İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Ailə daxilində qadına zülm



Yüklə 1,54 Mb.
səhifə69/77
tarix04.06.2018
ölçüsü1,54 Mb.
#52613
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

Ailə daxilində qadına zülm


Ailə - qadına ən çox zülmün yeri

Mənim fikrimcə, qadının bütün yerlərdən daha artıq zülmə məruz qaldığı yer ailənin daxilidir. Bacardığınız qədər bunun üstündə dayanın. Qadınların İslam vəzifələrinə yüksəlməsi sonrakı mərhələdir. Çox da diqqətəlayiq deyil. Amma ən mühüm məsələ ər və arvadın bir-biri ilə münasibətləri məsələsidir.



İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Dünyanın ailədə qadına zülmə diqqətsizliyi


Bu gün dünyada xüsusi məsələlərin üzərində həssaslıq var. Bu gün qadının əri tərəfindən döyülməsinə həssas yanaşılmır. Avropada və Amerikada, əlbəttə hamısı olmasa da, kişilər çox asanlıqla qadınları vururlar. Ailədə kişinin qadına zülm etməsinə dünyada həssas yanaşan yoxdur. Statistikalar göstərir ki, Amerika və Avropa ailələrində atalar və ərlər çox rahatlıqla övladlarını və həyat yoldaşlarını incidirlər. Dünyada bu məsələ üzərində ciddi dayanan yoxdur. Amma qadının geyimi üzərində həssaslıq var. Əgər bir insan, bir şəxsiyyət, bir filosof, bir sistem və bir siyasət qadının çılpaqlığına qarşı çıxsa, bunu dünya səviyyəsində böyük səs-küylə qarşılayacaqlar. Lakin fəsadların, adət və üslubların çoxunun üzərində həssaslıq yoxdur. Əgər bir ölkə öz siyasəti olaraq spirtli içkiləri qadağan etsə, bu, bütün dünyada rezonans doğuracaq. Onu mürtəce adlandırıb istehzalı təbəssümlə qarşılayacaqlar. Bu haranın mədəniyyətidir? Qadının bu çılpaqlığı və spirtli içkilərin yayılması, bir ənənə kimi, haraya aiddir? Bu, Avropaya məxsusdur və bu ölkələrin qədim mədəniyyətindən qaynaqlanır. Amma bu gün bu adət-ənənələr dünyanın başqa yerlərində də meyar götürülür və buna qarşı çıxanlar böyük günah etmiş sayılırlar.

Mazandaran vilayətinin ruhaniləri, cümə və camaat imamları ilə görüşdə çıxışdan; 12 may, 1990

Qadının ailədə məzlumluğunun tarixi və sosioloji amillərinin araşdırılması


Olduqca çox olan silsilə amillər qadına ev daxilində müstəqil və kişi ilə bərabər bir varlıq kimi rəftar etmək cürətini və cəsarətini vermirdi. Bəzən cəsarətli, amma ərköyünlük edib cəsarət göstərən zəif bir varlıq kimi, bərabər bir tərəf kimi yox; belə yox ki, iki insandır, iki şərikdir, bir yerdə bərabər münasibətdədirlər, bir-biri ilə danışırlar, bəzən dalaşır, bəzən barışırlar. Mən qadınların vəziyyəti və onların məzlumluğundan elə şeylər görmüşəm ki. Onlar indiyə aid deyil, uzun illər boyu bunu təcrübə etmişəm və həmişə bizim cəmiyyətimizdə qadının məzlum olduğunu düşünmüşəm. Düzdür, inqilabdan sonra bu məsələ çox fərqlənmişdir. İndi həm məhkəmələrin vəziyyəti yaxşıdır, həm kişi və qadının bir-birindən ayrılması vəziyyəti yaxşıdır. Bəli, İslam əxlaqıdır. Xanımlar meydana qoşuldular. Əvvəlkindən bir qədər artıq qüvvə, cəsarət və ruhi cəzbedicilik əldə etdilər. Amma bizim cəmiyyətimizdə ümumi olaraq qadın məzlumluğu hələ də bir reallıqdır. O zaman keçmiş rejim bunu çox səfehliklə, sizin bildiyiniz və bizim gördüyümüz yolla aradan qaldırmaq istəyirdi: qadının çılpaqlığı mədəniyyəti ilə. Bu tamamilə səhv idi. Ümumiyyətlə məsələ bu deyildi ki, qadın hicablı olduğundan məzlumdur. Xeyr, hicabsız və Qərb mədəniyyətinə aludə olan çox xanımlar da ərləri tərəfindən köhnə hərəmxana vəziyyətində, bir külfət, bir əsir və bir qul formasında döyülürdülər. Məgər Avropanın başıaçıq qadını əri tərəfindən döyülmür?! Buna görə problem hicab deyildi. Bizim ölkəmizin bir neçə əsrlik problemindən qaynaqlanırdı. Əgər kimsə sosioloji və tarixi baxımdan araşdırmaq istəsə, düzgün nəticə üçün çox işlər görməlidir. Hər halda, bizim cəmiyyətimizdə belə bir vəziyyət mövcuddur. Mən düşünürəm ki, bu vəziyyətin düzəlməsi üçün təlim və tərbiyəyə ehtiyac var, mədəni işə ehtiyac var. Bu, uzun müddətdə mümkün olacaq, lakin əgər mədəni iş görülməsə, heç zaman düzəlməyəcək. Həmçinin bəzi qanunlara da ehtiyac var. Əgər İslam Şurası Məclisində bu qanunlar qəbul olunmasa, onun düzəlməsi yenə uzanacaq. Buna görə məclisdə qadın deputatların, həmçinin Mədəni İnqilab Ali Şurasına bağlı olan ictimai-mədəni şuranın olması təsirli ola bilər.

Qadınların seçkilərdəki rolu barəsində "Günün qadını" jurnalı ilə müsahibədən; 4 mart, 1988

Tarixi hadisələrdə qadına zülm


Aşuradan sonra qadınların təhqirlə birgə olan əsirliyi

Məhərrəmin on birinci günündə sağ qalmış kişilər, qadınlar və uşaqlar əsir oldular; təhqirlə, hörmətsizliklə, aclıqla, soyuqla, isti ilə, əziyyətlə, küçə və bazarda gəzdirilməklə ən pis şəraitlərdə saxlanmaqla, rişxənd olunmaq və digər bu kimi işlərlə birgə olan əsirlik.



Xalqın müxtəlif təbəqələri görüşdə çıxışdan; 6 dekabr, 1989

Peyğəmbərin (s) həyat yoldaşına qarşı cinsi şayiə


Bu sırada çox mühüm bir xatirə və hadisə var. Mən dəfələrlə beynimdə bu barədə düşündüm. Quranda bu hadisənin ayələrinə müraciət etdim. Bu “İfk” hadisəsidir. Mübarək nur surəsində bu hadisəyə aid bir neçə ayə var. İfk hadisəsinin xülasəsi budur ki, döyüşlərin birində Peyğəmərin (s) həyat yoldaşlarından biri karvandan geri qalmışdı. Peyğəmbər o yoldaşını müharibəyə aparmışdı, qayıtdıqda gördülər ki, yoxdur. İndi hər hansı bir səbəbə görə - ya yuxuya qalmışdı, ya bir iş dalınca getmişdi, hər halda, müsəlmanlar gəldikdə gördülər ki, Peyğəmbərin həyat yoldaşı onların arasında deyil. Müsəlmanlardan biri peyda olub Peyğəmbərin həyat yoldaşını Mədinəyə gətirdi.

O qadının Peyğəmbərin (ə) hansı həyat yoldaşı olması sünni və şiə məzhəblərində ixtilaflı mövzudur. Şiə öz rəvayətlərində deyir ki, Mariyə-Qibtiyyə, Əhli-sünnə isə deyir ki, Ayişə olmuşdur. Peyğəmbərin (s) hansı həyat yoldaşının olması üzərində çəkişmək movzudan yayınmaqdır. Ümumiyyətlə söhbət bundan getmir ki, biz bu ayələrin Peyğəmbərin (s) hansı həyat yoldaşına atılan böhtan barəsində nazil olduğunu bilmək istəyək. Məsələ başqa bir məsələdir, çox mühüm olan əxlaqi və ictimai əmrdir.

O xanım Mədinəyə qayıtdıqdan sonra bəzi boşboğaz və pis danışan adamlar xalqın arasında belə bir söhbət yaydılar ki, bu xanım harada olub, nə üçün geri qalıb və onu gətirən şəxs kim idi?

Onlar açıq danışmadan, müəyyən bir ittiham irəli sürmədən xalq arasında şayiə yayırdılar. Məsələ bu deyil ki, o xanım Peyğəmbərin (s) xanımıdır və ona hörmət göstərmək lazımdır. Quran ayələrində məsələ başqa bir şeydir. Nur surəsinin İfk barəsində - yəni münafiqlərin, bədxahların və sağlam olmayan insanların cəmiyyətdə yaydığı həmin yalan söz barəsində olan ayələri çox həssaslıq nümayiş etdirir. Ardıcıl bir neçə ayədə çox sərt tonla müsəlmanlara söylənilir ki, nə üçün siz bu şayiəni eşitdikdə onu deyənə qarşı sərt davranmadınız. Ayələrin məzmunu budur: nə üçün bu şayiəni qətiyyətlə rədd etmədiniz? Bu ayədə iki yerdə “ləb la” ilə başlayan cümlə var. Ərəb qrammatikasını bilənlər anlayırlar ki, çox kəskin şəkildə qınamaq istəyən insan bu sözü öz dinləyicisinə deyir: nə üçün bu işi gördünüz? “Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?“1 Nə üçün siz müsəlmanlar - mömin kişi və qadınlar bu şayiəni eşitdiniz, bir-birinizə yaxşı güman göstərmədiniz və qətiyyətlə demədiniz ki, bu yalandır. Başqa bir yerdə buyurur: “Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?“1 Nə üçün bu şayiəni eşitdikdə demədiniz ki, bizim bu şayiəni təkrarlamağa haqqımız yoxdur, bu böyük bir böhtandır?

Sonra bu ayələrin sonunda buyurur: “Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz“2. Yəni Allah sizə moizə və nəsihət edir ki, daha heç zaman belə şayiələrin ətrafında dolaşmayın. Əgər möminsinizsə, daha İslam cəmiyyəti arasında belə bir hadisə yaranmasın; yəni imanın şərti budur.

Qeyd etdiyim kimi, məsələ bu deyil ki, bu şəxs Peyğəmbərin həyat yoldaşı idi. Əgər Peyğəmbərin həyat yoldaşı olmasaydı da, möminlər üçün həmin qınaq, müraciət və həmin vəzifə mövcud idi.



Cümə namazı xütbəsindən; 20 oktyabr, 1989

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin