İnformasiyanın kodlaşdırılması Heydərli UrfastrreplN


§ SBK (Start of block) – verilənlər blokunun başlanğıcı (yazının başlanğıcı)



Yüklə 79,59 Kb.
səhifə3/6
tarix03.10.2023
ölçüsü79,59 Kb.
#129638
1   2   3   4   5   6
İnformasiyanın kodlaşdırılmas Urfan


§ SBK (Start of block) – verilənlər blokunun başlanğıcı (yazının başlanğıcı).
§ EBK (End of block) – verilənlər blokunun sonu (yazının sonu).
§ EBE (End of blockette) – daxil edilmiş blokun sonu (sahənin sonu).
§ EOF (End of file) – verilənlər faylının sonu.
Kompüterdə emal olunan verilənlərin əsas tipləri aşağıdakılardır:
· tam ədədlər
· sabit nöqtəli ədədlər
· sürüşən nöqtəli ədədlər
· məntiqi verilənlər
· simvol tipli verilənlər

Ədədlərin kodlaşdırılması
Tam ədədlər – müsbət və ya mənfi işarəli nöqtəsiz ədədlərdir. Bu ədədlər verilənlər kanalının genişliyindən asılı olaraq müxtəlif kompüterlərdə müxtəlif mərtəbəli ikilik ədədlər kimi təsvir olunurlar. Burada mərtəbə şəbəkəsinin soldan 0-cı mərtəbəsində ədədin işarəsi yazılır: müsbət işarə 0, mənfi işarə isə 1 kimi təsvir edilir. Qalan mərtəbələrdə isə tam ədədin ikilik kodu yazılır.

16 mərtəbəli kompüterlərdə təsvir oluna bilən tam ədələrin diapazonu belədir: - 32768 : + 32767
Sabit nöqtəli ədədlərdə tam hissəni kəsr hissədən ayıran nöqtənin yeri əvvəlcədən (kompüter layihələndirilərkən) birdəfəlik qeyd olunur və məsələlərin həll prosesində dəyişilmir. Ədədin işarəsi tam ədədlərdə olduğu kimi yazılır. Əməliyyatların icra vaxtını azaltmaq məqsədilə sabit nöqtəli formada yalnız 1-dən kiçik ədədlər təsvir olunur, yəni nöqtənin yeri ədədin işarəsindən bilavasitə sonra təyin olunur və nöqtə işarəsi aşkar şəkildə yazılmır.
Sabit nöqtəli forma ilə işləyərkən hesablama prosesi zamanı verilənlərin, aralıq və son nəticələrin qəbul olunmuş diapazondan kənara çıxması tələb olunur. Əks halda mərtəbə şəbəkəsinin dolub-daşması baş verər ki, bu isə yanlış nəticələrə səbəb olar. Odur ki, daha çox ədədlərin sürüşən nöqtəli təsvir formasından istifadə olunur.
Sürüşən nöqtəli ədəd belə təsvir olunur:

Burada, m- ədədin mantissası, q – say sisteminin əsası, p – tərtibdir.
Kompüterdə sürüşən nöqtəli ədədin birmənalı təsvirini almaq üçün ədəd normalaşdırılır. Normallaşdırılmış ədəddə mantissa aşağıdakı şərti ödəməlidir:

Belə ki, 12,5 ədədinin normallaşdırılmış forması 0,125 x 102-dir.

Şəkildən də göründüyü kimi 32 mərtəbəli kompüterlərdə mantissa üçün 24 mərtəbə, tərtib üçün isə 8 mərtəbə ayrılır. Tərtibin qiyməti üçün ayrılan 7 mərtəbədə ±127 diapazonunda onluq ədəd yazıla bilər ki, bu da istənilən qədər kiçik və böyük ədədlərin təsviri üçün tam kifayət edir.
İkilik say sistemində ədədlərin kompüterdə saxlanması və onların üzərində müxtəlif əməliyyatların aparılması üçün 3 koddan istifadə olunur: düz, əks və əlavə.
Düz koddan işarəli ədədin yaddaşda təsviri üçün istifadə olunur. 0 və müsbət ədədlərin düz kodu ədədin qiymətinin qarşısında 0, mənfi ədədlərin düz kodu isə ədədin qiymətinin qarşısında 1 yazmaqla əldə edilir:
X(2) = +101010 [X]düz = 0101010
X(2) = - 110111 [X]düz = 1110111
Eyni işarəli ədədlərin düz kodda toplanması sadə üsulla aparılır: ədədlər toplanır və cəmə toplananın işarəsi mənsub edilir. Lakin müxtəlif işarəli ədədlərin toplanması çətin başa gəlir.
Çıxma əməlini sadələşdirmək məqsədilə kompüterdə xüsusi kodlardan istifadə olunur və nəticədə çıxma əməli toplama əməlinə gətirilib çıxardılır. Xüsusi kodlar kimi əks və əlavə kodlardan istifadə olunur. Müsbət ədədin xüsusi kodu onun düz koduna bərabər olur.
Mənfi ikilik ədədin əks kodunu almaq üçün işarə mərtəbəsini dəyişmədən digər mərtəbələrdəki sıfırları birlərlə, birləri isə sıfırlarla əvəz etmək lazımdır. Əks koddan düz koda keçid üçün də bu qaydadan istifadə olunur.
X(2) = +101010 [X]əks = 0101010
X(2) = - 110111 [X]əks = 1001000
Mənfi ikilik ədədin əlavə kodunu almaq üçün onu əks koda çevirib, ən kiçik mərtəbəyə bir əlavə etmək lazımdır.
X(2) = +101010 [X]əlavə = 0101010
X(2) = - 110111 [X]əlavə = 1001001
Xüsusi kodlarla təsvir olunan ikilik ədədləri toplayanda ədədlərin rəqəmləri ilə yanaşı işarələri də əməliyyatda iştirak edirlər.
Əks koddan istifadə etdikdə, əgər yuxarı mərtəbədən köçürmə alınarsa, o nəticənin kiçik mərtəbəsi ilə toplanır. Əlavə koddan istifadə etdikdə isə köçürülən vahid nəzərə alınmır.



Yüklə 79,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin