İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri



Yüklə 1,63 Mb.
səhifə140/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   136   137   138   139   140   141   142   143   ...   177

HƏDİSLƏRDƏ GÜS VƏ QÜDRƏT


İndi isə islamın qorxaqlıq, zəiflik və acizliyi pisləməsinin, güc və qüdrəti tərifləməsinin aydınlaşması üçün bir neçə hədis oxuyacağam. Amma bir daha qeyd edirəm ki, islamın təriflədiyi güc və qüdrət, qətiyyən Nitse fəlsəfəsindəki güc və qüdrət qismindən deyildir. Əziz islam peyğəmbəri həzrət Məhəmməd (s) buyurub: «Möminə xəsislik qorxaqlıq yaraşmazBəli, pul möminin can və qanı olmamalıdır və o, həmçinin şücaətli və qorxmaz olmalıdır. Peyğəmbər (s) həmçinin belə bir dua oxuyarmış: «Allahummə inni əuzu bikə minəl-buxli əuzu bikə minəl-cubn» yəni, İlahi mən xəsislik və qorxaqlıqdan Sənə pənah aparıram!

Əli (ə) mömin barəsində belə buyurub: «Möminin ruhu çaxmaq daşından da möhkəmdir

Həmçinin imam Sadiq (ə) belə buyurub: «Allah-taala möminin özünü xar zəlil etməsindən başqa bütün işlərini onun öz ixtiyarına buraxıb. Məgər siz Allah-taalanın bu sözünü eşitməmisinizmi ki, buyurub: «İzzət yalnız Allah, Peyğəmbər möminlərə məxsusdurMömin həmişə izzətlidir heç vaxt özünü xar etmir. Mömin dağdan da mətindir. Çünki, dağı külünglə parçalamaq mümkündür, amma möminin ruhundan heç ilə kiçicik bir parça belə qopartmaq mümkün deyil

İmam Baqir (ə) buyurub: «Allah-taala möminə üç xislət verib: – Dünya axirətdə izzət başıucalıq; hər iki dünyada uğurluluq zalımların qəlbində onlardan olan qorxu heybət; Yəni möminlər elə olurlar ki, zalımlar onların heybətindən qorxurlar

İqbal Lahurinin gözəl bir cümləsi var və o, deyəsən həmin cümləni Mussolininin dediyi cümləyə cavab olaraq deyib. Mussolini deyib: «Dəmiri olanın çörəyi də olacaq.» Yəni, əgər çörəyli olmağını istəyirsənsə, dəmir (güc və silah) əldə et! Gücü olanın çörəyi də olacaq. İqbal isə belə deyib: «Dəmir olanın çörəyi var.» Mussolini silaha təkid edərək deyir ki, kimin maddi gücü varsa, çörəyi də olacaq. Amma İqbal ruha təkid edərək deyir ki, özü dəmir olanın çörəyi olar. Əmirəl-möminin Əli (ə)-ın ifadəsi belədir: «Möminin ruhu çaxmaq daşından da möhkəmdirİqbal da deyir ki, möminin ruhu dəmirdir. Bunların hamısının məqsədi bir şeydir. Deməli islam güc və qüvvətə dəvət edir.

Siz Əli (ə)-ın Nəhcül-bəlağədə güc, qüdrət və qüvvəyə nə qədər təkid etməsinə və zəifliyi islam cəmiyyətinə yaraşmaz sifət kimi göstərməsinə diqqət edin. O həzrət buyurur: «Allaha and olsun ki, evlərində döyüş aparılmış bütün ümmətlər məğlub olublarBaşqa bir xütbədə isə belə buyurur: «Xar zəif adam heç vaxt zülmün qarşısını ala bilməz haqq yalnız səy çalışqanlıqla əldə edilər



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin