) Sadalananların hamısında

D) Astmatik halda

E) Sadalananların heç birində
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
654) Terapiyanın bazis preparatı kimi intal və tayleddən nə zaman istifadə olunur?
A) Bronxial astmanın profilaktikası zamanı

B) Ağır gedişatlı bronxial astma zamanı

C) Yüngül gedişatlı bronxial astma zamanı

D) Orta ağırlıqda bronxial astma zamanı

E) Yüngül və orta-ağır gedişatlı bronxial astma zamanı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
655) Tayled hansı formada istifadə olunur?
A) Sirop

B) İynə


C) Burun üçün damcı

D) İnqalyasiya üçün aerozol

E) Həb
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
656) Hansı rejim tayledin istifadəsi üçün məqsədəuyğundur?
A) İlkin mərhələdə sutkada 4 dəfə,sonra ikiqat qəbula keçmək

B) Həftəlik fasilə ilə 3 gün tsikli üzrə sutkada bir dəfə

C) Həftədə bir dəfə

D) Sutkada iki dəfə

E) Sutkada bir dəfə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
657) Tayledin tətbiqinin optimal müddəti hansıdır?
A) 2 ay

B) 1,5 ay

C) 3-4 ay

D) 1 ay


E) 2 həftə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
658) Tayledin tətbiqi zamanı hansı yan təsirlər olur?
A) Aqranulositoz

B) Eritema

C) Diareya

D) Dəridə və selikli qişada hemorragik səpgi

E) Ağızda acılıq
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
659) Spesifik immunoterapiya nə zaman geniş istifadə olunur?
A) Epidermal allergiya zamanı

B) Qida allergiyası zamanı

C) Bakterial allergiya zamanı

D) Pollinoz zamanı

E) Göbələk allergiyası zamanı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545
660) Qida allergiyasının əsas spesifik metodu hansıdır?
A) Eliminasiya

B) Sadalananların hamısı

C) Sadalananların heç biri

D) Parenteral hiposensibilizasiya

E) Oral hiposensibilizasiya
Ədəbiyyat: Хаитов Р.М. «Иммунология» 2006 г., стр.188
661) Atopik xəstəliklərin spesifik terapiyasının daha radikal metodu hansıdır?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Allergenlərin tam eliminasiyası

D) Allergenlərin qismən eliminasiyası

E) Spesifik immunoterapiya
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.186
662) Atopik xəstəliklər zamanı allergenlərin qeyri-tam eliminasiyası hansı ilə əlaqədardır?
A) Genetik faktorlarla

B) Allergenlərin növü ilə

C) Yaş ilə

D) Sadalananların hamısı ilə

E) Endokrin xəstəliklər ilə
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.186
663) Spesifik immunoterapiya nə zaman aparılır?
A) Sadalananların hamısında

B) Bütün allergik xəstəliklər zamanı

C) İnfeksion-allergik xəstəliklər zamanı

D) Allergenlə kontaktı kəsmək mümkün olmadıqda atopik xəstəliklər zamanı

E) Atopik xəstəliklər zamanı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545
664) Spesifik immunoterapiyanı kim aparır?
A) Allerqoloq-immunoloq

B) Terapevt

C) Ailə həkimi

D) Otorinolarinqoloq

E) Sadalananların hər biri
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545
665) Atopik bronxial astma zamanı nə zaman spesifik immunoterapiya aparılır?
A) Əsas xəstəliyin qabarıq kəskinləşməsi olmadıqda

B) Əsas xəstəliyin kəskinləşməsi başladıqda

C) Sadalananların hamısında

D) Spesifik diaqnostikanın dəqiq nəticələri olduqda

E) Xəstəliyin allergik mexanizmi aparıcı rol oynayırsa
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
666) Pollinoz zamanı spesifik immunoterapiya hansına əksgöstəriş deyil?
A) Kəskinləşmə mərhələsində xroniki infeksiyaya

B) Autoimmun xəstəliklərə

C) Hamiləliyə

D) Xroniki böyrək çatışmazlığına

E) Ürək-damar çatışmazlığına
Ədəbiyyat: Дранник Г.Н. «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
667) Dermatophagoides gənəsinə qarşı allergiyadan törənən atopik bronxial astmanın müalicəsi necə aparılır?
A) Payızda

B) Qışda


C) Yazda

D) Yayda


E) İlboyu
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
668) Allergen yeridilərkən yerli reaksiya zamanı nə etmək lazımdır?
A) Venadaxili 0,1 % adrenalin vurulur

B) İynə vurulan yerə yod sürtülür

C) Əzələdaxili qlükokortikosteroid vurulur

D) İynə vurulan yerə sarğı qoyulur

E) İynə vurulan yerə buz qoyulur
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.519
669) Bunlardan hansı paraproteinləri xarakterizə etmir?
A) Monoklonal immunoqlobulinlərdir

B) Mielom zülalıdır

C) Anticisim aktivliyinə malik olmayan,şiş plazmatik hüceyrələr klonundan sintez olunur

D) Strukturca homogen immunoqlobulindir

E) M-proteindir
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.338
670) Çoxlu mieloma sadalanan laborator tədqiqat göstəricilərindən hansı ilə müşayiət olunmur?
A) Sadalananların hamısı

B) M-qradient

C) EÇS-nin artması

D) Bens-Cons zülalı

E) Retikulositoz
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.338
671) Xəstələrin immunoloji müayinəsinin dinamikası necə həyata keçir?
A) Xəstə klinikaya daxil olarkən bir dəfə müayinə kimi

B) Xəstəlik müddətində immunoloji monitorinq kimi

C) Xəstənin ikiqat müayinəsi kimi

D) Xəstəlikdən sonra immunoloji monitorinq kimi

E) Dinamikada immunotrop terapiyanın istifadəsi zamanı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.
672) İlkin immundefisit halının səbəbi hansıdır?
A) Genetik pozulma, fermentlərin defisiti,embriogenez defektləri

B) Xroniki böyrək çatışmazlığı, fermentlərin defisiti

C) Xroniki böyrək çatışmazlığı, embriogenez defektləri

D) Xroniki böyrək çatışmazlığı

E) Genetik pozulma, xroniki böyrək çatışmazlığı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il.,səh.170
673) B-hüceyrə tipli ilkin immundefisit infeksiyası necə olur?
A) Virus

B) Göbələk

C) Bakterial, parazitar

D) Yalnız bakterial

E) Yalnız parazitar
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il., səh.170
674) B-hüceyrə tipi üzrə ilkin immundefisitlərin birinci kliniki əlamətləri nə zaman təzahür edir?
A) Yeniyetmə dövründə

B) Doğulduqdan bir aydan sonra

C) Gənclik dövründə

D) Doğulduqdan iki il sonra

E) Doğulduqdan 4-6 aydan sonra
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva“Klinik immunologiya” 2007-ci il., səh.170
675) B-hüceyrə tipi üzrə ilkin immundefisit zamanı hansı səviyyədə immun sistemin defekti olur?
A) Sümük iliyi

B) Dalaq


C) Timus

D) Mieloid sütun hüceyrə

E) Pre-B-hüceyrə
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il., səh.170
676) B-hüceyrə immundefisiti zamanı patogenetik əsaslandırılmış terapiya hansıdır?
A) Timik hormonların yeridilməsi

B) İmmunoqlobulinlərin yeridilməsi

C) Timusun transplantasiyası

D) Antibiotiklərin yeridilməsi

E) Dalağın transplantasiyası
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.170
677) T-hüceyrə immunitetinin ilkin immundefisiti zamanı hansı infeksiya daha çox rast gəlinir?
A) Bakterial infeksiya, göbələk infeksiyası

B) Parazitar infeksiya, virus infeksiyası,göbələk infeksiyası

C) Bakterial infeksiya, virus infeksiyası

D) Bakterial infeksiya, parazitar infeksiya

E) Bakterial infeksiya
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.170
678) İlkin T-hüceyrə immundefisitinin bunlardan hansı kliniki markeri deyil?
A) Residivlənən virus infeksiyası

B) Residivlənən piogen infeksiya

C) Timusun hipoplaziyası

D) Sadalananların hamısı

E) Qalxanabənzər ətraf vəzilərin patologiyası
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.170
679) Faqositozun deffekti zamanı daha çox hansına rast gəlinir?
A) Yalnız göbələk infeksiyası

B) Bakterial infeksiya, göbələk infeksiyası

C) Yalnız bakterial infeksiya

D) Parazitar infeksiya

E) Virus infeksiyası
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.307
680) Faqositar sistemin ilkin defekti na zaman təzahür edir?
A) 2 yaşından

B) Doğulduqdan 4-6 aydan sonra

C) Gənclik dövründə

D) Yeniyetmə dövründə

E) Doğulduğu gündən
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.307
681) Faqositar hüceyrələtin defektinin kliniki markeri hansıdır?
A) Qaraciyərin hipoplaziyası

B) Sadalananların hamısı

C) Xroniki qranulematoz dəri və dərialtı yağ hüceyrələrinin zədələnməsi

D) Timusun hipoplaziyası

E) Dalağın hiperplaziyası
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.307
682) T-hüceyrənin ilkin immundefisiti üçün hansı xarakterdir?
A) Adenozindezaminaza defisiti ; alkalin-fosfotaza defisiti

B) Qlükoza-6-fosfatdehidrogenaza defisiti

C) Sadalananların hamısı

D) Mieloperoksidaza defisiti

E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.170
683) Faqositar sistemin ilkin defisiti üçün hansı xarakterdir?
A) Adenozindezaminaza defisiti

B) Mieloperoksidaza defisiti ; qlükoza-6-fosfatdehidrogenaza defisiti

C) Sadalananların heç biri

D) Nukleozidfosforilaza defisiti

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.307
684) Komplement sisteminin defekti zamanı hansına daha çox rast gəlinir?
A) Göbələk infeksiyasına ; bakterial infeksiyaya

B) Sadalananların heç birinə

C) Parazitar infeksiyaya

D) Sadalananların hamısına

E) Virus infeksiyasına
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.308
685) Komplement sisteminin defisiti bilavasitə necə təzahür edir?
A) Autoimmun sindromla ; infeksion sindromla

B) Sadalananların hamısı ilə

C) Limfoproliferativ sindromla

D) Allergik sindromla

E) Sadalananların heç biri ilə
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.308
686) Job sindromu ( hiperimmunoqlobulinemiya E) hansının pozulmasının markeridir?
A) T- və B- hüceyrə immunitetinin

B) Komplement sisteminin funksiyasının

C) B-limfositlərin funksiyasının

D) Faqositoz sisteminin funksiyasının

E) T-limfositlərin funksiyasının
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.179
687) Lui-Bar sindromu (ataksiya-teleangiektaziya) hansının markeridir?
A) İmmunitetin T- və B-sisteminin kombinə olmuş defisiti

B) Faqositoz sisteminin defekti

C) B-limfositlərin immundefisiti

D) Komplement sisteminin ilkin immundefisiti

E) T-limfositlərin immundefisiti
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.176
688) Bunlardan hansı ikincili immundefisitlərin səbəbi deyil?
A) İmmunsupressiv terapiya

B) Sadalananların hamısı

C) Xromosom pozulmaları

D) Xroniki infeksiya

E) Onkoloji xəstəliklər
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.185
689) Nə zaman ikincili immundefisitlər kliniki təzahür edir?
A) Müxtəlif vaxtlarda

B) 2 yaşından

C) Doğulduqdan sonra ilk günlərdə

D) 1 yaşından

E) Doğulduqdan 4-6 aydan sonra
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.185
690) İkincili immundefisit halının infeksion sindromu üzrə təhlükə qrupuna hansı xəstələr aiddir?
A) Limfomalı, limfosarkomalı, limfoqranulematoz, Xockin xəstəliyi,Kapoşi sarkoması olan

