İnformasiya və komputer texnikası” kafedrası Quliyev R. Y. “ Kommunikasiya vasitələri”



Yüklə 259,71 Kb.
səhifə16/16
tarix09.05.2023
ölçüsü259,71 Kb.
#126651
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
kom vasit\'

SƏHVLƏRİN TƏYİNİ VƏ KORREKSİYASI

Kanal səviyyəsi həmişə verilənlərin ötürülməsində təhrif olunmuş bitlərin təyini itirilmiş kadrların tapılması və onun bərpası korreksiyası kimi məsələləri həlledə bilməlidir.


Protokolların böyük əksəriyyəti əsasən birinci məsələni – səhvlərin təyin olunma məsələsini həll edə bilir . Bununla belə protokol səhvi korreksiya etmək əvəzinə təhrif olunmuş kadrın yenidən göndərilməsi kimi məsələyə baxır.Yuxarı səviyyəli protokollarda isə səhvlərin korreksiyası da aparılır.Bu üsulla lokal şəbəkənin Enternet , Token Ring , FDDİ tipli protokollar işləyirlər. Lakin Bununla belə elə protokollar da var ki, məsələn LLC2 və LAP-B bu protokollar təhrif olunmuş və itirilmiş kadrları sərbəst şəkildə bərpa edə bilirlər.
Aydındır ki , protokollar şəbəkənin tipik iş rejimində effektiv işləməlidir.Əgər protokollarda kadrların itməsi və təhrif olunması nadir hallarda baş verirsə onda bu protokolu Enternet protokoluna aid etmək olar.
Əgər şəbəkədə kadrların təhrif olunması və itməsi tez –tez baş verərsə onda elə ilkin halda ca kanal səviyyəsində səhvləri təyin edən protokollardan istifadə etmək lazımdır. Bu zaman bu işi yerinə yetirən yuxarı səviyyəli protokollara ehtiyac qalmır.Yuxarı səviyyəli protokollar taym–out -la (gecikmə ilə ) işlədiyindən itirilmiş və təhrif olunmuş kadrları olduqca böyük gecikmə ilə yerinə yetirir.
Bu səbəbdən də bir protokolun digərindən üstünlüyünü demək olmur. Başqa sözlə desək ideal protokollar yoxdur.
SƏHVLƏRİN TƏYİNİ METODU

Bütün səhvlərin təyini metodları kadr daxilində informasiya bitinə xidməti əlavə bitlərin daxil edilməsi sayəsində yerinə yetirilir.Həmçinin bu əlavə bitlər alınan informasiyanın həqiqilik dərəcəsini də təyin edir.Bu xidməti informasiyanı adətən nəzarət kəmiyyəti və ya kadrın yoxlama ardıcıllığı kimi adlandırılır.Nəzarət kəmiyyəti əsas informasiyanın funksiyası kimi hesablanır və bu vaxt cəmləmə əsas götürülmür.Qəbul edici təkrarən kadrın nəzarət kəmiyyətini müəyyən olunmuş alqoritmlə hesablayır və bu qiymət vericinin hesabı ilə üst-üstə düşdükdə verilənlərin xəttlə korrekt olaraq ötürüldüyü qeydə alınır.


Nəzarət kəmiyyətinin hesablanmasının bir neçə alqoritmi mövcuddur.Bu alqoritmlər bir-biri ilə mürəkkəbliyi və səhvi təyin etmək qabiliyyəti ilə fərqlənirlər.

  1. Paritetə görə nəzarət

Bu üsul verilənlərin nəzarəti üçün ən sadə usuldur. Bunula belə üsulun çox mürəkkəb alqoritmi vardır və yoxlanılan informasiyada tək səhvləri qeyd edə bilir.Metod bütün yoxlanılan informasiyanın 2 modul üzrə cəmlənməsinə əsaslanıb .
2.Paritetə görə üfiqi və şaquli nəzarət.
Bu üsul yuxarıda göstərilən üsulun bir modifikasiyasıdır.Lakin onun əvvəlkindən fərqi ondadır ki, informasiya matris şəklində tədqiq olunur.İkili səhvlərin təyin olunmasında istifadə olunabilir, lakin həddindən artıq əlavə kodlar olduğundan indi demək olar ki istifadə olunmur.
3.Siklik əlavə nəzarət
Müasir dövrdəən populyar və istifadə olunan üsuldur. Bu üsuldan istifadə edərək informasiyanı diskə və disketlərə yazırlar. Metodda çıxş verilənləriikilik çoxhədli şəklində təsvirinə əsaslanıb.məsələn 1024 baytdan ibarət Enternet protokolunun kadrı 8192 bitdən ibarət bir ədəd kimi təsvir olunur.Nəzarət informasiyası kimi bu ədədin məlum hər hansı R qiymətinə bölünməsində alınan qalıq ədəd götürülür.Adətən qalıq ədədin 2bayt və ya 4 bayt olması üçün bölünən ədəd 30-luq 3 dərəcəli ədəd götürülür. Qəbuledicidə kadr alınan kimi alınan kadr bu ədədə bölünür və kadra onda olan nəzarət kəmiyyəti də əlavə olunur. Əgər r-ə bölünmədən alınan qalıq 0-a bərabərdirsə bu zaman səhvin olmaması qənaətinə gəlinir.
Yüklə 259,71 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin