İnformasiyanın kodlaşdırılması Heydərli UrfastrreplN


Audio informasiyanın kodlaşdırılması



Yüklə 79,59 Kb.
səhifə5/6
tarix03.10.2023
ölçüsü79,59 Kb.
#129638
1   2   3   4   5   6
İnformasiyanın kodlaşdırılmas Urfan

Audio informasiyanın kodlaşdırılması. Səs – kəsilməz siqnaldır. Analoq səs siqnalının ikilik kodlaşdırılması zamanı kəsilməz siqnal diskretləşdirilir. Diskretləşdirmə ilə eyni vaxtda kvantlaşdırma (amplitudun ani qiymətlərinin ölçülməsi və onların rəqəmsal koda çevrilməsi) aparılır. 8 bit kod sözü üçün amplitudun 256, 16 bitdə isə 65536 qradasiyası olur.
Stereosəs üçün diskretləşdirmə və kvantlaşdırma ayrı-ayrılıqda aparılır və sağ, sol kanallar üçün asılı deyildir. Kompüterdə səsin yazılması və canlandırılması üçün 8 və ya 16 bitlik səs kartlarından istifadə olunur.
Diskret şəkildə səsin keyfiyyəti (translyasiyanın keyfiyyəti) 8 bit və ya 5,5 kHs üçün pis və 16 bit və ya 44 kHs üçün isə (audioCD-nin keyfiyyəti) kifayət qədər yüksək ola bilər.
Qrafiki verilənlərin kodlaşdırılması. İstənilən təsviri fərdi çalarlara malik nöqtələrin koordinatları vasitəsilə kodlaşdırmaq olar. Yalnız ağ və qara rəngdən ibarət olan, boz rəng qradasiyası olmayan təsvirin (buna monoxrom təsvir deyilir) hər nöqtəsini bitlə (ağ rəng – 1, qara rəng - 0) kodlaşdırmaq mümkündür. Eyni zamanda, ağ-qara təsviri boz rəngin ağdan qaraya kimi 256 qradasiyası vasitəsilə də kodlaşdırmaq olar. Bu zaman bizə 8 bit və ya 1 bayt uzunluğunda kod lazım olacaq (256 = 28).

Rəngli qrafik təsvirlərin kodlaşdırılması üçün rənglərin əsas tərkib hissələrinə ayrılması (dekompozisiya) prinsipi istifadə olunur: Qırmızı (Red), Yaşıl (Green) və Göy (Blue). Çünki istənilən rəngi göstərilən 3 rəngin qarışdırılması yolu ilə almaq olar. Rəngli təsvirin belə rejimi tamrəngli (True Color) adlanır və 3 baytın (hər rəng üçün 256 qradasiya və ya 1 bayt) köməyi ilə 16,8 milyona yaxın müxtəlif rəng alınır.
Əsasən, poliqrafiyada rənglərin kodlaşdırılmasının başqa metodundan istifadə olunur. Bu kodlaşdırma sistemi CMYK (C – Cyan (mavi), M – Magenta (Moruğu), Y – Yellow (sarı), K – Key (açar); açar rəng olaraq qaradan istifadə olunur) adlanır. Əgər hər rəngin 256 (8 bit) qradasiyasından istifadə olunarsa, 32 mərtəbəli (4 bayt) tamrəngli (True Color) rejim, hər rəngin 16 (4 bit) qradasiyasından istifadə olunarsa, 16 mərtəbəli (2 bayt) yüksək rəng (High Color) rejimi alınar.
Rəngli qrafika ilə iş zamanı kodlaşdırmanın indeksli metodu tətbiq olunur. Burada rastrın hər bir nöqtəsinin kodu rəng deyil, onun palitra adlanan və hər hansı sorğu cədvəlində saxlanılan nömrəsini (indeksini) saxlayır.
Qrafiki informasiya monitorun ekranında nöqtələrdən (piksellərdən) formalaşdırılır. Ekran pikselinin ölçüsü təxminən 0,0018 düym-ə bərabərdir. Ekrandakı nöqtələrin miqdarına ekranın icazə verilən xüsusiyyəti və ya ekranın seyrəkliyi deyilir.

Yüklə 79,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin