Mis naqillər üçün əsasən ən çox istifadə olunan AWG Amerika kabel sistemindən istifadə olunur.Bu kabellər şərti olaraq aşağıdakı kimi içarələnir 22 AWG, 24 AWG, 26 AWG. İşarələmədə naqil tipinin nömrəsi yuxarı olduqca onun diametri azalır. Beynəlxalq və Avropa standartlarında kabellərin en kəsiyinin sahəsi mm2 –larla göstərilir.Bundan başqa elektriki xarakteristikalarından başqa mexaniki və konstruktiv xarakteristikalarından da istifadə edirlər. Bundan başqa bəzi növ kabellər üçün xüsusi parametrlər də daxil edirlər. Məsələn: cütləşdirilmiş kabellər üçün kabelin burulma addımı deyilən parametr daxil edilir.
DİSKRET VERİLƏNLƏRİN FİZİKİ SƏVİYYƏDƏ ÖTÜRÜLMƏ METODLARI
Rabtə kanalı ilə diskret verilənlərin ötürülməsi zamanı iki növ fiziki kodlaşdırmadan istifadə olunur – sinusoidal daşıyıcı siqnal əsasında və ardıcıl düzbucaqlı impuls əsasında. Birinci üsul anoloq siqnalının har hansı bir parametri dəyişindən cox vaxt anoloq modulyasiyası adlanır. İkinci üsulu isə adətən rəqəmli kodlaşdırma adlandırırlar. Bu üqsullar kodlaşdırmanı reallaşdırmaq üçün istifadə olunan aparaturanın mürəkkəbliyindən və nəticə siqnalın spektrinin eni ilə fərqlənirlər.
Düzbucaqlı impulslardan istifadə zamanı nəticə siqnalının eni həddən ziyadə enli olur. Bu ondan irəli gəlir ki, ideal impulsun eni sonsuz böyük olur. Sinusoidal siqnaldan istifadə zamanı spektrin eni ilə bərabər informasiyanın ötürülmə sürəti də az olur. Lakin bu üsulun realizasiyası mürəkkəb və bahalı apparaturanın köməyi ilə həyata keçirilir. Müasir zamanda əvvəlcədən analoq formaya malik (televiziya təsvirləri , danışıq) siqnallar rabitə kanalı ilə diskret şəklində , yəni “1” və “0”
-ların ardıcıllığı səklində göndərilir. Ümumiyyətlə kodlaşdırma və modulyasiya sinonim kimi işlədilir.
Analoq modulyasiyası. Bu modulyasiyada diskret verilənlər rabitə xətti ilə tezliyin dar zolağında verilir.Telefon şəbəkələrindəistifadə olan tonal tezlik kanalının tipik ATX –sı səkildə göstərilib. Bu kanal ilə tezliyi 300- 3400 Hs tezlikli siqnalları göndərmək mümkündür. Bu kanalın buraxma zolağı 3100 Hz –i əhatə edir. Buna baxmayaraq insan səsi isə daha geniş intervalı – 19-18000 Hs diapazonu əhatə edir. Verilənlərin ötürülməsi zamanı səs tezliyinin 0-300 və 3400-18000 Hs tezlikli tərkibləri kanal ilə verilə bilmir. Tonal kanalın buraxma zolağının bu cür məhdud olması telefon şəbəkələrində kanalların kommutasiyası və sıxlaşdırma cihazlarının istifadəsindən irəli gəlir.
Daşıyıcı sinusoidal siqnalın xəttə, qəbulediciyə və ötürücüyə verən zaman modulyasiya və demodulyasiyanı yerinə cihazı modem ( modulyator-demodulyator) adlandırırlar.
Analoq modulyasiyası zamanı informasiya sinusoidal daşıyıcı siqnalın amplitud, tezlik, fazasini dəyişərək kodlaşdırır. Fiziki kodlaşdırmanın analoq modulyasiyası 13-cü səkildə göstərilib. 1-ci diaqramda çıxış informasiyasının bit ardıcıllığı göstərilib. Bu ardıcıllıqda məntiqi “1” yüksək potensialla, məntiqi “0” isə aşağı potensialla təsvir olunur. Bu cür üsul potensial kodlaşdırma adlanır. Bu kodlaşdırma komputerdə bloklar arası informasiyanın ötürülməsində istifadə olunur.