B) Sistem Qırmızı Qurdeşənəyi , trombositopeniya, sklerodermiya, dağınıq skleroz,qeyri-spesifik xoralı koliti olan

C) Sadalananların hamısı

D) Bronxların, ağciyərlərin, dərinin, tez-tez KRVİ, qastroenteropatiyanın, meningitin, sepsisin bakterial infeksiyaları olan

E) Neyrodermit, psoriaz, atopiya, bronxial astması olan
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.,166
691) B-hüceyrə tipli immundefisitlərin müalicəsi zamanı hansı tövsiyə olunmur?
A) G-qlobulin

B) Eritrositlərin infuziyası, G-qlobulin

C) Eritrositlərin infuziyası, timus preparatları

D) Timus preparatları, hiperimmun g-qlobulin

E) Hiperimmun g-qlobulin
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.166
692) T-hüceyrə tipli immundefisitlər zamanı hansı tövsiyə olunmur?
A) G-qlobulin, timus preparatları

B) Adenozindezaminaza

C) Adenozindezaminaza, leykositlərin infuziyası

D) G-qlobulin, leykositlərin infuziyası

E) Timus preparatları
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.152
693) Faqositoz sisteminin immundefisiti zamanı hansı tövsiyə olunur?
A) Eritrositlərin infuziyası

B) Dondurulmuş plazma

C) G-qlobulin

D) Sadalananların hamısı

E) Timus preparatları
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.155
694) İkincili immundefisit halı üçün hansı xarakterdir?
A) Anamnezdə qeyri-xoş ekzogen təsirlərə göstəriş

B) Fermentlərin defisiti

C) Cinslə ilişikli

D) Anamnezdə xoş ekzogen təsirlərə göstəriş

E) İmmun orqanların morfoloji defekti
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.166
695) Qazanılmış immundefisit hansıdır?
A) Qrip

B) T-hüceyrə leykozu

C) Məxmərək

D) Qızılca

E) İnsanın immundefisit virusu (HİV)
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.166
696) İnsanın immun çatışmazlıq virusu hansıdır?
A) RNT,DNT, daxili və xarici qişadan ibarət mürəkkəb quruluşlu virus

B) 2 molekul RNT-dən ibarət, zülali qişalı sadə virus

C) DNT-dən və bir neçə kodlaşdırılmış zülaldan ibarət sadə quruluşlu virus

D) 2 molekul RNT-dən, daxili zülal və xarici qlikolipoprotein qişasından ibarət mürəkkəb quruluşlu virus

E) RNT və zülali qişadan ibarət sadə quruluşlu virus
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.193
697) İnsanın immun çatışmazlıq virusu (HİV) hansı fəsiləyə aiddir?
A) Paramiksoviruslar (Paramyxoviridae), PC-viruslar cinsinə

B) Retroviruslar, lentiviruslar yarımfəsiləsinə

C) Paramiksoviruslar, lentiviruslar yarımfəsiləsinə

D) Retroviruslar (Retroviridae), rotaviruslar tipinə

E) Retroviruslar (Retroviridae), onkoviruslar yarımfəsiləsinə
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il., səh.193
698) İnsanın immun çatışmazlıq virusunun ( HİV) struktur zülalları hansıdır?
A) Sadalananların hamısı

B) gp 30; p52

C) gp 120; gp 41 və gp 110; gp 36

D) Sadalananların heç biri

E) gp 160; p55
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.200
699) İnsanın immun çatışmazlıq virusu HİV-1 və HİV-2 zülalların hansı antigen spesifikliyinə görə fərqlənir?
A) LTR

B) Sadalananlarınheç biri

C) Gag

D) Pol


E) Env
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.198
700) İnsanın immun çatışmazlıq virusunun ( HİV) reproduksiyası necə həyata keçir?
A) Viruslar spesifik hüceyrə reseptoruna yapışır və hüceyrəyə daxil olur.Transkripsiya məhsulu virus zülalları üçün m-RNT-dir.

B) Viruslar hüceyrəyə keçir, onların “soyunma”sı sitoplazmada başlayır və nüvədə başa çatır.”Soyunma”nın son məhsulu DNT-dir.Transkripsiya məhsulu virus zülalları üçün m-RNT-dir.

C) Viruslar spesifik hüceyrə reseptorlarına yapışır və hüceyrəyə daxil olur. Virusun “Soyunma” prosesində virus RNT azad olur ki, ribosomlarla birləşir.Virus poliprotein-sələfi sintez olunur ki, hüceyrə fermentləri ilə struktur virus zülallarına parçalanır

D) Viruslar hüceyrəyə daxil olur, genomun 1 sapını transkripsiya edir və virus zülalları üçün m-RNT kimi funksiya göstərir.

E) Viruslar spesifik hüceyrə reseptoruna yapışır və hüceyrəyə daxil olur.”Soyunma” prosesində virus RNT azad olur, virusun əks transkriptazası funksiyaya başlayır, virus DNT əmələ gəlir ki, xromosomun DNT-si ilə inteqrasiya edir.Provirusun genomunun aktivasiyası zamanı virus zülallarının əmələ gəlməsi ilə transkripsiya və translyasiya prosesləri başlayır.
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.148
701) Zülali qişanı kodlaşdıran genlər hansıdır?
A) LTR

B) Gag


C) Env

D) Tat


E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.200
702) Böyüklərdə insanın immun çatışmazlıq virusu ( HİV) hansı yolla keçmir?
A) Zədələnməmiş dəri və selikli qişadan

B) Qan və qan məhsullarından

C) Perinatal

D) Cinsi əlaqədə

E) Sadalananların hamısı ilə
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.203
703) Anadan uşağa insanın immun çatışmazlıq virusu ( HİV) nə zaman keçir?
A) Perinatal dövrdə, döşlə qidalanma dövründə

B) Fekal-oral yolla

C) Hava-damcı yolu ilə

D) Sadalananların heç biri ilə

E) Sadalananların hamısı ilə
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.203
704) İnsanın immun çatışmazlıq virusu (HİV) üçün hansı hüceyrə-hədəf deyil?
A) Dəri və selikli qişanın Langerhans hüceyrələri

B) Sinir qliyası hüceyrələri

C) Sadalanların hamısı

D) T-köməkçi

E) Eritrositlər
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.193
705) İnsanın immun çatışmazlıq virusu üçün reseptorlar hansı hüceyrə-hədəfdir?
A) CD4

B) CD 8


C) CD11

D) IgG


E) CD3
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il,səh.206
706) İnsanın immun çatışmazlıq virusunun( HİV)həssas hüceyrələrə keçməsi mexanizmi hansıdır?
A) gp120 HİV CD4 limfoid hüceyrələrinin antigeni ilə qarşılıqlı təsirdə olur, gp 41 virus və hüceyrə qişasının qarışmasını şərtləndirir

B) HİV immunoqlobulinlər tərəfindən tutulur və immunkompleks əmələ gətirir ,CD 19 hüceyrələri ilə qarşılıqlı təsirdə olur.

C) RNT virion həssas hüceyrələrlə qarşılıqlı təsirdə olur

D) Sadalananların heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
707) HİV provirusu nədir?
A) DNT virusunun DNT sahib-hüceyrəyə inteqrasiyasıdır.

B) Hüceyrənin sitoplazmasında DNT virusudur.

C) Hüceyrənin nüvəsində DNT virusudur.

D) Hüceyrənin nüvəsində RNT virusudur.

E) Həssas hüceyrənin sitoplazmasında RNT virusudur.
Ədəbiyyat: Хаитов Р.М. «Иммунология» 2006 г., стр.148
708) HİV provirusu nə üçün aktivləşir?
A) Ona antigen və mitogenlər təsir edir.

B) Həssas hüceyrələrdən “tumurcuqlanır”.

C) Həssas hüceyrələrin RNT-də yerləşir.

D) Bölünən hüceyrədə provirusun aktivasiyasına cavabdeh tənzimləyici genlərə malikdir.

E) Sakit, həssas hüceyrələrin DNT-də yerləşir.
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148



Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə