Klassik siyasi iqtisad
Əmək-dəyər nəzəriyyəsindən çıxış edərək göstərir ki, iqtisadiyyatın səmərə-liliyinin artırılması hər şeydən əvvəl və əsasən ya istehsalda sərf olunan əməyin kəmiyyətinin artırılması, ya da onun məhsuldarlığının yüksəldilməsi hesabına əldə olunur. Səmərəliliyin Smit konsepsiyası istehsal həcminin, iqtisadi fəaliyyət sahəsinin genişləndirilməsindən ibarətdir ki, bunun da əsas şərti bazarın genişləndirilməsi və əmək bölgüsüdür. İqtisadi sistemin fəaliyyətinin səmərəliliyi tələbatların ödənilmə dərəcəsi ilə səciyyələnir ki, o da istehsal olunan məhsulun fiziki həcmi ilə düz mütə-- nasibdir. Buna görə də iqtisadi səmərəlilik (əslində, səmərə) ÜDM və milli sərvət kimi kateqoriyalarla bərabər tutulur. Milli sərvətin həcmi istehsalda tətbiq edilən əməyin miqdarından asılıdır ki, bu da kapital yığımı və əhali artımı ilə tənzimlənir. Maddi sərvətin artması isə, Smitə görə, məhz iqtisadi optimumun əldə olunmasıdır.
D.Rikardo hesab edir ki, azalan gəlirlilik şəraitində iqtisadi səmərəliliyin və milli sərvətin həqiqi ölçüsü qismində ümumi məhsul deyil, xalis məhsul çıxış edir. Onun məntiqi belədir: kapital yığımı ilə təhrik olunan əhali artımı həyat vasitələri vahidinə nisbətən daha çox əmək sərf edilməsini tələb edən daha pis torpaqların becərilməsinə başiamağı şərtləndirir. Bununla əlaqədar olaraq həmin ərzaqların qiy-mətləri qalxır, eyni zamanda isə, birincisi, yaxşı torpaqların sahiblərinin aldıqları renta artır, ikincisi isə, işçilərin real əməkhaqqı azalır. Lakin o, yaşayış minimumun-dan aşağı düşə bilməz, buna görə də pulla ödənilən nominal əməkhaqqı artmalıdır, bu da öz növbəsində mənfəət normasını aşağı salacaq. Nəticədə əməyin son hədd məhsulu elə səviyyəyə çatacaq ki, əməkhaqqı və renta ödənildikdən sonra kapitalistə mənfəət şəklində artıq heç nə qalmayacaq. Bu həddə kapital yığımı və istehsalın genişləndirilməsinə maraq olmur və bu proseslər dayanır. Buna görə də iqtisadi siyasətin məqsədi istehsal miqyasının deyil, xalis məhsulun həcminin artırılması olmalıdır. Istehsalıngenişlənməsi xalis məhsulun artmasına rəvac verdikdə səmərə-lidir. D.Rikardoya görə, səmərəlilik optimumu sonrakı yığıma marağın itdiyi müva-zinət vəziyyətində əldə olunur, məhz burada məhsul ən çox olur.
Səmərəliliyin marjinalist konsepsiyası
Marjinalistlər klassiklərin tələbatlarm ödənilmə dərəcəsinin istehsal olunmuş məhsulun fiziki həcminə proporsionallığı barədə müddəanı son hədd faydalılığmm azalması haqqında kı müddəa ilə əvəzlədilər və əsas kimi nadirlik prinsipini götür-dülər. Onların iqtisadi səmərəlilik konsepsiyası ümumi tarazlıq nəzəriyyəsinin nəticə-si oldu. Ona istehlak əmtəələri bazarında tələb və təklifin tarazlığı nəzəriyyəsinin nəticəsi olan mübadilə səmərəliliyi və istehsal amilləri bazarında tarazlıq nəzəriy-yəsindən irəli gələn istehsalın və ya məhsul buraxılışınm maksimallaşdırılması məqsədilə verilmiş resursların bölgüsünün səmərəliliyi daxildir.
Bu nəzəriyyəyə görə, cəmiyyət üçün mübadilə səmərəliliyi aşağıdakı düsturla müəyyənləşdirilir:
Dostları ilə paylaş: |