İnsan resurslarının idarə edilməsi



Yüklə 1,71 Mb.
səhifə3/20
tarix24.05.2018
ölçüsü1,71 Mb.
#51182
1   2   3   4   5   6   7   8   9   ...   20

E) Sualların ən azı 50%- zi “ kim “ və “ harada “ sözləri ilə başlamalıdır;
80. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil deyildir

A) mülkiyyət haqqında Azərbaycan Respublikasının qanunu

B) əmək və sosial- iqtisadi məsələlər üzrə Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələr

C) Azərbaycan Respublikasının əmək məcəlləsi

D) əmək və sosial müdafiə barədə Azərbaycan Respublikasının qanunları

E) müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul edilən normativ hüquqi aktlar
81. Azərbaycan Respublikasında işəgötürənlə potensial işçinin münasibətlərinin yaranmasını və tənzimlənməsini qanuniləşdirən əsas sənəd aşağıdakılardan hansıdır

A) Əmək müqaviləsi

B) Azərbaycan Respublikasının konstitusiyası

C) işçinin işə qəbul edilməsi barədə işəgötürənin yazılı əmri

D) Azərbaycan Respublikasının əmək məcəlləsi

E) mülki hüquq
82. Əmək müqaviləsində göstərilməsi vacib olmayan şərt hansıdır

A) işçinin yaşı

B ) işçinin soyadı, adı, atasının adı və ünvanı

C) əmək müqaviləsinin müddəti

D) işçinin əmək funksiyası

E) işəgötürənin ünvanı
83. Azərbaycan Respublikasının Əmək məcəlləsinə görə potensial işçinin işə götürülməsi zamanı aşağıdakı sınaq müddətlərindən hansına yol verilir

A) 2 ay

B) 7 ay

C) 6 ay

D) 4 ay

E) 1 il
84. Azərbaycan Respublikasının Əmək məcəlləsinə görə kimlər əmək Müqaviləsinin tərəfi ola bilməz

A) qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş şəxslər

B) 17 yaşına çatmamış şəxslər

C) 7 ildən artıq həbsdə olmuş şəxslər

D) qanunla müəyyən edilmiş qaydada hər hansı bir əmək müqaviləsini pozmuş şəxs

E) Azərbaycan Respublikasının Əmək məcəlləsinin hər hansı bir tələbini pozmuş şəxs
85. Azərbaycan Respublikasının Əmək məcəlləsinə görə hansı hallarda müddətli əmək müqaviləsi bağlanıla bilməz.

A) işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda (47-ci maddə istisna olunmaqla)

B) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən

C) seçkili orqanlarda seçkili vəzifələrə seçilərkən (48-ci maddə istisna olunmaqla)

D) tərəflərin qarşılıqlı razılığı ilə

E) işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsinə görə
86. Əmək müqaviləsi nə zaman qüvvəyə minir

A) işəgötürən və işçinin imzaladığı gündən

B) işəgötürən tərəfindən imzalandıqdan sonra təşkilatın əmək kollektivində müzakirə edildiyi andan

C) Həmkarlar təşkilatı Əmək müqaviləsini təsdiq etdiyi andan

D) imzaladıqdan sonra üç gün müddətində Həmkarlar təşkilatında razılaşdırdıqdan sonra

E) imzalandıqdan sonra ərazi Əmək müfəttişliyində qeydiyatdan keçdiyi andan
87. Ayrı-ayrı əməkdaşlar üçün vəzifənin icrasına başlatma proqramına təsir göstərməyən amil hansıdır

A) firmanın fəaliyyət tarixi

B) status və məsuliyyət səviyyəsi

C) iş mühiti

D) əməkdaşın fərdi xüsusiyyətləri

E) işin məzmunu
88. Vəzifənin icrasına başlatma prosedurasının iştirakçısı deyil

A) istehsalat üzrə vitse prezident

B) xətti rəhbər

C) həmin bölmədə işləyən təcrübəli əməkdaş

D) həmin bölmə ilə əlaqəli bölmədə işləyən həmkar

E) insan resursları menecmenti bölməsinin meneceri
89. Heyətin öyrədilməsinin predmeti deyil:

A) Hobbi;

B) Bacarıq;

C) Bilik;

D) Təcrübə;

E) Davranış manerası;
90. Normal şəraitdə heyətin öyrədilməsi hansı iki funksiyanı yerinə yetirir

A) işçinin daha yaxşı istifadə edilməsi və işçinin daha yaxşı motivasiyası

B) işçinin daha yaxşı motivasiyası və işçi qüvvəsinin cəlb edilməsi

C) işçinin daha yaxşı istifadə edilməsi və işçinin əmək məhsuldarlığının yüksəldilməsi

D ) əşçinin əmək haqqının yüksəldilməsi və işçinin motivasiyası

E) işçinin daha yaxşı öyrədilməsi və işçiyə daha yaxşı əmək haqqı verilməsi
91. Kollektiv əmək mübahisəsi hansı səbəblərdən yaranır ?

A) Kollektiv tələblərdən törəyən fikir ayrılığından;

B) Əmək haqqının indeksləşdirilməməsi səbəbindən;

C) Kollektivin inkişaf zərurətindən;

D) Kollektivlər arasında yaranan münaqişələrdən;

E) Kollektivdə münaqişənin funksional nəticələrindən;
92. Tətil nədir?

A) Kollektiv və fərdi əmək mübahisəsini həll etmək məqsədilə işçilərin müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və ya qismən, könüllü imtina etməsidir;

B) Müəyyən siyasi sifarişi həll etmək məqsədiləfirmanın əməkdaşlarının, öz rəhbərliyi ilə fikir ayrılığı yaranarsa, onların rəhbərliyinin icazəsi olmadan kütləvi şəkildə işə çıxmaması prosesidir;

C)Uzun müddət məzuniyytə çıxmayan işçilərin öz yay tətilini birgə keçirmək üçün tələblərini həyata keçirmək məqsədilə kütləvi şəkildə bir həftəliyə işə çıxmamasıdır;

D) Sahə Həmkarlar Təşkilatlarının siyasi arzularını həyata keçirmək məqsədilə işçilərin üç ay müddətinə işə çıxmadığı situasiyadır;

E) Təşkilatı – texniki tələblərin həyat keçirilməsi ilə əlaqədar işçilərin narazı qaldığı hallarda onların firmanın rəhbərliyinə təzyiq formasıdır;
93. İnsan resursları menecmenti sahəsində attestasiya nədir ?

A) Attestasiya – işçilərin qiymətləndirilməsinin, müəyyən zaman intervalı ilə, müəyyən edilmiş və vahid şəkilə salımış formada həyata keçirilən, rəsmi və sistematik prosedurasıdır;

B) Attestasiya – işçinin əmək fəaliyyətinin müasir tələblərə uyğun olub– olmamasını sübut edən normadır;

C) Attestasiya – təşkilatın insan resurslarına tələbatının müəyyən edilməsi və hazırkı dövrdə, həmçinin, gələcəkdə bu tələbatın necə ödəniləcəyini qitmətləndirmək cəhdidir;

D) Attestasiya – yüksək əmək nəticələrinə nail olmuş işçiyə bu barədə sertifikat verilməsi prosedurasıdır;

E) Attestasiya – konkret iş yerində işçinin yerinə yetirməli olduğu öhdəliklərin siyahısı və işçiyə verilə bilən səlahiyyətlərin müəyyən edilməsi prosedurasıdır;
94. Attestasiyanı hansı halda “ xidmətlər reytinqi ” adlandırırlar ?

A) Attestasiya əmək haqqının yüksəldilməsi yaxud mükafatlandırma üçün namizədin axtarılması məqsədilə aparıldıqda;
B) Attestasiya iş yerinə xidmətin vəziyyətini aşkara çıxarmaq və onun yaxşılaşdırılması üçün təşkilati – texniki tədbirlər həyata keçirmək məqsədilə aparıldıqda;

C) Attestasiya konkret iş yerində işçinin yerinə yetirməli olduğu əməliyyatların siyahısını müəyyən etmək üçün aparıldıqda;

D) Attestasiya yüksək xidmət səviyyəsini müəyyən etmək üçün aparıldıqda;

E) Attestasiya üç ildə bir dəfə aparıldıqda;

95. Attestasiyanın məqsədi deyil ?



A) Işçinin siyasi baxışlarının və dini münasibətlərinin uyğunluğunu aşkar etmək;

B) İşçinin daha səmərəli istifadə edilməsi yollarını müəyyən etmək;

C) İşçinin öyrədilməsi zərurətinin olub – olmamasını müəyyən etmək;

D) İşçinin xidmətləri əsasında onun əmək haqqına əlavələrin ölçüsü barədə qərar qəbul etməkdə menecerə kömək etmək;

E) İşçinin öz vəzifə öhdəliklərini daha səmərəli yerinə yetirməsinə nail olmaq;
96. Attestasiya tipi hesab edilən variantı göstərin.

A) İşçinin potensialının qiymətləndirilməsi

B) Qiymətləndirmə şkalasından istifadə etmək;

C) Orta səviyyədən yuxarı səviyyəli işçiləri aşkar etmək;

D) Açıq attestasiya;

E) İşçilərin təsnifatlaşdırılması;
97. Açıq attestasiya üsülunda vacib olmayan sualı göstərin.

A) İşçi hansı siyasi partiyanın üzvüdür ?

B)İşçinin öyrədilməsinə ehtiyac varmı ?

C) İşçi vəzifədə irəlilətmək üçün hansı potensiala malikdir ?

D) İşçinin öz işinə aid olan zəif tərəfləri hansılardır ?

E) İşçinin öz işinə aid olan güclü tərəfləri hansılardır ?
98. Aşağıdakı variantlardan hansı attestasiya üsulu deyil ?

A) Normalaşdırma;

B) Ranqlaşdırma;

C) Təsnifarlaşdırma;

D) Qiymətləndirmə şkalası;

E) Açıq attestasiya.

99. Attestasiya kommissiyasının tərkibində olan şərtlər hansı variantda düzgün nəzərə alınmışdır ?



A) Attestasiya kommissiyasının tərkibi yeddi nəfərdən ibarətdir;

B) Attestasiya kommissiyasının tərkibi dörd nəfərdən ibarətdir;

C) Attestasiya kommissiyasının tərkibi səkkiz nəfərdən ibarətdir;

D) Attestasiya kommissiyasının tərkibi on nəfərdən ibarətdir;

E) Attestasiya kommissiyasının tərkibi üç nəfərdən ibarətdir;
100. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə hansı işçilər attestasiya olunmur ?

A) Bir vəzifədə on bir ay işləmiş işçilər.

B) Yaşı 19- dan az olan işçilər;

C) Bir vəzifədə altı il işləmiş, məcburi koçkün və qaçqın statusu olan işçilər;

D) Eyni vəzifədə azə 2 dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;

E) Həyat yoldaşı hamilə olan işçilər;
101. Əməyin ödənilməsi forması deyil.

A) Akkord əmək haqqı;

B) Komission əmək haqqı;

C) İşəmuzd əmək haqqı;

D) Ştat – vəzifə maaşı;

E) Vaxtamuzd əmək haqqı;
102. Tfak.- faktiki işlənmiş vaxt; TMi – işçinin saatlıq tarif maaşı; Q - işlərin həcmi; R – iş vahidinin yerinə yetirilməsinin iş qiyməti; t – iş vahidinə vaxt norması; HN – hasilat norması; Tnöv – növbənin davamı olduğunu nəzərə alsaq əməyin ödənilməsinin işəmuzd formasında işçinin əmək haqqı hansı düsturla hesablanır ?

A) ƏH = R * Q;

B) ƏH = Tfak * TM;

C) ƏH = HN / t;

D) ƏH = Tnöv * Q;

E) ƏH = Tfak * t;
103. Tfak - faktiki işlənmiş vaxt; TMi – işçinin saatlıq tarif maaşı; Q - işlərin həcmi; R – iş vahidinin yerinə yetirilməsinin iş qiyməti; t – iş vahidinə vaxt norması; HN – hasilat norması; Tnöv – növbənin davamı olduğunu nəzərə alsaq əməyin ödənilməsinin vaxtamuzd formasında işçinin əmək haqqı hansı düsturla hesablanır ?

A) ƏH = Tfak * TMi;

B) ƏH = R * Q;

C) ƏH = HN / t ;

D) ƏH = Tnöv * Q;

E) ƏH = Tfak * t;
104. Komission əmək haqqı hansı göstərici əsasında hesablanır ?

A) Satışın həcminə görə;

B) İşçinin tarif maaşına görə;

C) İstehsal olunmuş məhsulların miqdarına görə;

D) Xidmət göstərilmiş müştərilərin sayına görə;

E)Ay ərzində faktiki işlənmiş iş saatlarına görə;
105. Bütün təşkilatı əhatə edən stimullaşdırma sistemi hansı variantda göstərilmişdir ?

A) Mənfəətdə və gəlirlərdə iştirak sistemi;

B) Əmək məhsuldarlığının yüksəldilməsinə görə mükafatlandırma sistemi;

C) Məhsulun keyfiyyətinin yüksəldilməsinə görə mükafat sistemi;

D) Əmək intizamına görə stimullaşdırma sistemi;

E) İnnovasiyalara görə stimullaşdırma sistemi;
106. Hazırda Azərbaycan Respublikasında minimum əmək haqqının məbləği nə qədərdir ?

A) 93.5 manat;

B) 89.5 manat;

C) 103.5 manat;

D) 85 manat;

E) 95 manat;
107. Minimum əmək haqqı nıdir ?

A) Qanunvericiliklə ixtisassız əməyə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir;

B) Minimum istehlak səbətinin dəyəridir;

C) Muzdlu işçi işə götürən özəl firmaların həmin işçilərə verə biləcəyi əmək haqqının ən aşağı həddidir;

D) İşçinin inasanalayiq şəkildə yaşamasını təmin etmək üçün lazım olan yaşayış vasitələrinin dəyəridir;

E) İqtisadi və sosial şəraiti nəzərə almaqla işçiləri muzdla işlədən dövlət təşkilatlarının işçiyə verməli olduğu ən az əmək haqqıdir;
108. Həyata keçirilmə imkanına görə karyeranı necə qruplaşdırırlar ?

A) Potensial və real karyera;

B) Normal və sürətli karyera;

C) Heyət karyerası və fərdi karyera;

D) Peşəkarlıq və vəzifə karyerası;

E) Sabit və tipik karyera;
109. Həyata keçirilmə zamanına görə vəzifə karyerasını hansı qruplara bölürlər?

A) Normal, sürətli və desant;

B) Piyada, desant və sıravi;

C) Normal, sürətli və potensial;

D) Normal, sürətli və ləng;

E) Real, potensial və desant;
110.Təşkilatda şəxsiyyətin özünü ifadə formaları hansı variantda daha dəqiq göstərilmişdir?

A) Peşəkarlıq və vəzifə karyerası;

B) Əmək məhsuldarlığı və əmək haqqı;

C) Yüksək əmək haqqı almaq imkanının reallaşdırılması və özünə hörmət qazanmaq;

D) Nailiyyət və tələbatın reallaşdırılması;

E) Hakimiyyət və təsir;
111. Peşəkarlıq karyerası üçün hansı cəhətlər xarakterikdir ?

A) İnsanın əmək fəaliyyətində peşə ixtisaslaşması, konkret peşə fəaliyyəti növündə onun nailiyyətləri və əmək nəticələrinin digər peşəkarlar tərəfindən etiraf edilməsi və tanınması xarakterikdir;

B) Əmək məhsuldarlığının yüksək olması və bunun nəticəsində istehsal xərclərinə qənaət edilməsi hesabına mənfəətin artması xarakterikdir;

C) İnsanın texniki – peşə məktəbindən başlayan və istehsalatda bitən karyerası dövründə daha səmərəli fəaliyyət göstərərək, yüksək vəzifələr əldə etməsi və böyük siyasi hakimiyyət əldə etməsi xarakterikdir;

D) desant keryerası nəticəsindənail olunduğu nəticələri uzun müddət saxlaya bilmək qabiliyyətini təkmilləşdirmək davranışı xarakterikdir;

E) Eyni peşədən olan işçiləri öz karyerası naminə istifadə etmək təşəbbüsləri xarakterikdir;

112. Royasiyanın əsas məqsədi nədir ?



A) Perspektivli mütəxəssislərin peşəkarlıq səviyyəsini yüksəltmək və şəxsiyyətinin sosialladırılmasını təmin etmək;

B) Əmək bazarından daha çox işçi cəlb etməklə açıq kadr siyasətini həyata keçirmək;

C) Perspektivli mütəxəssislərin desant karyerasının qarşısını alaraq onların təşkilatda daha çox çalışmasına nail olmaq;

D) perspektivli mütəxəssislərin firmaya cəlb olunmasını təmin etmək;

E) Perspektivli mütəxəssisləri təşkilatın bütün bölmələri və işçilərinin iş təcrübəsi ilə tanış etmək;
113. Royasiyanın funksiyası deyil ?

A) Ayrı – ayrı vəzifələrin birləşdirilməsi;

B) Insan resurslarının təşkilatda optimal yerləşdirilməsinə nail olmaq;

C) Ayrı – ayrı işçilərin korrupsiya davranışının profilaktikası;

D) Mobilliyin stimullaşdırılması;

E) Heyətin karyera inkişafının təmin edilməsi;
114. Rotasiyanın əsas funksiyalarından biridir .

A) İnsan resurslarının təşkilatda optimal yerləşdirilməsinə nail olmaq

B) Qanunçuluğu dəstəkləmək;

C) Peşəkar inkişaf üçün barəbər imkanlar yaratmaq;

D) Şəxsiyyətə hörmətin hıyata keçirilməsinə nail olmaq;

E) Məhsul istehsalına məsrəflərin optimallaşdırılmasına nail olmaq;
115. Hərəkət traektoriyasına görə royasiya növüdür.

A) Rokirovka;

B) Sortirovka;

C) Reaktirovka;

D) Blokirovka;

E) Planirovka;
116. Rotasiya üzrə təşkilati tədbirlər özündə hansı vəzifəni birləşdirir.

A) Vəzifələrdə yerdəyişməyə namizədin seçilməsinin təşkili;

B) Əməyin elmi təşkili və texniki normalaşdırılması;

C) Şəxsiyyətin özünü ifadəsi üçün şərait yaratmaq;

D) Potensial karyeranın aşkar edilməsi;

E) Desant karyeranın qarşısının alınması.

117. İşçi qrupunun formalaşması və möhkəmlənməsi üçün vacib olan şərt hansıdır.



A) Qrup miqyaslı ümumi məqsədlərin olması

B) Qrupda üç liderin olması

C) Qrupun güclü nəzəriyyəsinin olması

D) Qrup üzvlərinin hamısının zəngin olması

E) Qrup üzvlərinin sayının 15-dən çox olmaması
118. Qrupun möhkəmlənməsinə təsir göstərən xarici mühit amilini göstərin.

A) Qrupa kənar təhlükənin mövcudluğu

B) Qrupa xarici firmaların marağının artması

C) Dövlətin qanunları

D) Həmkarlar təşkilatının dəstəkləyici fəaliyyəti

E) Qrup üzvlərindən birinin ciddi xəstələnməsi
119. Qrupun məhsuldarlığı onun inkişafının hansı mərhələsində yüksək olur.

A) IV mərhələdə

B) III mərhələdə

C) II və III mərhələrində

D) I mərhələdə

E) II mərhələdə
120. Qrupların inkişafının hansı mərhələsində qrupun differensiasiyası baş verir və qrup normaları yaranır?

A) III mərhələsində

B) IV mərhələsində

C) II mərhələsində

D) I mərhələsində

E) II mərhələnin başlanğıcında

121. Təşkilatdaxili kommunikasiyaların hansı növləri var?



A) 1. Səviyyələrarası kommunikasiya. 2. Bölmələrarası kommunikasiya. 3. Rəhbər – tabeçilikdə olan kommunikasiyası. 4. Rəhbərlə işçi qrupu arasında kommunikasiya. 5. Qeyri – formal kommunikasiya.

B) 1. Səviyyələrarası kommunikasiya. 2. Bölmələrarası kommunikasiya. 3. Rəhbərlərarası kommunikasiya. 4. İşçilərarası kommunikasiya. 5. İnsanlararası kommunikasiya.

C) 1. Səviyyələrarası kommunikasiya. 2. Rəhbərlərarası kommunikasiya. 3. İşçilərarası kommunikasiya. 4. İnsanlararası kommunikasiya. 5. Formal kommunikasiya.

D) 1. Formal kommunikasiya. 2. Qeyri – formal kommunikasiya. 3. İşçilərarası kommunikasiya. 4. Bölmələrarası kommunikasiya. 5. Şöbələrarası kommunikasiya.

E) 1. Formal kommunikasiya. 2. Qeyri – formal kommunikasiya. 3. Şöbələrarası kommunikasiya. 4. Bölmələrarası kommunikasiya. 5. Adamlararası kommunikasiya.
122. Kommunikasiya prosesinin əsas elementləri hansılardir

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin