İqtisadi informatikanın əsas anlayışları


İqtisadi informasiyanın quruluş vahidləri



Yüklə 99,83 Kb.
səhifə7/25
tarix01.01.2022
ölçüsü99,83 Kb.
#103211
1   2   3   4   5   6   7   8   9   10   ...   25
İqtisadi informasiyanın quruluş vahidləri
İnformasiyanın işlənməsinin avtomatlaşdırılmış sistemi yaradılarkən iqtisadi informasiyanın xassələri nəzərə alınmalıdır.İqtisadi informasiya quruluş etibarilə ümumiyyətlə informasiyanın quruluşuna yaxındır. İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya elementlərinin müəyyən məcmusu başa düşülür.İnformasiyanın quruluş elementlərinə ayrılmasında bir çox hallarda ijerarxik prinsipə üstünlük verilir.Hər hansı idarəetmə obyektinin (müəssisə, birlik, sahə, region və s.) ən yüksək informasiya quruluş vahidi-informasiya sistemi sayılır.(Sistem dedikdə bir-biri ilə əlaqədə olan obyektlər və ya müxtəlif cinsli elementlər cəmi başa düşülür.Sistemlər tərkibinə və məqsədinə görə bir-birlərindən fərqlənirlər.) İnformasiya sistemi qoyulmuş məqsədə çatmaq üçün informasiyanın saxlanılması,emalı və verilməsində metod,vasitə və işçi heyətin qarşılıqlı fəaliyyətidir.

İqtisadi sistemlərdə idarəetmə obyektlərinin fəaliyyətlərinin bütün cəhətləri, orada baş verən əməliyyatlar, proseslər öz əksini bütövlükdə informasiya sistemində tapır.İnformasiya sistmi öz növbəsində daha aşağı səviyyəli quruluş vahidlərinə ayrılır.

Artıq qeyd edildiyi kimi , müxtəlif hadisələri təsvir edən iqtisadi informasiya mürəkkəb quruluşa malikdir.

İqtisadi informasiyanın ən aşağı səviyyəli və sadə quruluş vahidi başqa sözlə bölünməz hissəsi rekvizit adlanır.Rekvizitlər obyektin vəziyyətini, yaxud baş verən hadisələri əhəmiyyət və keyfiyyət cəhətdən xarakterizə edir.Obyektin vəziyyətini keyfiyyət cəhətdən xarakterizə edən rekvizitlər əlamət rekvizitləri, kəmiyyətcə xarakterizə edən rekvizitlər əsas rekvizitlər adını almışdır.Əlamət rekvizitlərinə misal olaraq müəssisə və təşkilatların adını, vergilərin növünü və s. göstərmək olar.Əsas rekvizitlər yalnız konkret ədədlər şəklində ifadə olunur.Məsələn, miqdar-cinsi ölçü vahidlərində, dəyər-manat qəpiklə, əmək tutumu-norma saatla və adam-günlə ifadə edilir.

Rekvizitlər aşağıdakı əlamətlər üzrə təsnifləşdirilə bilər:

Xassələrə görə: əsas və əlamət;

Əhəmiyyətə görə:zəruri və qeyri zəruri;

Stabilliyə görə: daimi və dəyişkən;

İndikasiya (təsvirə) görə: hərf, rəqəm, və hərf rəqəm;

Texnaloji prosesdə təyinatına görə: xüsusi, arayış və qruplaşdırıcı.

Ən yüksək səviyyəli informasiya quruluş vahidi olan informasiya sistemi ilə ən aşağı səviyyəli quruluş vahidləri olan rekvizitlər arasında digər informasiya quruluş elementləri mövcuddur.Həmin quruluş vahidlərinə göstəriciləri, xəbərləri, massivləri aid etmək olar.

Göstəricələr əsas və əlamət rekvizitlərinin məntiqi məcmusudur.Göstəricilər iqtisadi prosesləri və əməliyyatları ziddiyyət və kəmiyyət baxımından xarakterizə etməklə, onlar arasında əlaqə yaradır.

Göstəricilər bir əsas rekvizitdən və bir neçə əlamət rekvizitdən ibarətdir.İqtisadi proseslərin təsvirində və xarakterizə olunmasında göstərici müstəsna rola malik olduğuna görə, onu iqtisadi informasiyanın əsas quruluş vahidi hesab etmək olar.

Göstəricilər xarakterizə etdikləri iqtisadi proseslərin müxtəlifliyi üzündən müxtəlif və çoxsaylıdır.Bu isə onların bir sıra əlamətlər üzrə təsnifləşdirilməsini tələb edir.Müxtəlif əlamətlər üzrə təsnifləşdirilən göstəricilərə aşağıdakılar misal ola bilər:

Obyektin informasiya sisteminə münasibətinə görə: giriş və çıxış göstəriciləri;

Daxil olma mənbələrinə görə:daxili və xarici;

İndikasiyaya görə: hərf, rəqəm, və hərf-rəqəm;

Stabilliyə görə: dəyişkən və daimi;

Əks olunma qaydasına görə: mütləq və nisbi;

İşin təşkilinə görə: emal edilən və emal edilməyən.

Göstəricilərin qaydaya salınmış məcmusu xəbərləri əmələ gətirir.Müxtəlif məzmuna malik eyni formalı xəbərlər birləşərək informasiyanın yeni quruluş vahidini –massivi yaradır.

İnformasiya sistemi öz tərkibində müstəqil quruluş vahidləri kimi idarə etmə obyektinin funksiyalarına və quruluşuna uyğun olaraq bir sıra informasiya altsistemlərini birləşdirir.Bu informasiya altsistemlərinin hər biri müəyyən informasiya massivlərindən ibarətdir və onların tərkibi bu altsistemlərdə həll edilən məsələlərdən asılıdır.EHM-də informasiya quruluşu tətbiq edilən xüsusi qaydalardan asılıdır ki,bu da yeni informasiya vahidlərinin baytlar, maşın sözləri, sahələri və s.yaranmasına səbəb olmuşdur.

İnformasiyanın təşkili avtomatlaşdırılmış sistemlərin tələbləri nəzərə alınmaqla müxtəlif prinsiplər və qaydalar əsasında yerinə yetirilir.Bu isə öz növbəsində informasiyanın yeni quruluşunun meydana gəlməsinə səbəb olur və nəticədə məlumat bazaları, informasiya fondu, məlumatlar kataloqu lüğəti adlandırılan yeni quruluş vahidləri təşəkkül tapır.Avtomatlaşdırılmış sistemlərdə tətbiq olunan proqramlaşdırma dillərindən asılı olaraq informasiyanın müvafiq quruluş vahidləri-fayllar,cədvəllər yaranır.

İdarəetmə fəaliyyətinin müxtəlif sahələrində informasiyanın özünəməxsusu quruluş vahidlərindən istifadə edilir.Buna misal olaraq mühasibat və statistika hesabatlarını, istehsal tapşırıqları formalarını,uçot sənədlərini və s. göstərmək olar.

Müasir dövrdə iqtisadi informasiyanın əks etdirilməsində maşın qrafikasının rolu da xeyli artmışdır.İnsan-fərdi EHM ünsiyyətinin dialoq rejimi tətbiq edilən zaman informasiyanın menyu-sətir,ekran cədvəli adlanan yeni quruluş vahidləri də meydana gəlmişdir.Dialoq rejimi insanın informasiya ilə iş prosesini imitasiya edir,lakin bu zaman əməliyyatlar avtomatlaşdırılmış üsulla həyata keçirilir.

İqtisadi informasiyanın avtomatlaşdırılmış işlənməsi sistemləri yaradılarkən iqtisadi informasiyanın insanın imkanlarına uyğun quruluşundan maşın quruluşuna və əksinə keçirilməsinin səmərəliliyinin təmin edilməsi son dərəcə vacibdir.



Yüklə 99,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin